Nikaha daxil olmaq üçün cütlüklərdən narkoloji müayinə tələb olunacaq?

Nikaha daxil olmaq üçün cütlüklərdən narkoloji müayinə tələb olunacaq?Ötən il ərzində ölkə ərazisində 56 314 nikah, 17 191 boşanma faktı qeydə alınıb. Adətən boşanmalara səbəb olaraq qadın tərəf kişinin narkotik aludəçisi olmasını, kişi tərəf isə qadının əxlaqi problemlərinin mövcudluğunu əsas göstərir.

Ümumiyyətlə, son dövrlər narkotik asılılığı, ölkədə narkotik maddə istifadəçilərinin artması geniş müzakirə olunan məsələlərdəndir. Üstəlik, bu bəla təkcə kişiləri yox, artıq gənc qadınları da cənginə alır. Bütün bunlar isə nikaha daxil olarkən tərəflərin narkoloji testdən keçməsi təklifini ortaya çıxarıb.

Bəs görəsən, nikaha daxil olmaq üçün cütlüklərdən narkoloji müayinənin tələb olunması nə dərəcədə doğrudur və ya mümkündür?

İlk olaraq bildirək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Siyahıya daxil edilənlər isə hemoqlobinopatiya, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilis kimi irsi və yoluxucu xəstəliklərdir.

Məsələyə münasibət bildirən həkim-terapevt Rasif Bağırov Oxu.Az-a açıqlamasında qeyd edib ki, nikahların bağlanması üçün tələb olunan tibbi müayinədə şəxsin özündən asılı olmadan başqasına zərər verə biləcək bir xəstəliyin daşıyıcısı olub-olmaması nəzərə alınır:

"Yəni yoluxucu və irsi xəstəliklər diqqətdə saxlanılır. Çünki bəzən olur ki, tərəflərdən biri digərindən nikaha əngəl olmamaq xatirinə xəstəliyini gizlədir. Bu xəstəlik isə həm partnyora, həm də gələcəkdə doğulacaq uşağa keçə bilər. Analiz verdikdə belə bir problem yaşanmır, xəstəlik aşkarlanır və tərəflər tam məlumatlı olur. Son olaraq yola bərabər davam edib-etməyəcəklərinə də belə bir vəziyyətdə qərar verirlər. Müayinə yaxşıdır ki, cütlüklər xəstəlik və görülməli olan tədbir barədə qabaqcadan məlumatlı olurlar".

Həmsöhbətimiz bildirib ki, narkotik maddə asılılığı keçici, irsi bir şey deyil, hər şey fərdin özündən asılıdır, ona görə də siyahıda yer almır:

"Şəxs könüllü şəkildə müalicə alıb tam sağala bilər və ya əksini də etməsi mümkündür. Burda bir məsələ var ki, heç kim narkotik istifadəçisinin sağalıb-sağalmayacağını proqnozlaşdıra bilməz. Ona görə də birinin narkotik maddə qəbul etməsini əsas tutaraq onun evlənməsinə icazə vermək və ya verməmək doğru olmaz. Çünki narkomaniya müalicəsi olan xəstəlikdir. Üstəlik narkotik qəbul etdikdən üç-dörd gün sonra qanda aşkarlanmır. İstifadəçilər bunu bildiyinə görə rahatlıqla aludəçiliklərini gizlədə bilərlər. Amma nikah üçün müayinəsi nəzərdə tutulan həmin xəstəliklər irsi və ya yoluxucudur. Onlar nə valideynin, nə şəxsin iradəsindən asılıdır. Məhz ona görə əvvəlcədən onlar üzrə müayinə istənilir ki, gələcəkdə sağlamlıq baxımından yaşana biləcək ciddi problemlər barədə tərəflər məlumatlı olsunlar".

Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Əsabəli Mustafayev isə diqqətə çatdırıb ki, əvvəllər nikaha daxil olmaq üçün heç bir tibbi arayış tələb olunmayıb:

"Ancaq sonralar insanlar arasında infeksion xəstəliklərin artmasını önləmək üçün testlərdən keçmək tələb olundu. Narkotik asılılıq isə keçici xəstəlik olmadığı üçün bunun müayinə siyahısına salınacağına ehtiyac olduğunu düşünmürəm. Hesab edirəm ki, bu heç düzgün də olmaz. Belə məsələlərdə ehtiyatlı olmaq lazımdır. Çünki insan haqları deyilən bir şey var, ona hörmət edilməlidir. Hətta şəxsin narkotik asılılığı varsa belə, onu analiz verməyə məcbur etmək olmaz. İnsanların müdafiəsi üçün infeksion, ölümlə nəticələnə biləcək ağır xəstəliklər müayinə olunmalıdır. Ümumilikdə isə nikaha girənlər bir-birini əvvəldən tam tanımalıdırlar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1380   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 559
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 222
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 257
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 232
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 291
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 687
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 520
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 499
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1617
.