"Prezident İlham Əliyevin Ali Baş Komandan kimi uğurlu taktiki gedişləri nəticəsində düşmən qüvvələri darmadağın edildi" - Politoloq
"Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki fəaliyyəti dünya tarixində silinməz iz qoydu. Azərbaycan liderinin siyasi bilikləri və prosesləri analiz etmək qabiliyyəti dünyanın nüfuzlu beyin mərkəzlərində və hərbi təhsil müəssisələrində, araşdırılır, öyrədilir. Ali Baş Komandan və rəşadətli Ordumuz bizim gələcəyimizi xilas etdi və ölkəmiz indi işğaldan azad olunan torpaqlarında böyük quruculuq işləri həyata keçirir".
Bunu Sonxeber.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov 44 günlük müharibədə qazandığımız böyük qələbədə Ali Baş Komandanın rolu haqqında danışarkən deyib.
O bildirib ki, bz Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində bu gün qalib ölkənin vətəndaşlarıyıq: "Uzun illər davam edən işğal faktoru məhz dövlətimizin başçısının qətiyyəti nəticəsində, şanlı Ordumuzun şücaəti ilə sona çatdı. Bu səbəbdəndir ki, Azərbaycan hazırda dünyanın hörmət etdiyi güc mərkəzlərindən biri halına gəlib."
Politoloq qeyd edib ki, ölkədə həyata keçirilən islahatlar, uzun illər aparılan doğru siyasət və eyni zamanda, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqlə davam etdirilməsi indi ilə biz dünyada özümüzlə fəxr edən xalqa çevrilmişik.
"Prezident İlham Əliyev Ali Baş Komandan kimi təkcə döyüş əməliyyatlarına rəhbərlik etmirdi, o, həm də 44 günlük Vətən müharibəsi dövründə siyasi lider kimi bütün proseslərin əsas icraçısı idi. Onun siyasi zəkası, hərbi bilikləri, geopolitik situasiyanı dəyərləndirən rasional təfəkkürü dünyanın bir çox ölkələri üçün örnək xüsusiyyətlərdəndir. O, qalib siyasi lider kimi adını dünya Zəfər tarixinə qızıl hərflərlə yazdırıb. Bizim üçün Qələbədən böyük ideya yoxdur. Vətəndaşlarımız da qürurlu xalq kimi dövlətimizin başçısının ətrafında bundan sonra da sıx birləşəcək", deyə politoloq bildirib.
Tural İsmayılov qeyd edib ki, İlham Əliyev müharibə dövründə həm də informasiya hücumlarının qarşısının alınmasında vacib işlər gördü:
"Onun müharibə dövründə verdiyi müsahibələri, beynəlxalq mediada tirajlanan fikirləri, tvitləri və bəyanatları diplomatik arenada mövqelərimizi daha da gücləndirdi. Zəfərin əldə edilməsində şəxsiyyət faktoru, "Güclü lider - güclü dövlət" ideyası vacib əhəmiyyətə malikdir. Bunun sayəsində Azərbaycan bir güllə atmadan Ağdam, Laçın və Kəlbəcəri işğaldan azad etdi".
Politoloq qeyd edib ki, güclü lideri olmayan ölkələr beynəlxalq münasibətlər sistemində ciddi məğlubiyyətlərə düçar olur:
"Zamanı, dünyanı və siyasi prosesləri idarə edən qüvvətli siyasi bacarıqlar ölkələrin həm də inkişaf stimuludur. Prezident İlham Əliyev faktoru bu gün Azərbaycanı qalib ölkə kimi qlobal məkanda vacib bir nöqtəyə çatdırıb. Dövlətimiz də böyük uğurlar qazanmağa davam edir"
"Prezident İlham Əliyevin Ali Baş Komandan kimi uğurlu taktiki gedişləri nəticəsində düşmən qüvvələri darmadağın edildi, Ermənistan beynəlxalq aləmdə ciddi təzyiqlərlə üz-üzə qaldı. Nəticədə isə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə düşmən ölkədən fərqli olaraq, ona regionda şərtləri diktə etməyə imkan verir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 342 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
18:19 96 Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib
16:33 153 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
17:36 115 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 148 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:56 120 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 144 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
18:30 90 İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden
16:24 161 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 149