Aİ Kosovo və Serbiya arasındakı gərginliyə münasibət bildirib

Aİ Kosovo və Serbiya arasındakı gərginliyə münasibət bildirib"Kosovo və Serbiya arasında münasibətlərdə baş verən son hadisələr Belqrad və Priştina arasında Aİ dəstəkli Dialoq çərçivəsində uzun illər ərzində əldə edilmiş zəhmət və nailiyyətləri risk altına qoyur və regionda və ondan kənarda təhlükəsizlik vəziyyətini pozur".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borel yaydığı bəyanatda bildirib.

"Avropa İttifaqı hər iki tərəfi gərginliyin daha da artmasına səbəb ola biləcək hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

Kosovo serblərinin Kosovo qurumlarından çıxması mövcud mübahisələrin həlli deyil. Bu, ərazidəki gərginliyi daha da artırmaq potensialına malikdir.

Biz Serbiya və Kosovonun serb nümayəndələrini Dialoq üzrə öhdəliklərinə hörmət etməyə və polis, məhkəmə və yerli idarələr də daxil olmaqla, öz vəzifələrini yerinə yetirmək üçün Kosovo qurumlarına qayıtmağa çağırırıq.

Eyni zamanda, Aİ bir daha Kosovo hakimiyyətini gecikmədən öz öhdəliklərinə hörmət etməyə çağırır. Bu, nəqliyyat vasitələrinin yenidən qeydiyyata alınması prosesinin dərhal uzadılması və KM (Kosovo və Metoxiya - Serbiya avtomobil nömrələrinə məxsus qısaltma – red.) nömrə sahiblərinə qarşı hər hansı cəza tədbirinin dayandırılması deməkdir. Tərəflər avtomobil nömrələri məsələsini Dialoq çərçivəsində həll edə bilər.

Aİ həmçinin Kosovonu serb çoxluğu olan bələdiyyələrin assosiasiyaları/icmalarının yaradılması istiqamətində təcili addımlara başlamağa çağırır. Kosovo Assambleyası Brüssel Sazişini ratifikasiya edib və Kosovo Konstitusiya Məhkəməsi Assosiasiya/İcma yaradılmasının zəruriliyi barədə qərar verib. Ona görə də onun yaradılması Kosovo üçün məcburi hüquqi öhdəlikdir. Bu öhdəliyin davamlı şəkildə yerinə yetirilməməsi Qanunun aliliyi prinsipini sarsıdır və Kosovonun reputasiyasına və etibarına xələl gətirir.

Sülh və sabitliyi təmin etmək tərəflərin məsuliyyətidir. Avtomobillərin yandırılması və ya gərginliyə səbəb ola biləcək qorxuducu ritorika kimi hər hansı hərəkətlər qəbuledilməzdir və beynəlxalq ictimaiyyət tərəfindən müvafiq reaksiyaya səbəb olacaq.

NATO/KFOR (NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr – red.) və Kosovo Polisi ilə sıx koordinasiyada Aİ-nin Qanunun aliliyini təmin edən missiyası (EULEX) təhlükəsizliyə cavabdeh üzrə ikinci rolda Kosovoda sabitliyi təmin etməyə hazırdır. EULEX və KFOR öz mandatlarına uyğun olaraq təhlükəsiz və sakit mühiti qorumaq üçün dəstəyi davam etdirəcəklər.

Aİ tərəfləri ciddi şəkildə Dialoq yolunu seçməyə, zorakılıq və qarşıdurmaya səbəb olacaq hər hansı hərəkətdən çəkinməyə çağırır. Aİ danışıqlara dəstək verməyə davam etməyə hazırdır, lakin hər iki tərəf konstruktiv şəkildə həll yollarını axtarmağa hazır olduqlarını nümayiş etdirməli və Dialoqda götürdükləri öhdəliklərə hörmət etməlidirlər", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Kosovo rəhbərliyi noyabrın 1-dən xəbərdarlıq edərək Serbiya nömrələrini dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Cərimələrin məbləği 150 avro təşkil edəcək və vətəndaşlara serb nömrələrini Kosovonun qeydiyyat nişanları ilə əvəz etmək tapşırılacaq. Bu keçid dövrü 2023-cü il aprelin 21-dək davam edəcək, bundan sonra Kosovo polisi Serbiya nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.

Hadisələrin belə inkişafı fonunda Kosovodakı serblər ölkədəki bütün hakimiyyət qurumlarından çıxıblar. Bölgədəki serblərin lideri Qoran Rakiç Kosovo hökumətindən çıxması ilə bağlı ərizə yazıb. Bundan başqa, serb deputatlar parlamenti tərk etdiklərini, daha sonra hakimlər, eləcə də bələdiyyə başçıları istefa verdiklərini elan ediblər. Əlavətən, iclas zamanı serb polisi rəhbərləri Kosovonun forma və poqonlarını çıxarıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

18:19 96
.

Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib

16:33 153
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

17:36 115
.

Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib

16:17 148
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:56 120
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

16:50 144
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

18:30 90
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden

16:24 161
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 149
.