İş adamları üçün yeni qanun: Özəl şirkətlər zəmanətlə çalışa biləcəklər

İş adamları üçün yeni qanun: Özəl şirkətlər zəmanətlə çalışa biləcəklərÖtən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda qanun layihəsinin əhəmiyyətindən söz açılıb, deputatlar təkliflərlə çıxış ediblər.

Bildirilib ki, sözügedən qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, eyni zamanda sahibkarların üzləşdikləri bəzi problemlərin aradan qaldırılmasına səbəb olacaq.

Yeni qanundan gözləntilər barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, layihə qəbul edildikdən sonra özəl şirkətlər zəmanətlə çalışa biləcəklər:

"Azərbaycan iqtisadiyyatı elə mərhələyə gəlib çatıb ki, iri layihələrin həyata keçirilməsinə və bu layihələrin səmərəliliyinə nəzarət etməyə böyük ehtiyac var. Azərbaycana investisiya yatıracaq şirkətlərlə dövlət arasında olan münasibətlər tərəfdaşlıq səviyyəsində qanuniləşir. Yeni qanunda digər mühüm məqam özəl şirkətlərə müəyyən qarantların verilməsidir. Başda maliyyə qarantları olmaqla, digər qarantlarla şirkətlər çalışa biləcəklər. Əlavə olaraq şirkətlərin gördüyü işlərin keyfiyyəti, səmərəliliyi və digər məsələlər nəzarətdə olacaq".

Deputatın sözlərinə görə, bu məqsədlə xüsusi komissiya fəaliyyətə başlayacaq:

"Bu komissiyanı dövlət başçısı çox güman ki, İqtisadiyyat Nazirliyinin tərkibinə verəcək. Komissiya qanundan irəli gələn bütün proseslərə nəzarət edəcək. Nəticədə iri layihələr həyata keçiriləcək. Türkiyə və Rusiyada da belə qanunauyğun layihələr həyata keçirilib. Məsələn, Türkiyədə hava limanı beynəlxalq bankın köməyi ilə tikilib, istifadəyə verilib. Dəyəri təxminən 35 milyard dollardır. Rusiya da "Şimal axını" layihəsini bu yolla həyata keçirib. Avropada isə çox sayda belə layihələrə üstünlük verilib".

Vahid Əhmədov "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsinin qəbul edilməsinin Azərbaycan üçün vacib olduğunu qeyd edib:

"Gələcəkdə hansı layihələrin həyata keçirilməsi hökumətin səlahiyyətində olacaq. Onlar yəqin ki, layihə qəbul edildikdən sonra bu məsələləri həll edəcəklər. Qanun layihəsini birinci oxunuşa təqdim etmişik. Özümüzün də bir sıra təkliflərimiz var. Həmin təkliflər üzərində İqtisadiyyat Nazirliyi ilə işləyirik. Mən iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova təşəkkür edirəm ki, bizim iclasa gəlmişdi. O, çox əhatəli təqdimat etdi. Həmin təqdimatdan sonra bizim bir sıra suallarımız aradan qalxdı. Bu qanun layihəsi vacibdir. Düşünürəm ki, qısa vaxt ərzində biz onu qəbul edəcəyik".

Qeyd edək ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına qatılan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun layihəsinin əhəmiyyətindən söz açıb.

"Mən 9 ildir ki, nazir kimi fəaliyyət göstərirəm. Bu illər ərzində ilk dəfə cənab Prezidentdən qanunun icrası ilə bağlı məsələdə dəstək istəmişəm. Həmin məsələ elə məhz bu qanun idi", - deyən nazir layihənin asan başa gəlmədiyini söyləyib.

"Sizə elə gələ bilər ki, qanun layihəsi asan başa gəlib. Amma bu, bildiyiniz kimi deyil. Uzun müddətdir ki, bu qanun üzərində işlər aparılır. Həmçinin burada məmur kimi çıxış edirəm və mən bu qanun layihəsini müdafiə edirəm", - deyə nazir vurğulayıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 749   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 201
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

21:30 1
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

16:40 177
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

15:50 182
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 232
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

22:00 0
.