Bakı metrosundakı faciədən 27 il ötür

Bakı metrosundakı faciədən 27 il ötür1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 27 il ötür.

Rəsmi məlumatlarda qeyd edilir ki, "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.

Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.

Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçerə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.

Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 28 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi

Bakıda 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. BİG.AZ xəbər verir ki, bu barədə -a İdarədən bildirilib. Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:

11.05.2026 396
.

Natavan və Dado oğlunun ad günündə bir araya gəldilər

Boşanan cütlük müğənni Natavan Həbibi və reper Dado bir araya gəlib. Axşam.az xəbər verir ki, onlar övladı Zeydin ad gününü qeyd ediblər. Məclis Natavanın evində keçirilib. Dado gecəyə ailəsi ilə birlikdə qatılıb. Qeyd edək ki, Natavan və Dado illər əvvəl ailəli olub və ayrılıb

11.05.2026 454
.

Almaniya müdafiə naziri Kiyevə səfər edib

Almaniyanın müdafiə naziri Boris Pistorius 11 may, bazar ertəsi günü Kiyevə səfər edərək Ukrayna rəhbərliyi ilə danışıqlara başlayıb. Görüşlərin əsas mövzusu iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi olub. xəbər verir ki, bu barədə "n-tv" məlumat yayıb. Səfər təhlükəsizli

11.05.2026 224
.

Əməkdar artist qızına ev ALDI

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərə ev bağışlayıb. xəbər verir ki, müğənni bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib əvvəllər yaşadığı evi qızına hədiyyə edib:. "İkinci övladı dünyaya gələndən sonra çətinlik çəkdi. Gəlib qışda Bakıda qalır. Həyat yoldaşı da gəli

11.05.2026 314
.

Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund

11.05.2026 402
.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyərək 85 yeni bənd əlavə edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. Rusiyanın Sosial Layihələndirmə Agentliyinin əməkdaşları, Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Qriqor

11.05.2026 212
.

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə

11.05.2026 157
.

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!

Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.​. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

11.05.2026 221
.

Sabah da isti olacaq

Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 isti, gündüz 25-2

11.05.2026 230
.

TOP MP3