"Cənab İlham Əliyev vədini özünün əyilməz, sınmaz iradəsi ilə isbatladı" - Bəhruz Quliyev

"Cənab İlham Əliyev vədini özünün əyilməz, sınmaz iradəsi ilə isbatladı" - Bəhruz Quliyev"Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Zəfəri xalqımıza qazandırmaqla dünyaya sübut etdi ki, Azərbaycan öz qüdrəti ilə daha böyük qələbələrə imza atmaq gücündədir. Qarabağ Zəfərimiz ilk növbədə lider, xalq və dövlət vəhdətinin bütün dünyaya nümunə olan təcəssümü kimi qiymətləndirilməlidir. O cümlədən, Qarabağ Zəfərimizin kökündə, təməlində digər əhəmiyyətli məqamlar da dayanır".

Bunu Sonxeber.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, istənilən ölkə müharibə şəraiti ilə üz-üzə qalarkən ilk olaraq öz xalqın birliyinə, dəstəyinə eləcə də iqtisadi gücünə əmin olmalıdır. Məhz bu kontekstdən çıxış etsək vurğulaya bilərik ki, Azərbaycan dövləti və xalqı, şanlı Silahlı Qüvvələrimiz nəinki bu kimi faktorlara, eyni zamanda digər mühüm tendesnsiyalara əsaslanaraq torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində Vətən müharibəsinə başladı. Həmçinin burada Müzəffər Ali Baş Komadan, Prezident İlham Əliyevin prinsipiallıq, praqmatiklik və qətiyyətlilik keyfiyyətləri də öz uğurlu sözünü dedi:
"Məhz iqtisadi güc və qüdrət hər bir ölkənin ordu və s. müvafiq sisteminin müasirləşməsinə, güclənməsinə, lazım olan silah-sursatlarla təchiz edilməsinə, ən müasir texnikaların əldə olunmasına imkanlar yaradır. Əbəs deyil ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hələ 44 günlük Vətən müharibəsindən əvvəl müxtəlif kürsülərdən, platformalardan çıxış edərkən bu faktora xüsusi olaraq toxunurdu və bəyan edirdi ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq, ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu əminlik və qətiyyət özünü Vətən müharibəsində kifayət qədər sübuta yetirdi və o da sirr deyil ki, dünyanın bir sıra aparıcı mərkəzləri dövlətimizin qalibiyyət yolunda apardığı siyasəti heyranlıqla izlədi. Təbii ki, burada dövlət başçımızın güclü Azərbaycan konsepsiyasının reallaşdırılması məqamı əsaslılıq təşkil edirdi".
"Daha bir məqam xalqın öz liderinə, Ali Baş Komandanına və eyni zamanda, ordusuna, əsgər və zabitlərinə hədsiz inamı və dəstəyi oldu", deyən siyasi ekspert hesab edir ki, hədsiz dəstək reallığı düşmənə sarsıdıcı zərbələrin endirilməsi ilə nəticəsini tapdı: "O cümlədən, milli maraqlarımızın daim uca tutulması da bu kimi əhəmiyyətli məqamları özündə ehtiva edirdi. Baxın, işğalçı Ermənistan hər vəchlə Azərbaycanın başlatdığı haqq mübarizəsinin qarşısını müxtəlif vasitələrlə - dinc və mülki şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi, mülki infrastrukturlarımızı raket atəşlərinə məruz qoymaqla, insanlarımızı terrorizə etməklə almağa çalışırdı. Amma bütün bunlar düşmənin başının daha da əzilməsinə səbəb olurdu və əbəs deyil ki, Vətən müharibəsinin üzərindən iki il vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də döyüşlər vaxtı həlak olan hərbçilərinin hamısının sayını açıqlamır. Bu reallıq həm də belə deməyə əsas verir ki, Azərbaycan Ordusu havada, quruda, eləcə də digər strateji hədəflərində düşmənin külünü havaya sovururdu. Bax, budur iqtisadi qüdrətin, milli maraqların müdafiəsi faktorunun, xalq-lider birliyinin, xalq-ordu vəhdətinin bariz nümunəsi və nəticəsi".
Baş redaktor onu da qeyd edib ki, cəbhədə düşməni öz qanında boğan əsgər və zabitlərimiz hər gün qəhrəmanlıq salnamələri yazdılar: "Canlarını, qanlarını Vətən torpaqları uğrunda fəda edən oğullarımız bu müharibəyə qədər ruhən hazır idilər. Onların hər birinə yüksək patriotizm, vətənpərvərlik ruhu aşılanmışdı. Məqsəd bir idi – Müzəffər Ali Baş Komandanın əmrində müntəzir olmaq və savaşın başlayan anında müsəlləh əsgər olaraq önə atılmaq, düşməni məhv etmək. Təbii ki, belə bir güclü, qüdrətli ordunun yaradılması istiqamətində mühüm işlər görülüb, hərbi hazırlıqdan tutmuş digər məsələlərə qədər hər bir amil bilavasitə ölkə rəhbərliyinin diqqətində saxlanılıb. O cümlədən, Prezident İlham Əliyevin beynəlxalq televiziyalara, nüfuzlu media mərkəzlərinə verdiyi çoxsaylı müsahibələri, habelə xalqına müraciətləri, tvitter hesabı vasitəsi ilə işğaldan azad olunmuş ərazilərimizin adlarını açıqlaması cəbhədə döyüşən hərbçilərimizin qalibiyyət ruhlarına ruh qatırdı".
Bəhruz Quliyev daha bir mühüm məqamı xatırladıb: "Yadınızdadırsa, hələ Vətən müharibəsindən bir neçə il əvvəl, eləcə də sonrakı illərdə – Aprel döyüşlərində və digər vaxtlarda torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin valideyinləri ilə görüşləri zamanı Prezident İlham Əliyev onların qarşısında çıxış edərək vurğulayırdı ki, Aprel qələbəsi qarşıdakı böyük qələbənin başlanğıcıdır və onu da xüsusi qeyd edirdi ki, onların qanları yerdə qalmayacaq. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində və sonrakı müddətlərdə şəhid olan oğul və qızlarımızın qisasları alınacaq. Cənab İlham Əliyev bu sözünü, bu vədini özünün əyilməz, sınmaq iradəsi ilə isbatladı – Vətən müharibəsi vasitəsi ilə düşmənə öz yerini göstərdi və bu gerçəklik indi hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu zəfəri xalqımız qazandırmaqla bir daha bütün dünyaya sübut etdi ki, milli maraqlar, dövlətçiliyin müdafiəsi, ərazi bütövlüyümüzün qorunması reallığı bundan sonra da xalq-lider vəhdətinin təcəssümü olaraq öz sözünü deyəcək ".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.