"Əldə edilən zəfər Azərbaycanın siyasi baxımdan ciddi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi" - İbrahim Rüstəmli
"Vətən Müharibəsində qazandığımız qələbənin siyasi və hərbi əhəmiyyəti böyükdür. Bu qələbə ilk növbədə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Qələbə nəticəsində xalqımız siyasi və hərbi baxımdan böyük bir gücə sahib olduğunu göstərdi".
Bunu Sonxeber.az-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli 44 günlük müharibədə əldə edilən zəfərin hərbi və siyasi əhəmiyyətindən danışarkən deyib. Ekspert bildirib ki, bu qələbə Azərbaycan xalqının kimliyini bütün dünyaya sübut etdi:
"Bu qələbə ilə həm də hansı xarakterə, inama, ləyaqətə sahib olduğumuzu göstərdik. 30 il ərzində problemin sülh yolu ilə həllinə üstünlük verdik. Azərbaycan xalqı bu müddət ərzində sülhü dəstəkləməklə insanlığa aid olanı dəstəklədiyini nümayiş etdirirdi. Amma təəssüf ki, bu mövqeyimiz düzgün anlaşılmadı. Nəticədə qələbə qazanmaqla özümüzə və hər kəsə kim olduğumuzu sübut etdik".
Həmsöhbətimiz deyir ki, qələbəmizin başlıca siyasi əhəmiyyəti Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi oldu:
"Bununla da beynəlxalq aləmdə güclü siyasi iradəyə malik ölkə olduğumuzu nümayiş etdirdik. İllər ərzində tapdanmış haqlarımız bərpa edildi. Böyük dövlətlərin həyata keçirdiyi ikili siyasət fonunda Azərbaycan öz haqqı uğrunda mübarizəyə qalxaraq qələbə qazandı. Azərbaycan Prezidentinin informasiya cəbhəsində peşəkarlığı, xarizması da qələbənin əldə olunmasında mühüm rol oynadı. Bu müharibənin strateji cəhbəsində qazanılan və sonradan döyüş meydanında əldə edilən uğurlarımızın başlanğıcı oldu. Əldə edilən zəfər Azərbaycanın siyasi baxımdan ciddi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi".
İbrahim Rüstəmov qeyd edir ki, qələbə sayəsində dünyanın hərbi baxımdan aparıcı dövlətləri də Azərbaycanın hərbi qüdrətilə hesablaşmalı oldular:
"Azərbaycan 30 il ərzində dünyanın 30-dan çox ölkəsilə hərbi müstəvidə ikitərəfli və çoxtərəfli əlaqələr qurub. Ən mötəbər hərbi təlim və tədris prosesində iştirak etmişik. Hərb elminin ən müasir uğurlarını ordumuza gətirdik. Hərbi kadrlarımız mükəmməl bir qüvvəyə çevrildi. Bu qələbəmiz sayəsində dünyanın aparıcı hərbi dövlətləri də ölkəmizin hərbi qüdrətilə hesablaşmalı oldular. Ordumuz Ohanyan səddini darmadağın etməyi bacardı. Bununla ermənilərə sübut etdi ki, onların güclü ordusu barədə deyilənlər mifdən başqa bir şey deyil. Ermənilər 5 marşallarının olması ilə fəxr edirdi. Amma məlum oldu ki, onlar "avtomat konyakı" ilə marşal olublar. Qələbə sayəsində ermənilərə sübut etdik ki, öyündükləri bu marşalların heç biri Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Həzi Aslanov deyil və ola da bilməzlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 622 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
14.11.2026 313 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14.11.2026 228 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 153 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 193 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 184 Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş
14.11.2026 142 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 19 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
14.11.2026 217