Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi

Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdiÜç dövlət rəhbərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanat, əslində, Ermənistanın kapitulyasiya aktına imza atması idi. Bu Bəyanat 30 ilə yaxın davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Qısa müddət ərzində Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu, onların hərbi texnikası tam məhv edildi.
Bu Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etmədi.
Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.
Razılaşmaya əsasən, daxili məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında işğaldan azad olunmuş ərazilərə geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq, bununla da həmin ərazilərdə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcəkdir. Hazırda "Böyük Qayıdış" layihəsi uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün şərait yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ilin sonuna kimi daha bir qrup sakin öz döğma yurduna qayıdacaqdır.
Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 563   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"​Metbuat.az" 9 yaşında!

Bu gün xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür. 2017-ci il 21 fevral tarixində fəaliyyətə başlayan " ötən 9 il ərzində operativliyi və etibarlılığı əsas prinsip kimi qəbul edərək geniş oxucu auditoriyasını formalaşdırıb. Qısa müddətdə öz dəst-xətti ilə seçilən sayt bu gün aparıcı onlay

21.02.2026 166
.

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərl

21.02.2026 150
.

Azərbaycan gücləndikcə niyə eyni ssenari təkrarlanır? - VİDEO

Son illərdə maraqlı bir mənzərə formalaşıb: Azərbaycan beynəlxalq arenada hansısa ciddi uğur əldə edən kimi, paralel şəkildə xaricdə siyasi qalmaqallar, etiraz aksiyaları və mediada eyni məzmunlu tənqidi materiallar peyda olur. Bu artıq təsadüf kimi görünmür. Vaşinqtonda baş verən son hadisələr də məh

00:05 99
.

Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində "Hyundai" markalı avtomobili qaçırmaqda şüphəli bilinən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb

21.02.2026 189
.

Boris Conson Ukraynaya qeyri-hərbi kontingent göndərməyə çağırıb

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson London və onun müttəfiqlərini qısa müddətdə Ukraynaya qeyri-döyüş hərbi kontingentlər göndərməyə çağırıb, onun fikrincə, belə bir addım Rusiyanın gələcək hərəkətlərinə təsir göstərə bilər. "Report" BBC-yə istinadən xəbər verir ki, o bunu "Sunda

21.02.2026 93
.

Gürcüstan Azərbaycandan Ermənistana neft tranziti üçün simvolik tarif müəyyən edib

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib. -ın xəbərinə görə, bu barədə "Sputnik Gürcüstan" nəşri məlumat verib. Məlumata görə, rüsumlar İrəvanda iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın Ərazi idarəetmə və infrastruktu

21.02.2026 149
.

"TIR-dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü"

"40 ildir TIR sürücüsü olan atam 2025-ci il sentyabrın 12-dən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılır". BİG.AZ xəbər "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu həbsdə olan Miribrahim Kərimovun oğlu Mirağa Kərimov deyib. Atasının günahsız olduğunu hesab edən şikayətçinin sözlərin

21.02.2026 154
.

VACİB XƏBƏR! Sabah bu ərazilərdə SU OLMAYACAQ

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirili

21.02.2026 328
.

Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 18,3 milyon ton yük daşıyıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə 0,1 milyon ton və ya 0,5 % azdır. Hesabat dövründə nəqliyyatçılar 167,8 milyo

21.02.2026 187
.

TOP MP3