Ərdoğan azərbaycanlı naziri TƏLTİF ETDİ

Ərdoğan azərbaycanlı naziri TƏLTİF ETDİTürk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatı təqdim olunub.

BiG.AZ xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresi davam edir. Beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatının təltifetmə mərasimi baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev vurğulayıb ki, son illərdə əldə edilən uğurlarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atılıb, türk birliyinin əsası qoyulub. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı siyasət, iqtisadiyyat, mədəniyyət, ticarət, gömrük kimi digər sahələri də əhatə edən bir beynəlxalq təşkilatdır.

Bağdad Amreyev noyabrda Səmərqənddə keçiriləcək TDT-nin Zirvə Toplantısında yeni bir mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib:

"Bunun arxasında xalqlarımızın iradəsi və təşkilatın üzv ölkələri liderlərinin qərarlığı dayanır".

TDT-nin Baş katibi həmçinin pandemiya dövründə təşkilat tərəfindən məqsədyönlü və uğurlu addımların atıldığını diqqətə çatdırıb.

Öz növbəsində çıxış edən Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirdi ki, COVID-19 pandemiyası səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı oldu:

"Böyük Türk dünyasının bir hissəsi olan Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanla birgə daha da güclüyük. Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə öndə oldular. Pandemiya səhiyyə sisteminin güclü olmasının vacibliyini göstərdi. İstehsal gücümüzü birləşdirərək, öz dərman və tibbi ləvazimatlarımızı istehsal edə biləcək böyük ailə olmalıyıq. 20 ildə Türkiyə səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır - şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya ölkələri tərəfindən təqdir olunur".

VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatın təltifetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdan gələn yüz ilə baxışımızı qardaş və dost ölkələrlə birgə təsəvvür edirik:

"Hazırda biz dünyanın yalnız iqtisadiyyat kimi məsələlər deyil, artıq insanın var olma anlayışı çərçivəsində inkişaf etdiyini görürük".

COVID-19 pandemiyasının ortaya çıxdığı problemlər haqqında danışan Türkiyə Prezidenti insanlığı bu bəladan qurtarmaq üçün göstərilən səylərdə İbn Sinanın verdiyi tövsiyələrin ortaya çıxdığını qeyd edib:

"Dünyanın fərqli bölgələrində insanı bir vasitə deyil, şəxsiyyət kimi göstərilən səylərin arxasında ortaq mədəniyyətimizin yer aldığını görürük. Türk tibb dünyası olaraq bu təfəkkürü öz sahəmiz üzrə hər an, hər vəsiləylə həyata keçirməliyik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatını təqdim edib.

Daha sonra qonaqlar Türk Tibb Dünyası Konqresi ilə paralel olaraq keçirilən "Türk dünyası səhiyyə biznes sərgisi"nin stendləri ilə tanış olaraq, sərgidə iştirak edən şirkətlərin nümayəndələri ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları barədə söhbət ediblər.

Sonda səhiyyə naziri Teymur Musayev Azərbaycan KİV nümayəndələrinin suallarını cavablandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1517   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.