Tanınmış həkimin intihardan əvvəlki məktubu üzə çıxdı

Tanınmış həkimin intihardan əvvəlki məktubu üzə çıxdıİki ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktub üzə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov məlumat yayıb. O bildirib ki, rayonun Xolmilli kəndindən olan M.Bağırov ilkin ehtimallara görə, məktubu ölümündən bir neçə dəqiqə əvvəl yazıb və sonra yarımtikiliyə gedərək özünü asıb. Üç səhifədən ibarət məktubunda ailə üzvlərinə vəsiyyət də edən həkim ölümündə tanışını günahlandıraraq onu intihara vadar etdiyini iddia edib: "Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980 000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pulları mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Axırda məni "Bandotdel" ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi".

Məlumata görə, M.Bağırov məktubda ailə üzvlərinə vəsiyyət edəndən sonra intiharına görə anasından üzr istəyib.

Tanınmış həkimin intihardan əvvəlki məktubu üzə çıxdıQeyd edək ki, bir müddət əvvəl M.Bağırovun ailəsi "Qafqazinfo"ya açıqlama verərək onun təhdid edildiyini bildirmişdi. Ailəsi Müşfiqin boynuna külli miqdarda pul qoyulduğunu və həmin vəsaiti ödəməyə məcbur edildiyini bildirib.

Digər məlumatlarda isə M.Bağırovun biznes fəaliyyəti də göstərdiyi və Rusiyaya xeyli miqdarda mal göndərdiyi, lakin malın pulunu geri ala bilmədiyi qeyd edilir.

Xatırladaq ki, M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə (Cinayət Məcəlləsinin 125-ci maddəsi – Özünü öldürmə həddinə çatdırma) istintaq davam edir.

Tanınmış həkimin intihardan əvvəlki məktubu üzə çıxdıTanınmış həkimin intihardan əvvəlki məktubu üzə çıxdı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1502   Tarix: 01 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib

ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs

15:50 136
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

18:30 137
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 28
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:42 150
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

18:40 114
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

20:08 138
.

İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu

ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar

16:30 162
.

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Prezidentin Mətbuat Xidməti qarşılanm

15:21 177
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

17:58 160
.