Murad Dadaşov: "Əvvəlki reytinqlərin ölçü sistemi tamaşaçıları televiziyalardan küsdürdü" - VİDEO
"Bu gün televiziya rəqabətədözümlü olmalıdır, çünki indi pult tamaşaçının əlindədir və onun kanalı dəyişməyi üçün bir saniyə kifayətdir".
Bu fikirləri ARB-24 kanalına müsahibəsində "Xəzər" Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. Qanunvericiliyin tələblərinin televiziyalar üçün daha ciddi olduğunu söyləyən Murad Dadaşov sosial şəbəkələrdə bu məsuliyyətin olmadığını və məlumatın dəqiqliyinin şübhə doğura biləcəyəni deyib.
Mərkəzin rəhbəri hazırda mediada aparılan islahatların nəticələri barədə də danışıb:
"Yeni ildən biz artıq medianın yeni ölçü sisteminin işinin bəhrəsini görəcəyik. Əvvəlki reytinqlərin ölçü sisteminin fəaliyyəti ona gətirib çıxardı ki, biz əksəriyyət tamaşaçımızı televiziyamızdan küsdürdük və televiziyalar o qədər də tələbkar olmayan tamaşaçı auditoriyasının ixtiyarında qaldı. İntellektual verilişlər arxa plana keçdi. Əslində, bütün dünyada hazırda vəziyyət belədir. Televiziya bizə ənənəvi proqram verir, telefon sayəsində isə nəyə baxacağımızı özümüz müəyyənləşdiririk".
Murad Dadaşov reytinqə əsaslanaraq fəaliyyət göstərməyin çətinliyindən bəhs edib:
"Bu gün televiziyaların idarəçiləri üçün əsas məsələ həm reytinq, həm maarifləndirmə, həm də informasiyanı tamaşaçıya çatdırmaq arasında balansı tutmaqdır. Reytinqə qalsa, biz tamamilə başqa verilişlər göstərməliyik. Bizim sahənin coğrafi baxımdan çətinliyi odur ki, tamaşaçımız rusca, ingiliscə, türkcə verilişlərə baxa bilir. Bu səbəbdən də Azərbaycan televiziyaları reklam bazarını həm də burada itirir. Amma yerli kanalların istehsal etdiyi keyfiyyətli məhsul, proqramlar və seriallar yenə də baxılır".
"Xəzər" Televiziyasında fəaliyyətinin çətin dövrə təsadüf etdiyini vurğulayan Murad Dadaşovun sözlərinə görə, vizual dəyişikliyi görmək üçün hələ ki tezdir:
"Əslində, mən komanda ruhlu insanam. "Xəzər" TV-yə rəhbər təyin olunandan qısa müddət sonra pandemiya başladı, sonra da Vətən müharibəsi oldu və kanalın əsas gəlir gətirən formatı, yəni əyləncəli-musiqili verilişlər arxa planda qaldı. O dövr ərzində kollektivin maaş fondunun zamanında yığılması, çatışmayan avadanlıqları almaq, internet platformasını genişləndirmək qarşımda böyük vəzifə idi. Vaxtilə "Xəzər" telekanalı çox nüfuzlu xəbər kanalı idi, amma mən gələndə bura daha çox əyləncəli kanal kimi tanınmışdı. Artıq biz "Xəzər" İnformasiya Agentliyi yaratmaq istiqamətində işlər görürük, müxtəlif platformalarda keyfiyyətli filmlərimiz də nümayiş olunur. Daha bir filmimiz isə 8 noyabr tarixində tamaşaçılara təqdim olunacaq".
Murad Dadaşov cəmiyyətdə radioya münasibətlə bağlı yanlış təsəvvürlərin olduğunu deyib:
"Reytinq monitorinqi olmadığı üçün bizə elə gəlir ki, Azərbaycanda radionu ancaq sürücülər dinləyirlər. Lakin bu, belə deyil. Biz bu gün nəinki radionu, həm də rəqəmsal platformaları nəzərə almalıyıq. Bütün bunlar hamısı informasiyanı auditoriyaya çatdırmaq üçündür. Bu gün tematik radioların olması çox vacibdir".
M.Dadaşov son olaraq ilin sonunda "Xəzər" Media Mərkəzində maraqlı yeniliyin olacağını da açıqlayıb. Mərkəz rəhbəri bildirib ki, bu yenilikdən ilk dəfə məhz "Xəzər" TV tamaşaçıları xəbər tutacaqlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 859 Tarix: 05 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBirdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 152 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 182 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 264 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
14.11.2026 313 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 251 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 297 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 163 Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
14.11.2026 239 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 179