İcra başçısının avtomobilini vurdular
Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin "20 Yanvar" küçəsində, İcra Hakimiyyəti binasının qarşısında baş verib. "Opel" markalı avtomobil, "Nissan" markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, "Nissan" markalı avtomobil Mingəçevir şəhər icra başçısı İlham İsmayılovun xidməti maşını olub. Hadisə baş verərkən isə başçı avtomobildə olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhəri ərazisində "Opel" markalı avtomobilin sürücüsü arxaya hərəkət edərkən manevr etmə qaydalarını pozub və "Nissan" markalı avtomobilə dəyib. Qaydanı pozan "Opel"in sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ( manevr etmə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və nəqliyyat vasitələri yüngül zərər görüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1808 Tarix: 02 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. BİG.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlə
24.08.2026 229 Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz
Wi-Fi şifrəsini unutmusunuzsa, routerin üzərindəki kodu axtarmağa və ya şəbəkə parametrlərini sıfırlamağa ehtiyac yoxdur. Telefon və ya kompüter həmin şəbəkəyə daha əvvəl qoşulubsa, yadda saxlanılan şifrəni bir neçə addımla cihazın özündən görmək mümkündür. xarici mediaya istinadla xəbər verir ki, bunu
24.08.2026 206 Təl-Əviv metrosu maşinistsiz işləyəcək - 150 kilometrlik şəbəkə qurulur
Təl-Əviv metrosunun layihəsi növbəti mühüm mərhələyə keçib. İsrailin dövlət şirkəti NTA gələcək metro şəbəkəsi üçün qatarların alınması və idarəetmə sistemlərinin yaradılması ilə bağlı tenderlər üzrə ilkin seçimə başlayıb. Bu mərhələnin ümumi dəyəri təxminən 30 milyard şekel (təxminən 10 milyard dollar
24.08.2026 270 Fransada tornado evlərin damlarını uçurub
Bazar ertəsi axşamı Fransada bir kənddə baş verən qasırğa, ölkəni bürüyən şiddətli fırtınalar nəticəsində evlərin damlarını uçurub. Agence France-Press-in verdiyi məlumata görə, şiddətli hava şəraitində ən azı 41 nəfər xəsarət alıb. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, yaralılar arasınd
11:55 120 Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)
Avropanın əksər şəhərlərində gecə yarısı qaranlıq və sakitlik hökm sürür. Lakin qitənin şimalında bunun istisnası olan bir şəhər var. Söhbət Norveçin Tromse şəhərindən gedir. Şəhər Şimal qütb dairəsindən təxminən 300 kilometr şimalda yerləşir. Qaynarinfo adevarul.ro-ya istinadən xəbər verir ki, yay aylarında
24.08.2026 299 Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Ukraynaya səfəri Kiyevə edilən hücumlar səbəbindən təxirə salınıb. xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu özünün X səhifəsində məlumat yayıb. "Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya səfəri təxir
24.08.2026 195 Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha d
24.08.2026 295 Qızılın qiyməti yeni həddə
"Comex" birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub. xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub. Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən
24.08.2026 213 Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq və strateji tərəfdaşlıq daha da möhkəmlənir - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qalıb. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə yüksəldiyini nümayi
24.08.2026 326