"8 noyabr Zəfər Günümüz mübarək!" - DEPUTAT
"Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü bu il noyabrın 8-də ilk dəfə qeyd ediləcəkdir. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib. Heydər Əliyevin yolu keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayan hər bir azərbaycanlı üçün müstəqilliyin, suverenliyin, inkişafın, tərəqqinin, böyük Zəfərimizin davamlılığının və tarixi ədalətin bərpasına tam nail olmağımızın yeganə qarantıdır".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, 2023-cü ildə ən böyük təmənnamız Ulu Öndərin ruhuna, adına layiq vətəndaş olmaq, onun milli dövlәtçilik məfkurəsinə sadiqliyi ifadə edən ideyalarını yaşadan İlham Əliyev şəxsiyyəti ətrafında daha sıx birləşərək yekun sülhə, vətəndaş cəmiyyətində daha sarsılmaz birliyə, bölgəmizdə ədalətin və təhlükəsizliyin bərqərar edilməsinə töhfəmizi verməkdir.
"Sərəncamda da ifadə olunduğu kimi, "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 786 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
18:19 96 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
17:36 115 İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar
16:30 158 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 149 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
17:44 136 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:56 120 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
18:20 88 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyi
16:32 157 Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto
Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:39 124