Bu, Cənubi Qafqazı sülhə daha tez yaxınlaşdıra bilər - ŞƏRH
"Azərbaycan və Ermənistan liderlərinin Tbilisidə görüşməsi məsələsi həmişə aktual olub. Azərbaycan Prezidenti İlham Əliyev Praqada keçirilən görüş zamanı da bir daha Azərbaycan, Ermənistan, Gürcüstan birgə regional platformasının yaradılmasının zərurətindən danışdı".
Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov Tbilisidə Azərbaycan və Ermənistan liderlərinin görüşünün planlaşdırılması barədə erməni mətbuatının yaydığı iddialarla bağlı danışıb.
Millət vəkili qeyd edib ki, gələcəkdə nə vaxtsa görüşün baş tutması istisna edilməməlidir:
"Bilirik ki, hazırda post müharibə dövründən sonra sülhün əldə olunması üçün iki platforma var. Bunlardan biri Brüssel platformasıdır, digəri isə Moskva yaxud Soçi platformasıdır. Ancaq bəllidir ki, istənilən halda bu platformaların təşəbbüskarları danışıqlarda vasitəçi olmaqla həmçinin öz maraqlarından çıxış edirlər. Bu maraqlar isə daha çox ziddiyətli qütblərin maraqlarıdır. Yəni bir-birilə uzlaşmayan maraqlardır və məhz regional gələcək sülh perspektivinə bu maraqlar notifikasiya edilməyə çalışılır. Bu isə əlbəttə ki, post müharibə dövrünün iki illik təcrübəsindən gördüyümüz kimi mümkün sülhü gecikdirir. Elə sonuncu dəfə Soçidə keçirilən görüşdə də yeni məsələlərin ortaya çıxması bir daha onu göstərdi ki, biz ötən iki il ərzində nəinki sülhə yaxınlaşmışıq, hətta bəlkə də ondan uzaqlaşmağa başlamışıq. Ona görə də Tbilisidə birə-bir görüşün keçirilməsi şüphəsiz ki, vasitəçilər olmadan baş tutacaqdır, qonşu Gürcüstan sadəcə ev sahibliyi edəcəkdir və beləliklə nəhayət tərəflər özlərinin reallığı ilə üz-üzə qalacaqlar. Azərbaycan da, Ermənistan da bu reallıqdan çıxış edərək sülh danışıqlarını apara bilər. Əgər önümüzdəki günlərdə yaxud aylarda baş tutmasa da, gələcəkdə nə vaxtsa görüşün baş tutması istisna edilməməlidir. Düşünürəm ki, bu, özlüyündə yeni bir sülh platforması yaratmaqla Cənubi Qafqazı sülhə daha tez yaxınlaşdıra bilər".
Qeyd edək ki, Ermənistan mediası Tbilisidə Azərbaycan və Ermənistan liderlərinin görüşünün planlaşdırılması barədə məlumat yayılıb.
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 585 Tarix: 03 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp sentyabrda İrlandaya səfər edəcək
ABŞ Prezidenti Donald Trampın sentyabrın 12-13-də İrlandaya səfər edəcəyi gözlənilir. "New York Post"un məlumatına görə, Tramp səfər zamanı İrlandiyanın Doonbeg şəhərində yerləşən qolf meydançasında keçiriləcək "Irish Open" turnirini izləyəcək. Məlumata əsasən, ABŞ liderinin səfə
24.08.2026 196 Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar
24.08.2026 396 Pensiya kapitalı niyə övlada tam verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Vətəndaşların pensiya kapitalının gələcəkdə vərəsələrinə, o cümlədən övladlarına müəyyən hissəsinin verilməsi məsələsi yenidən diqqət mərkəzinə gəlib. İllərlə əmək fəaliyyəti göstərən və sosial sığorta haqqı ödəyən şəxslərin fərdi hesabında formalaşan pensiya kapitalının taleyi vətəndaşlar arasında d
10:00 274 Qızılın qiyməti yeni həddə
"Comex" birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub. xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub. Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən
24.08.2026 211 Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha d
24.08.2026 292 Təl-Əviv metrosu maşinistsiz işləyəcək - 150 kilometrlik şəbəkə qurulur
Təl-Əviv metrosunun layihəsi növbəti mühüm mərhələyə keçib. İsrailin dövlət şirkəti NTA gələcək metro şəbəkəsi üçün qatarların alınması və idarəetmə sistemlərinin yaradılması ilə bağlı tenderlər üzrə ilkin seçimə başlayıb. Bu mərhələnin ümumi dəyəri təxminən 30 milyard şekel (təxminən 10 milyard dollar
24.08.2026 269 "iPhone" alanların nəzərinə - Qiymətlər kəskin bahalaşır
"Apple" yeni "iPhone" modellərinin qiymətini artırmağa hazırlaşır. "Qafqazinfo" "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə agentliyin jurnalisti Mark Qurman məlumat yayıb. Məlumata görə, buna səbəb xammal, xüsusən də yaddaş kartları və çip təchizatında yaşana
24.08.2026 222 Tramp: İran tamamilə çökür
İran tamamilə çökür. APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donal Tramp "Truth Social" hesabında yazıb. Tramp İranın artıq tamamilə çökdüyünü qeyd edib
24.08.2026 211 Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə
23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri yalnız iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun növbəti mərhələsi deyil, eyn
10:39 117