Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda yatdı, son məktubunda Telman Adıgözəlovdan nə istədi?

Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda yatdı, son məktubunda Telman Adıgözəlovdan nə istədi?Kulis.az aktyor, Xalq artisti Eldəniz Zeynalov haqqında on maraqlı faktı təqdim edir.

Eldəniz Məmməd oğlu Zeynalov 1937-ci il yanvarın 1-də Bakının Yuxarı Dağlı küçəsində hərbiçi ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: "Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun".

Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevdir. Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında səhnəyə də çıxıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayır: "Elə o vaxtdan başıma daş düşdü".

Aktyor iki dəfə ailə qurub. Birinci evliliyindən Aybəniz adlı qızı doğulub. İkinci evliliyindən isə Elbrus, Məmməd, Gülbəniz adlı övladları dünyaya gəlib. Aybəniz hal-hazırda Londonda yaşayır.

Uşaq olanda qardaşlarını tamaşaya aparır. Əhvalat belə olur: ət tapılmayan zamanlar imiş. Birgə yemək yeyəndə öz qabındakı küftənin suyunu asta-asta içib, qardaşlarının yeməklərinin hamısını yemələrini gözləyib. Qardaşların qabı boşalandan sonra baxıblar ki, Eldənizin boşqabında küftələr diri qalır, yalvarıblar ki, bizə də ver küftələrdən. Eldəniz küftəni onlara pulla satmağa razılaşıb, aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirib. Eldəniz Zeynalovun qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı "Qonşu qonşu olsa" tamaşasının rejissoru olub.

Eldəniz Zeynalov 1956-cı ildə o vaxtkı Teatr İnstitutuna qəbul olunur. İnstitutda müəllimlərindən biri də Adil İsgəndərov idi. O, Adil İsgəndərov ki, tələbələrini tələbə ikən kinoya çəkilməyə izn verməzdi. Deyirdi, tez ulduz olmaq onlara xeyir gətirməz, sənəti tam öyrənəndən sonra isə ulduz olsalar da ziyan gətirməz. Odur ki, teatrda 1950-ci ildən çalışsa da Eldəniz Zeynalov müəlliminin sözündən çıxıb institutda oxuduğu müddətdə dəvət aldığı filmlərə razılıq vermir. Nəhayət, elə çəkildiyi ilk film də institutu bitirən il müəlliminin ekranlaşdırdığı "Əhməd haradadır?" filmi olur. Filmdə Əhmədlərdən birini oynayan aktyor kinoda ilk xeyir-duasını da Adil İsgəndərovdan alır.

"Bir cənub şəhərində" filminə çəkilərkən Eldəniz rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda Eldəniz rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəflətən qucaqlayacam. Belə də ediblər. İşıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, Eldənizin üstünə qışqırır.

Ciddi xasiyyəti olan aktyor rejissorlardan söz götürmədiyi üçün bir neçə filmini yarımçıq qoymalı olub. Aktyorun həm də ata minmək qorxusu olub. Bu səbəbdən də "Yeddi oğul istərəm" filmindəki Mirpaşa obrazından imtina edib. Həmin filmdə epizodik rola çəkilir.

Aktyorun oğlu Məmməd Zeynalov atası kimi aktyorluq sənətini seçib. Bir müddət Dram teatrında, daha sonra İrəvan teatrında fəaliyyət göstərib. Məmməd 2021-ci il dekabrın 25-də xərçəng xəstəliyindən dünyasını dəyişib.

Aktyorun sonuncu ifa etdiyi rol isə Akademik Dram teatrında "Köhə ev" tamaşası olub. Bu tamaşada Səyavuş Aslanın dublyoru olan Eldəniz Zeynalov ondan qəribə bir xahiş edib deyir: Səyavuş, məşqlərə gəlmə, bəlkə də bu mənim oynayacağım sonuncu roldur". Səyavuş Aslan onun sözünü yerə salmır. Müxtəlif bəhanələrlə məşqlərə gəlmir. Tamaşanın sonunda o, Qüdrət obrazının ölümünü elə canlandırır ki, Aktyorun zalda əyləşən oğlu atasının həqiqətən öldüyünü zənn edib ağlayır.

Ailəsində iki oğlan, üç qız böyüyən aktyorun əzizlərinin, dostlarının, ailəsinin mənəvi əziyyətləri isə Eldəniz Zeynalovun içkiyə meyilli olmasından qaynaqlanırdı. Onu sevənlər bilirdilər ki, bu qədər içki bir gün onu yıxacaq. Yıxılır, sözün həm birbaşa, həm də məcazi mənasında... Həyatın keşməkeşləri, aldığın stress və həyat zərbələri təbii ki, insanın səhhətində izsiz keçmir. Eldəniz Zeynalov özünü içkiyə verməklə bu əzablardan xilas olmağa çalışırdı, amma yəqin özü də bilirdi ki, bu qurtuluş yolu deyil, əksinədir.

Bir gün Arif Quliyevlə danışıb rayonlara qastrola çıxırlar. Rayonda konsertdən əvvəl oturub yeyib-içirlər və pilləkənləri düşəndə Eldəniz Zeynalovun ayağı burxulub yıxılır. Bu hadisədən sonra 6 ay xəstə yatır. Travmatologiya İnstitutunda əməliyyat olunaraq iki ay orada müalicə alır. Daha sonra həkimlər ayağının yenidən əməliyyat olunmasını məsləhət görürlər. Bu dəfə Respublika Elmi Arterioloji Mərkəzdə əməliyyat olunur. Bu dəfə də uğursuz keçirilir. Əməliyyatdan sonra vəziyyəti günbəgün ağırlaşır. Ayağında çürümə gedir. Oğlu Elbrus Zeynalov müsahibələrinin birində deyirdi:

Ayağı sınandan sonra atam xəstə yatırdı. Həkimlər onu düzgün əməliyyat etməmişdilər. Yataq xəstəsi olmuşdu, gəzə bilmirdi. Heç ayağa da qalxa bilmədi, üstəlik dinib-danışmır, bütün günü halsız qalırdı. Bir gün həkimlər atamın ayağını xüsusi drellə deşəndə o mənim adımı çəkib qışqırdı, dözə bilmədim, ürəyim getdi. Özümə gələndə onun halı nisbətən düzəlmişdi, amma mən ömür boyu o səhnəni unuda bilmərəm".

Həkimlər əməliyyatsız düzəlmədiyini görüb, aktyorun ayağını əməliyyat etməli olurlar. Əməliyyatdan sonra Eldəniz Zeynalov özünə gəlmir, yəni huşsuz qalır. İki ay evdə huşsuz halda yatır və 2003-cü il noyabrın 5-də 64 yaşında dünyasını dəyişir. Yastığının altından sonradan sənət dostu Telman Adıgözəlova yazdığı məktub çıxıb. Aktyor övladlarını, ailəsini Telman Adıgözəlova tapşırıbmış məktubda.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 932   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.