"Kontakt" Zəngilan sakinlərinə Zəfər payı çatdırdı – VİDEO
Zəfər Günü ərəfəsində qürurverici addım Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "Kontakt" mağazalar şəbəkəsindən gəldi. Aktiv vətənpərvərlik fəaliyyəti ilə seçilən şəbəkə bu dəfə də "Qarabağ Proqramı"na sadiq qalaraq doğma yurdlarına qayıdan Zəngilan rayonu, Ağalı kənd sakinlərinin sevincinə sevinc qatıb.
Belə ki, "Kontakt" nümayəndələri Ağalı kənd sakinlərinin evlərini ziyarət edib və öz doğma kəndlərinə qayıdan 66 ailənin hər birinə onların təməl ehtiyaclarına uyğun dəyərli məişət əşyaları hədiyyə edib:
"Əgər 2 il əvvələ qədər Qarabağa gəlmək, Qarabağa onun həqiqi sakinlərinin qayıtmağı xəyal kimi görünürdüsə bu gün biz Zəngilanda o xəyalları yaşayırıq. Nə xoş təsadüf ki, məhz bu gün Ağalı kəndinin işğaldan azad olunduğu tarixə təsadüf edir. Bizim şəbəkənin sloqanı "Kontakt sevindirir"di. Biz getdiyimiz hər yerə sevinc daşımağı özümüzə missiya seçmişik. Ümid edirik ki, Ağalı kəndinin sakinlərinə gətirdiyimiz sovqatlar da onların gündəlik həyatlarını asanlaşdıracaq və həyatlarına sevinc qatacaq." – bu sözləri "Kontakt"ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.
Zəngilan sakinləri də 30 illik böyük həsrətin xoşbəxt sonluğunu fərəh dolu hislərlə ifadə ediblər. Onlar həm Ağalıya qayıtmaqlarını, həm də "Kontakt"ın təqdirəlayiq jestini xoş emosiyalar ilə dilə gətirərək təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "Kontakt" mağazalar şəbəkəsi illərdir ki, "Qarabağ Proqramı" çərçivəsində aktiv vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində "Vətən müharibəsi" və son sentyabr hadisələri şəhidlərinin, eləcə də onların ailə üzvlərinin şirkətə olan kredit borcları ləğv edilib. Bu silinmə eyni zamanda əmək qabiliyyətini itirmiş qazilərimizə və onların ailə üzvlərinə də şamil olunub. İndiyədək "Qarabağ Proqramı" çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə bir milyon manatdan artıq vəsait cəlb olunub.
Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. Bu missiya ilə "Kontakt" hər kəsi Qarabağın dirçəldilməsində həmrəy və fəaliyyətdə olmağa çağırır.
Şəbəkə xalqımızı tarixi qələbəyə qovuşduran şəhidlərimizə Allahdan rəhmət arzu edir, qazilərimizin mərdliyi qarşısında baş əyir. Qarşıdan gələn Zəfər Günümüz mübarək!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 05 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
17:36 138 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
17:44 162 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Prezidentin Mətbuat Xidməti qarşılanm
15:21 177 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 172 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
19:20 80 Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
18:40 114 Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü
18:59 134 Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi
Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib
15:30 158 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bi
16:34 160