Tarif Şurasından yeni QƏRAR: Bu xidmətin qiyməti noyabrın 1-dən artırılır - VİDEO

Tarif Şurasından yeni QƏRAR: Bu xidmətin qiyməti noyabrın 1-dən artırılır - VİDEOEv telefonlarından istifadəyə görə aylıq abunəhaqqı oldu 3 manat 50 qəpik. Şəhərlərarası danışıq tariflərinin qiyməti isə 5 qəpikdən 3 qəpiyə endirildi. Aidiyyəti qurum belə bir açıqlama verib ki, qiymət dəyişikliyində məqsəd xidmət keyfiyyətini artırmaq və şəhərlərarası danışığı daha əlçatan etməkdir. Maraqlıdır ki, hazırda şəhərlərarası danışıq tarifləri ilə bağlı özəl operatorların daha sərfəli təklifləri var. Məsələn, mobil telefon ilə 1 saatı 7 qəpiyə danışmaq mümkündür. Ev telefonu ilə isə bu qiymət 1 manat 80 qəpik edir. Hansının daha sərfəli olduğunu özünüz seçin.

Sabit şəbəkə telefonlarından istifadə haqlarının artırılması xidmətin keyfiyyətinin yüksəldilməsinə hesablanıb. "Aztelekom" və "Bakı Telefon Rabitəsi" dövlət şirkətlərinin mətbuat katibi Alidə Mustafayeva deyir ki, qiymət artımı ilə bağlı dünyada baş verən tendensiyalar da bu qərarın verilməsinə təsir edib. Bununla belə, Azərbaycandakı artımdan sonra belə, qiymət digər ölkələrdən xeyli aşağıdır...

Alidə Mustafayeva deyir ki, qiymətin artırılması həm kapital qoyuluşuna, həm də xidmətin keyfiyyətinin artırılmasına təsir edəcək. Abunəhaqqını aylar əvvəldən ödəmiş abunəçilərin balansı isə yeni tarifə uyğun yenidən hesablanacaq.

Qeyd edək ki, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Şəhərlərarası danışıq tariflərinin qiyməti isə 5 qəpikdən 3 qəpiyə endirilib. Qaydalar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.

Şəhərlərarası danışıq tariflərinin qiymətindəki ucuzlaşma ilə əlaqədar olaraq isə bildirildi ki, məqsəd sabit şəbəkə telefonlarından istifadəyə marağı artırmaq və şəhərlərarası danışıqları daha əlçatan və sərfəli etməkdir. Bu yerdə bir maraqlı məqamı diqqətinizə çatdıraq ki, Azərbaycanda yerli mobil operatorlar bölgələrarası danışıqlar üçün daha sərfəli paketlər təklif edirlər. Belə paketlər arasında hətta bir danışıq saatının qiyməti 7 qəpiyə olanı da var. Bu vəziyyətdə istifadəçilər özləri qərar versinlər: sabit telefonla bir saat danışıq üçün 1 manat 80 qəpik ödəməkmi, yoxsa özəl operatorun 7 qəpiklik tarifinə qoşulmaqmı daha sərfəlidir?(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1674   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 155
.

ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib

ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs

15:50 136
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

18:19 137
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

18:50 107
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyi

16:32 162
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"

"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bi

16:34 160
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

21:00 0
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

17:58 160
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

17:41 135
.