Maksim Şevçenko: "Paris Ermənistanla Azərbaycan arasında yeni müharibə yaradır" - RUSİYADAN ŞƏRH

Maksim Şevçenko: "Paris Ermənistanla Azərbaycan arasında yeni müharibə yaradır" - RUSİYADAN ŞƏRH"Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası barədə danışır. Eyni zamanda Kremlin təbliğatçıları "Qarabağ Ermənistandır" deyə şivən salırlar. Necə istəyirsinizsə, elə də anlayın. Mənə elə gəlir ki, burada Karl Qustav Yunq lazımdır (məşhur isveçrəli psixiatr, analitik psixologiyanın banisi – red.)".

Bunu tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Soçidə keçiriləcək mühüm görüş öncəsi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini Oxu.Az-a şərh edərkən bildirib:

O, mətbuatda geniş işıqlandırılan daha bir hadisəyə - Fransa Prezidenti Makronun Azərbaycana faktiki olaraq müharibə elan etməsinə diqqət çəkib və onun çıxışını dəhşətli adlandırıb.

"Noyabrın 15-də isə Fransa Senatı Azərbaycana qarşı sanksiyaları müzakirə edəcək. Bu anti-Türkiyə və anti-Azərbaycan sənədin qəbul ediləcəyinə şübhə edənlər azdır. Bəzi məlumatlara görə, orada "Qarabağ Ermənistandır" və s. bunun kimi şeylər deyiləcək", - deyə ekspert bildirib.

Şevçenkonun sözlərinə görə, Paris Ermənistanla Azərbaycan arasında yeni müharibə yaradır. Ekspert bildirib ki, Fransa alyansların qurulduğu Aralıq dənizinin cənub-şərqindəki qaz ehtiyatlarına görə Türkiyə ilə həlledici qarşıdurmaya girib:

"Birincisi Fransa-Yunanıstan-Yunan Kipri-Misir-Liviya generalı Haftardır. İkincisi, Türkiyə-Azərbaycan-Pakistan (Aralıq dənizindən uzaqda olsa da) - Liviya Milli Şurasıdır. Aralıq dənizində Türkiyənin mövqeyini zəiflətmək üçün Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibəni alovlandırmalıdır. Vəzifə Bakı ilə Ankaranın diqqətini yayındırmaq və Aralıq dənizində qaz yataqlarının ələ keçirilməsi məsələsini həll etməkdir. Qaz və uranla təminat məsələsi (Fransada 50-dən çox nüvə reaktoru işləyir - red.) Paris üçün strateji məsələdir".

O, yeri gəlmişkən xatırladıb ki, bu gün Azərbaycan qazının Avropada əsas distribütoru İtaliyadır və onu Türkiyə vasitəsilə alır.

"İtaliyada, Aİ-nin prinsiplərini, yumşaq desək, tənqid edən hökumət hakimiyyətə gəlib. Eyni zamanda, İtaliya Avropada Türkiyə, Azərbaycan və hətta müəyyən qədər Rusiyanın müttəfiqidir. Mənə deyə bilərlər ki, mən 19-cu əsrin hansısa dərsliyindən sitat gətirirəm, amma dünya yenidən dəyişib. Açıq sərhədlər, yeni siyasi düşüncə prinsipləri işləmir, bunu başa düşmək lazımdır. Köhnə dünyanın dəyişdiyini ilk dərk edən siyasətçilərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub", - deyə politoloq bildirib.

O, ölkələrin imperialist müharibələr dövrünə qayıtdığını, başqa sözlə, yeni mərhələnin başladığını vurğulayıb.

"Sizi əmin edirəm ki, Ermənistan indi partlayıcılar doldurulan detonatora çevrilə bilər. Artıq vahid Qərb yoxdur və burada, Cənubi Qafqaz regionunda Fransa, İran və qismən də ABŞ-ın mövqeləri təəccüblü şəkildə üst-üstə düşür (Vaşinqton sadəcə olaraq bu xaosu idarə etmək istəyir). İndi İran həmçinin xalqın İslam rejimindən yorulmasından, İslam İnqilabı Keşikçiləri Korpusunun sərtliyindən və s. istifadə edən Qərb kəşfiyyat orqanlarının hücumlarına məruz qalır. İslam rejimi modernləşməyə məcbur olsa da, sağ qalacaq. İstənilən halda İran Ermənistanın müttəfiqi olaraq qalacaq. Tehran Türkiyə-Azərbaycan tərəfdaşlığından qorxur. Təsadüfi deyil ki, Hindistan silahlarının İran vasitəsilə Ermənistana çatdırılması ehtimalı barədə məlumatlar var", - deyə Şevçenko əlavə edib.

Gürcüstan məsələsinə də toxunan rusiyalı ictimai xadim onun prezidenti, fransalı Salome Zurabişvilinin Fransa Xarici İşlər Nazirliyində çalışdığını vurğulayıb.

"Gürcüstan hökumətində çoxlu keçmiş Fransa vətəndaşları var ("keçmiş" isə ümumiyyətlə olmur). Gürcüstan elitası "Fransa klubları" ilə sıx bağlıdır. Gürcüstan Prezidenti Salome Zurabişvili bu yaxınlarda Rumıniyaya rəsmi səfəri zamanı Konstansa - Batumi - Poti limanları arasında müntəzəm bərə reyslərinin açılması məsələsini müzakirə edib", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu, "partlayıcılarla doldurulan" Ermənistana Qərb silahlarının çatdırılması ehtimalıdır.

"Azərbaycan bunu gözdən qaçıra bilərdi, çünki böyük şeyləri uzaqdan görmək mümkündür, siz isə Gürcüstanın yanındasınız. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Tbilisiyə səfəri də bu məqamla bağlı ola bilər", - deyə Şevçenko sözlərini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 201
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

21:30 1
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

16:40 177
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

15:50 182
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 232
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

22:00 0
.