"Mən seyidəm, İmam Hüseynin qədrini irançılardan yaxşı bilirəm!"

"Mən seyidəm, İmam Hüseynin qədrini irançılardan yaxşı bilirəm!""İrançı qüvvələr məqsədyönlü şəkildə mənim çıxışımdan parçalar yayaraq guya dini inancları təhqir etdiyim barədə rəy yaratmaq istəyirlər".

"Qafqazinfo" xəbər verir ki, bunu REAL TV-nin rəhbəri, jurnalist Mir Şahin Ağayev öz feysbuk səhifəsində yazıb.

O, hazırda maraqlı vəziyyət yarandığını bildirib: "İran İslam Respublikasının Ermənistan (Qeyri-İslam) Respublikasını öz milli maraqlarının tərkib hissəsitək müdafiə etməsi, onun sərhədlərini özünün qırmızı xətti sayması, sırağagünədək qardaş dediyi Azərbaycana sarı silah tuşlayaraq, dron qaldıraraq, Araza mobil körpü salaraq hərbi texnikası ilə üzərimizə yürüş imitasiyası yaratması, Nikol Paşinyan başda olmaqla, Ermənistanı müdafiə etməklə Xocalı soyqırımı müəlliflərinin yanında olduğunu nümayiş etdirməsi qalıb bir kənarda, bu yanaşma tərzini pislədiyimə, ola bilsin bir az sərt, amma haqlı tənqid etdiyimə görə məni linç hədəfinə çevirirlər".

Mir Şahinin sözlərinə görə, İran İslam Respublikası inanclı insanların hissini işğal altındakı məscidlərimizdə donuz saxlayanlara susmaqla təhqir edib: "Mən yox! İnanclı insanlarımızı İrandan gələn azana Azərbaycanın səmimiyyətlə səcdə edən şiə camaatının etibarını ermənilərin ayağına verənlər təhqir edib, mən yox!

Mən seyidəm, ruhani ailəsində doğulmuşam, İmam Hüseynin də, Həzrət Abbasın da qədrini, dəyərini məqsədli irançılardan daha yaxşı bilirəm! Bazar günü mövzuya bir daha qayıdacağam. Görünür, daha bir açıqlamaya ehtiyac var! Amma İran İslam Respublikasının açıqlamasına olan ehtiyac daha böyükdür! Niyə Ermənistanın tərəfinə keçmək qərarına gəldi və ədalətli, öz tarixi haqqını bərpa etmiş Azərbaycanın yox, işğalçıların, Xocalı qatillərinin yanını seçdi? Bu suallara cavab verilməlidir! Mənim İmam Hüseyn həzrətlərinə, Həzrət Abbasa münasibətim hər bir səmimi Azərbaycan şiəsinin münasibətilə eynidir. Böhtanla, iftirayla diqqəti əsas mətləbdən yayındırmaq cəhdlərini yığışdırmaq, Azərbaycanın Qələbəsini həzm edə bilməmələrinin səbəbini izah etmək lazımdır! Azərbaycanı satıb İrana qaçan, orda hansısa Kərimə dövləti yaratmaqla bizi təhdid edən "soydaşlarımıza" görə cavab vermək lazımdır!

İmam Hüseyn, Həzrət Abbas kimi dəyərlərə isə toxunmayın! Onları ucuz siyasi məqsədlərinizə alət etməyin! Mövzu bu deyil! Mövzu İranın Ermənistana hər növ dəstəyidir! Pislənilməli, məhkum edilməli məsələ budur!"

Qeyd edək ki, o, bazar günü yayımlanan "Mir Şahinin vaxtı" verilişində İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər barədə danışaraq bu ölkənin Ermənistanın Qafan şəhərində konsulluq açmasını qınayıb. Bu zaman Mir Şahinin özünü ifadəsi zamanı dini şəxsiyyətlərin adından istifadə etməsi geniş müzakirələrə səbəb olaraq tənqid edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1718   Tarix: 27 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü

14:43 175
.

Ukraynanın Müstəqillik Gününü qeyd etməsi ilə əlaqədar Böyük Britaniya və Fransa daha güclü dəstək vəd edir

Böyük Britaniya və Fransa liderləri Kiyevin müstəqillik gününü qeyd etmək üçün keçirilən müttəfiqlərin görüşündə Ukraynaya daha güclü hərbi dəstək, o cümlədən məxfi texnologiyalara çıxış və hava hücumundan müdafiə raketlərinin daha sürətli çatdırılması təmin etməyə söz veriblər. BİG.AZ Reuters-ə istinadə

10:41 156
.

Almaniyada hava limanında dron insidenti: Üçüncü PUA aşkarlandı

Almaniya hüquq-mühafizə orqanları Leypsiq/Halle hava limanında baş verən dron insidentindən sonra üçüncü PUA-nı aşkar edib. xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hadisə yerində təxminən 50 qram yüksək partlayıcı maddə - heksogen də aşkar edilib

11:46 183
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq və strateji tərəfdaşlıq daha da möhkəmlənir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qalıb. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə yüksəldiyini nümayi

24.08.2026 368
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri yalnız iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun növbəti mərhələsi deyil, eyn

10:39 155
.

Verilişə kor etdiyi arvadı ilə çıxan Eldəniz qayınatasının qətlinə görə saxlanıldı

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə

12:40 294
.

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

Avropanın əksər şəhərlərində gecə yarısı qaranlıq və sakitlik hökm sürür. Lakin qitənin şimalında bunun istisnası olan bir şəhər var. Söhbət Norveçin Tromse şəhərindən gedir. Şəhər Şimal qütb dairəsindən təxminən 300 kilometr şimalda yerləşir. Qaynarinfo adevarul.ro-ya istinadən xəbər verir ki, yay aylarında

24.08.2026 343
.

Laçından Ermənistana elektrik enerjisi verilə bilər

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Nazirlər Kabinetindən -a bildirili

18:30 1
.

Cəzalar törədilən cinayətlərə adekvatdırmı? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda insan həyatı və sağlamlığı ilə bağlı ağır nəticələrə səbəb olan bəzi əməllərə görə cəzaların kifayət qədər sərt olub-olmaması yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə vəzifəli şəxsin səhlənkarlığı nəticəsində insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan hallar, məişət zorakılığ

15:05 249
.