Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunda Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, YAP Nizami rayon təşkilatının sədri, rayon ictimaiyyət nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları "Zəfərə gedən yol" adlı sənədli filmə baxıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək bildirib ki, xalqımız artıq ikinci ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb. Məhz cənab Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası və "dəmir yumruğu" qarşısında diz çökdü. Dövlət başçısımızın heç bir beynəlxalq təzyiqə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyi cəsarətli çıxışları və diplomatik addımları sayəsində ata vəsiyyəti parlaq şəkildə ləyaqətlə yerinə yetirildi.
Müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq. Bu gün Qarabağ yeni dövrünü yaşayır, cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir, müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Xalqımız əmindir ki, həyat keçirilən məqsədyönlü işlər nəticəsində ölkəmizin digər guşələri kimi bu torpaqlarımız da tezliklə cənnətə çevriləcəkdir.
Tədbirdə çıxış edən Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Milli Məclisin deputatları Könül Nurullayeva, Rasim Musabəyov, Vətən müharibəsi qazisi, baş leytenant Arif Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramin Vəlibəyov münasibətilə öz təbriklərini çatdırıblar, eyni zamanda xalqımıza bəxş etdiyi böyük Qələbəyə, Azərbaycanımızın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə şərəfli fəaliyyətinə, işğaldan azad olunmuş torpaqlarımızda aparılan iri həcmli quruculuq-abadlıq işlərinə, habelə şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və sonsuz minnətdarləqlarını bildiriblər.
Tədbir Zəfər Gününə həsr olunmuş ədəbi-musiqili proqramla tamamlanıb.












BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 958 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
18:19 96 Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib
16:33 153 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
17:36 115 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 148 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:56 120 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 144 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
18:30 90 İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden
16:24 161 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 149