KİV: "Ukrayna Ordusu Rusiyanın taborunu məhv edib, 500-dən çox hərbçi ölüb"
Ukraynanın Luqansk vilayətinin Makeyevka kəndi ətrafında Ukrayna hərbçilərinin atəşi sonucunda Voronej vilayətindən səfərbər edilmiş rusiyalılardan ibarət tabor məhv edilib. Yüzlərlə hərbçi ölüb.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Vyorstka" nəşrinə səfərbər edilənlərin qohumları və sağ qalan hərbçi bildirib.
Ukrayna Silahlı Qüvvələrinin açdığı atəşdən sonra sağ qalan rusiyalı hərbçi Aleksey Aqafonov onun taborundan 500-dən çox insanın öldüyünü açıqlayıb.
Onun sözlərinə görə, komandir əvvəlcə onları cəbhə xəttinin 15 kilometrliyində "ərazi müdafiəsi"nə qoşulmalı olduqları Svatovo rayonuna göndərəcəyini vəd edib. Amma noyabrın 1-dən 2-nə keçən gecə bütün tabor qoşunların təmas xəttinə gətirilib və "müdafiə xəttini qazıb saxlamaq" əmri verilib:
"Bizə dedilər ki, qazın, tabora üç kürək var idi, ümumiyyətlə heç bir təminat yox idi. Bacardıqca qazdıq və səhərə sarı atəş başladı - artilleriya, "Qrad"lar, minaatanlar, kopterlər, bizi sadəcə güllələyirdilər. Hər şey başlayanda zabitlər dərhal qaçdılar. Atəşlər arasındakı fasilələrdə qazmağa çalışdıq, lakin kopterlər bizi dərhal müəyyən etdi və sadəcə güllələndi. 570 nəfərdən 29-u salamatdır, 12 nəfər yaralanıb, qalan hamı ölüb".
O, həmçinin qeyd edib ki, onun atəşə məruz qaldığı Luqansk vilayətinin bu ərazisində ən azı daha bir tabor dağıdılıb:
"Televiziyada hər şeyin gözəl olduğunu göstərirlər, ancaq əslində burada - Luqansk vilayətində cəbhəyə məhz səfərbər olanları atırlar və biz zabitləri görmədən oradan uzaqlaşanda artıq geriyə gedirdik, gördük ki, üçüncü xəttə yalnız müqaviləli hərbçilər və könüllülər oturublar, ön cəbhədə isə səfərbər olunanlar".
A.Aqafonov bildirib ki, Rusiyada xeyli sayda səfərbər olunan "müdafiədəki boşluqları aradan qaldırmaq" üçün Svatovoya gətirilir. Onun sözlərinə görə, Ukrayna qoşunları səfərbər olunan rusiyalıların olduğu bütün ərazini artıq təmizləyib.
Çox sayda itkilərin olmasına dair məlumatı məlumatı sağ qalan hərbçilərin arvadları da təsdiqləyir.
"Səhər başqasının nömrəsindən mənə zəng edib nə baş verdiyini dedi, onları müdafiə xəttini qazmağa atıblar, minaatanlardan atəşə tutulublar. İndi onlar harasa getməyə qorxur, hətta blokposta belə getməyə qorxurlar. Rəhbərlik onları atıb və onlar nə edəcəklərini bilmirlər, sadəcə kömək istəyirlər", - Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan hərbçinin həyat yoldaşı Lyudmila Çernıx söyləyib.
Eyni zamanda, noyabrın 5-də səfərbər olunanların qohumları Voronej prokurorluğunun binası yaxınlığında toplaşaraq onlara yaxınları haqqında məlumat verməyi tələb ediblər.
Qeyd edək ki, "Vyorstka" ictimai-siyasi nəşri cari ilin aprel ayında Rusiyada mediaya qarşı kütləvi təqiblər fonunda müstəqil jurnalistlər və gender savadlılığı sahəsində çalışanlar tərəfindən yaradılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 778 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
18:19 96 Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib
16:33 153 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
17:36 115 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 148 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:56 120 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 144 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
18:30 90 İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden
16:24 161 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 149