"Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır" - RƏY

"Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır" - RƏY"Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın dar günündə, xoş günündə həmişə qardaş olaraq yanında olan Türkiyədə bu gün tarixi gündür: "Respublika günü hər bir dövlətdə olduğu kimi Türkiyə üçün də əhəmiyyətli tarixdir. Bu münasibətlə mən də qardaş Türkiyə xalqını təbrik edirəm. Həqiqətən də Türkiyə Cümhuriyyəti istər XX əsr, istərsə də XXI əsrdə həmişə Azərbaycan xalqının yanında olub. Bunun ən bariz nümunəsini də biz 44 günlük Vətən mübaribəsində gördük".

Deputat bildirib ki, tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır: "Bu birlik isə özündə inkişaf və sabitliyi ehtiva edir. 44 günlük Vətən müharibəsi və ondan sonra baş verənlər də birliyimizin əbədi olduğunun növbəti təsdiqidir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu bizə əlavə güc verirdi, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını alırdı".

V.İskəndərov vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşaya səfər edən ilk dövlət başçısıdır: "Ərdoğan həmçinin Füzuli və Zəngilan hava limanlarının açılışında da iştirak etdi. Həmin tarixi Zəfərimzdən sonra azad Şuşaya reallaşan səfər, həmçinin Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bir daha iki ölkə arasında əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu".

"Eyni zamanda qeyd etdiyim kimi, Füzuli və Zəngilan hava limanlarının açılışında da Ərdoğan iştirak etdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Yəni bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Ərdoğanın Zəngilana səfəri çərçivəsində istifadəyə verilən "Dost Aqropark"ın adı da özlüyündə hər şeyi deyir. Bu Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha bir nümunəsidir. Onu da deyim ki, Türkiyə şirkətləri bölgədəki inşaat işlərində də fəal şəkildə iştirak edirlər. Eyni zamanda Zəngilan Beynəlxalq Hava Limanının inşasında da qardaş ölkənin şirkətləri yaxından iştirak ediblər. Bütün bunlar isə Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha təsdiqləyir" - deputat söyləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 201
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

21:30 1
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

16:40 177
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

15:50 182
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 232
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

22:00 0
.