Saxta bal istehsal edən şəxs məsuliyyətə cəlb olundu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta bal məhsulunun istehsalını dayandırıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 1, ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arif Oruc oğlu İsmayılova məxsus balın qablaşdırılması müəssisəsində planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istehlak müddəti bitmiş, üzərində qablaşdırma barədə məlumatlar olmayan, eləcə də qablaşdırılması Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsindəki müvafiq ünvanda həyata keçirildiyi halda, markalanmasında qablaşdırılma yeri kimi Daşkəsən rayonu, Bayan kəndi qeyd edilən 1118.7 kq bal məhsulu aşkarlanıb. Müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı müəyyən edilib.
Yoxlama çərçivəsində müəssisədəki baldan nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb.
Müəssisədə qeydə alınan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib. İstehlak müddəti bitmiş, markalanması və sınaq nəticələri normativ texniki sənədlərin tələblərinə uyğun olmayan müxtəlif partiya bal məhsullarının satışının qadağan edilməsi, eləcə də bal məhsulunun istehsalının (emalı və qablaşdırılması) dayandırılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1103 Tarix: 02 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar
16:30 162 Dünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR
Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə
16:00 170 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyi
16:32 162 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
18:41 183 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 154 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Prezidentin Mətbuat Xidməti qarşılanm
15:21 177 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 28 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 151 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video
"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca
17:38 133