İran hakimiyyəti - İslam daxilində təfriqəçi, ianələri terrora xərcləyən rejim - ŞƏRH

İran hakimiyyəti - İslam daxilində təfriqəçi, ianələri terrora xərcləyən rejim - ŞƏRHİran yeraltı və yerüstü sərvətlərinə görə Orta Şərqin ən varlı dövlətidir. Ancaq ölkənin var-dövləti vətəndaşın rifahına deyil, hakim rejimin siyasi hikkəsinin təmin olunmasına xərclənir. İranın tanınmış və ziyalı insanları dəfələrlə hakimiyyəti dövlət büdcəsini xaricdə saxladığı təşkilatlara sərf etməkdə günahlandırıblar. İranda hakimiyyətin apardığı bu siyasət nəticəsində adambaşına düşən milli gəlir 2004-cü ildən 2020-ci ilədək ən aşağı səviyyəyə düşüb. Tehran Ticarət və Sənaye Palatasının sədri Məsud Ənsari tviter səhifəsindəki paylaşımda bunu belə dəyərləndirmişdi: "Ötən il (2019-cu ili nəzərdə tutur, pandemiyadan əvvəl ) adambaşına düşən milli gəlir 4 milyon 700 min tümən (təxminən 210 dollar) geriləyib".

Əslində, İran əhalisinin yoxsul vəziyyətə düşməsinin əsas səbəblərindən biri Xomeyninin İslam inqilabı doktrinasının transformasiyası adı altında hakimiyyətin xarici ölkələrdə yaratdığı şəbəkələrə maliyyə vəsaiti və s. xərcləməsidir. Bəs Tehran hakimiyyəti dövlətin pullarını hansı ölkələrdə xərcləyir? O, Suriya, İraq, Yəmən, Fələstin, Livan, Əfqanıstan, keçmiş sovet respublikaları, Aİ-nin bəzi ölkələri, Afrikanın şimalındakı dövlətlər, Çin, Hindistan, Pakistan, Latın Amerkasının bir sıra ölkələri, ABŞ, NATO, İsrail, Səudiyyə Ərəbistanında maraqlarına qarşı külli miqdarda maliyyə vəsaiti sərf edir. İran Bəhreynə də silah-sursat göndərir. Orada silahlı qruplaşma, o cümlədən "əl-Əştər" briqadası iranlılar tərəfindən təlmatlandırılır. İran 2020-ci ildə Livanda "Hizbullah"a 700 milyon dollar yardım edib. Hər gün Yəməndə husi qiyamçıların Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində atdıqları raketlər adi İran vətəndaşlarının çörək pulu hesabına hazırlanır. Məsələn, ötən ilin fevral-iyun aylarında ABŞ Hərbi Dəniz Qüvvələri Yəməndəki husi qiyamçıları üçün nəzərdə tutulan, İran istehsalı olan 1 700 avtomat və 170-dən artıq raket ələ keçiriblər.

İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən "Qüds" adlı qoşunu var. "Qüds"ün müxtəlif idarələri mövcuddur: Türkiyə, Qərb ölkələri bazası, keçmiş SSRİ ölkələri, İraq, Əfqanıstan, Pakistan, Hindistan, İsrail, Livan, İordaniya, Şimali Afrika, Ərəb yarımadası ölkələri. Bu təşkilatın maliyyələşməsi gizlidir. O, İranın ali rəhbəri Xameneiyə tabedir. Bəzi mənbələr onun "Bank of Kunlun" maliyyə qurumu tərəfindən dəstəkləndiyini də bildirir. Bu bank Çinin "China National Petroleum Corporation" şirkətinin törəməsidir. İran İraqda terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə adı altında "Xalq Səfərbərlik Qüvvələri"(Həşdi Şəbi") adı ilə də hərbi birləşmə yaradıb. Onun tərkibində 7 silahlı qrup var. Onların sayının 100-150 min olduğu bildirilib. İraq İŞİD-dən təmizlənsə də, "Həşdi Şəbi" hələ də bu ölkədə fəaliyyətini davam etdirir. Başqa sözlə, İran bu qoşuna dövlət büdcəsindən milyonlarla maliyyə vəsaiti xərcləyir. Tehran xarici ölkələrdə qoşunlar saxlamaqla ölkəsinin təhlükəsizliyi adı altında hakimiyyətin qalmasını və əhəmiyyətsiz doktrinanın yayılmasını təşkil edir. İran həmin qruplaşma tərəfindən İraqı bir növ işğal edib.

Yeri gəlmişkən, qeyd edək ki, 1979-cu ildən İran hakimiyyətinin adı 40-dan çox ölkədə törədilən terror hadisələrində hallanır. Bundan başqa, Tehran rejimi beynəlxalq miqyasda 360-a qədər məqsədyönlü qətlləri, eləcə də yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan kütləvi partlayışları təşkil edib. Bu terror aktlarını və silahlı hücumları, ilk növbədə, İran İnqilab Keşikçilərinin "Qüds" qoşunu, İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT), üçüncü ölkələrdəki etibarlı şəxsləri, məsələn, "Hizbullah" törədib. 1994-cü ildə Argentinanın paytaxtı Buenos Ayresdə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında ETTELAAT-ın o vaxtkı şefi Əli Fəllahianın, İran səfirliyinin mədəniyyət üzrə attaşesi Əhmədrza Əsgərinin adları hallanır. Yaxud 2018-ci ildə Avstriyada səfirlikdə işləyən Əsədullah Əsədi terror fəaliyyətində şübhəli bilinərək hazırda Belçikada həbsdədir.

Ümumiyyətlə, 1984-cü ildən İran dünyada terrorçuluğu himayə edən dövlət olaraq tanınır. Ölkənin əsas güc strukturu sayılan qvardiya terrorçu təşkilat siyahısındadır. İran hakimiyyətinin pozuculuq əməlləri təkcə terrorlar törətməklə bitmir. O, din pərdəsi altında dünya müsəlmanları arasında da ikitirəlik yaradır. Təriqəti din səviyyəsində təbliğ edir. İran mərkəzli fars düşüncə sisteminin daşıyıcısı olan bu rejim dünyada adı və pərdəsi altında gizləndiyi məzhəbə hücum olduğunu təbliğ etməklə də İslama ziyan vurur, onu parçalayır, birliyi əngəlləyir. İran-İraq müharibəsi zamanı Xomeyni Kərbəla və Nəcəfi düşmənlərdən (o vaxt Səddam Hüseyni nəzərdə tuturdu) azad edib, Kəbəni də kafirlərdən təmizləyəcəklərini bəyan etməklə də İslam düşmənçiliyi toxumunu səpirdi. İslam dinində vacib əməllərdən biri Kəbənin ziyarətidir. Tehran hakimiyyəti bu ziyarətin əhəmiyyətini azaltmaqla da İslamı təhrif edir. İran hakimiyyəti müsəlmanların bu müqəddəs ibadət ocağında müxtəlif terrorlar törətmək və ya təşkil etməklə oranı təhlükəli yerə çevirməyə çalışır. Bununla da müsəlmanların ora səfərinin qarşısını almağı hədəfləyir. 1979-cu il noyabrın 20-də, Məhərrəm ayının birində Məkkədə törədilən terror aktı nəticəsində 255 nəfər ölmüş, Səudiyyə Ərəbistanının 400-dən çox hərbçisi yaralanmışdı. Bu terror aktında daha çox İran hakimiyyətinin adı hallanırdı. Çünki bu hadisədən 16 gün əvvəl, noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinin 52 əməkdaşı girov saxlanılmışdı. Bu hücumun məsuliyyətini "İmam Xomeyni yolunun davamçıları" üzərlərinə götürmüşdü. Onda Ruhullah Xomeyni səfirliyin işğalını "ikinci inqilab" kimi səciyyələndirmişdi. Məkkəyə hər il orta hesabla dünyanın müxtəlif yerlərindən 2,5-3 milyon zəvvar səfər edir. Koronavirus təhlükəsi səbəbindən 2022-ci ildə Həccə bir milyon zəvvar gedib. İranın apardığı təbliğat və təfriqəçilik nəticəsində bu il Məhərrəm ayının 10-cu günü İmam Hüseynin xatırlanması üçün Kərbəlaya 21 milyondan çox zəvvar səfər etdiyinə dair xəbər yayılıb. İranın İmam Hüseynin Ziyarətgahı İdarəsinin Baş Katibliyi bildirib ki, bu il tədbirə 21 198 640 nəfər qatılıb. Müqayisə üçün qeyd edək ki, ötən il iştirakçıların sayı 16 milyon 327 min nəfər olub.

İran hakimiyyətinin bu ziyarətləri təşkil etməkdə məqsədlərindən biri öz siyasi-ideoloji xəttinin dünyadakı havadarlarının sayını nümayiş etdirməkdirsə, digəri də pul qazanmaqdır. Ərbəin, Məşhəd, Qum və s. ziyarətgahlardan əldə edilən maliyyə vəsaitləri isə elə müsəlman ölkələrdə törədilən terrorlara və başqa pozuculuq əməllərə xərclənir. İran hakimiyyəti müsəlman ölkələrində iğtişaşları da həmin pullarla törədir. Həmin pullar həm də Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün Ermənistana yardım kimi verilirdi. Bu gün də Tehran İrəvana yardım edir. Odur ki, İrandakı rejim ziyarətgahlardan topladığı maliyyə vəsaiti hesabına Ermənistana silah, hərbi texnikanı ucuz qiymətə satır. Onun Azərbaycana qarşı güclənməsinə yardım edir. Bu kimi məsələlər İranın İslam dünyası daxilində pozuculuq fəaliyyətini təsdiqləyir. Tehran hakimiyyətinin fəaliyyət istiqamətləri daha çox müsəlman dövlətləridir. O, adi inanclı zəvvarlardan topladığı ianələri həmin dövlətlərin ərazilərində öz çirkin niyyətlərini həyata keçirməyə sərf edir. Çünki İrandakı hakimiyyət heç vaxt İslama xidmət etməyib. O, panfarsçı düşüncənin daşıyıcısı olduğu üçün daim türk, ərəb və fars olmayan region dövlətlərinə qarşı gizli və açıq düşmənlik aparıb...(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya-Ukrayna müharibəsində gərginlik artır: Kiyev yeni hücumlara məruz qaldı, Avropa Ukraynaya 6,1 milyard avro ayırdı

Rusiya-Ukrayna müharibəsində son sutkada qarşılıqlı hücumlar və diplomatik gərginlik davam edib. Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sülh istədiyini, lakin Rusiya qarşısında təslim olmayacağını açıqlayıb. Eyni zamanda, Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün əlavə 6,1 milyard avro maliyy

24.08.2026 202
.

Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz

Wi-Fi şifrəsini unutmusunuzsa, routerin üzərindəki kodu axtarmağa və ya şəbəkə parametrlərini sıfırlamağa ehtiyac yoxdur. Telefon və ya kompüter həmin şəbəkəyə daha əvvəl qoşulubsa, yadda saxlanılan şifrəni bir neçə addımla cihazın özündən görmək mümkündür. xarici mediaya istinadla xəbər verir ki, bunu

24.08.2026 204
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: dostluq və strateji tərəfdaşlıq daha da möhkəmlənir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qalıb. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə yüksəldiyini nümayi

24.08.2026 310
.

Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb. *. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Abituriyentlə

24.08.2026 263
.

Rusiya Ukraynada 3 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynanın üç vilayətində yerləşən yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb. xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya qüvvələri Sum vilayətinin Perşe Travnya, Donetsk vilayətinin Kuçerov Yar və Zaporojye vilayətinin Dolinka yaşayış məntəqələrini ələ keçirib

24.08.2026 193
.

Rusiyanın işğalı davam etdiyi bir vaxtda Avropa liderləri Ukraynanın Müstəqillik Günündə Zelenski ilə birlikdə Kiyevdədirlər

Avropa liderləri bazar ertəsi günü Kiyevdə Prezident Volodymyr Zelensky ilə birlikdə Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün rəsmi tədbirlərdə iştirak ediblər. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu tədbirlər Rusiyanın ölkəyə 4 illik işğalını davam etdirdiyi bir vaxtda baş tutub

24.08.2026 206
.

Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə atalığına xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən A.İsgəndərov ona qarşı irəli sürülə

24.08.2026 208
.

Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Ukraynaya səfəri Kiyevə edilən hücumlar səbəbindən təxirə salınıb. xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu özünün X səhifəsində məlumat yayıb. "Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya səfəri təxir

24.08.2026 190
.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha d

24.08.2026 285
.