Qadın azyaşlı uşağını da götürüb Şirvandan paytaxta qaçdı - ŞOK OLAY

Qadın azyaşlı uşağını da götürüb Şirvandan paytaxta qaçdı - ŞOK OLAYBakının Səbail rayonunda 1995-ci il təvəllüdlü Altay şəxsi münasibətlər zəminində arvadı Vüsaləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu ilin aprelin 15-də baş verib. Altay həmin gün saat 18 radələrində qeyri-rəsmi nikahda olmuş arvadı Vüsalə ilə mübahisə edib. Qısqanclıq zəminində yaranmış mübahisə zamanı bıçaqla arvadının bədən nahiyələrinə bir neçə zərbə vurub.

Altayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Altay ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vüsalə ilə 2015-ci ildə el adəti ilə ailə həyatı qurub: "Bu evlilikdən 2 oğlumuz var. Böyük oğlum Zaman 6 yaşında, kiçik oğlum Namiq isə 3 yaşındadır".

Təqsirləndirilən şəxs qeyd edib ki, birlikdə yaşadıqları zaman, 6 mart 2022-ci ildə Vüsaləni xəyanət edərkən tutub və buna görə onu döyüb: "Vüsalə də məndən Şirvan şəhər polis şöbəsinə şikayət etdi. Sonra şikayətini geri götürdü, Şirvan şəhərində özünə kirayə ev tutdu. Həmin evdə uşaqlarla birlikdə qalırdı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, uşaqlarını görmək üçün Vüsalənin kirayə yaşadığı evə gedib: "Vüsalə Namiqi mənə verdi, özü isə Zamanla birlikdə qaçaraq getdi. Mən də Vüsalənin itkin düşməsi ilə bağlı Şirvan şəhər polis şöbəsinə şikayət etdim. Vüsalənin telefonu olmadığından onunla əlaqə saxlaya bilmədim".

Altay qeyd edib ki, aprelin 15-də ona məxsus kredit kartına mesaj gəlib: "Həmin mesajda Bakı şəhərində yerləşən "Dünya"və "Araz" marketdə alış-veriş aparıldığı qeyd olunmuşdu. Məlum oldu ki, kartım keçmiş arvadım Vüsalədədir, ondan istifadə edir. Buna görə saat 10 radələrində Bakı şəhərinə gəldim. Vüsalənin alış-veriş etdiyi marketin ətrafında onun şəkillərini ətrafda olan şəxslərə göstərdim. Bildirdilər ki, Vüsalə "20-ci sahə" adlanan ərazidə kafedə işləyir.

Kafeni taparaq Vüsalənin gəlişini gözlədim. Saat 12 radələrində Vüsalə işə gəldi. Ondan nə üçün mənə xəyanət edtiyini və evdən qaçdığını soruşanda məni günahkar bildi. Ona axşam saatlarında görüşərək söhbət etməyi təklif etdim, razılaşdı".

Altay bildirib ki, Bakı şəhərində gəzdikdən sonra saat 18 radələrində Vüsalənin iş yerinə gəlib: "Vüsaləni bayıra çağırdım. Birlikdə işlədiyi kafedən 50 metr aralı getdik. Orada Vüsalənin hərəkətlərindən söhbət etməyə başladıq. Bütün hadisələrin baş verməsində mənim günahkar olduğumu dediyinə görə əsəbləşdim. Cibimdə olan bıçağı çıxararaq ona bir neçə zərbə vurdum. Vüsalə zərbələrdən sonra yerə yıxıldı. Bıçaq zərbələrinin onun bədəninin hansı nahiyəsinə dəydiyini bilməmişəm.

Ondan qan axdığını gördüm və qorxudan özümü itirdim. Həminvaxt qorxduğuma görə yoldan keçən taksiyə mindim, Lökbatan dairəsinə getdim.Taksiyə minərək Şirvana getdim. Yolda bıçağı atdım".

Təqsirləndirilən şəxs qeyd edib ki, Şirvan şəhərinə çatdıqdan sonra polis şöbəsinə gedib və Vüsaləni bıçaqla vurduğunu bildirib.

Cinayət işi üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, 2022-ci ilin martında Altay onu döydüyünə görə Şirvan şəhər polis şöbəsinə şikayət edib, daha sonra onunla barışıb: "Bundan sonra Altaydan ayrıldım, kirayə ev tutaraq 2 azyaşlı uşağımla orada yaşamağa başladım. Altay narkotik vasitə qəbul etdiyinə görə Şirvan şəhər polis şöbəsi tərəfindən tutuldu və məhkəmə tərəfindən onun barəsində hökm çıxarıldı".

Zərərçəkmiş bildirib ki, martın 11-də Altay ondan uşaqların ikisini də almaq istədiyinə görə onun yaşadığı evə gəlib: "Altay oğlum Namiqi apardı. Boyük oğlumu verməmək üçün kirayə yaşadığım evdən çıxdım və Bakı şəhərinə gəldim. Səbail rayonunda kirayə ev tutaraq yaşamağa başladım. Yaşadığım evin yaxınlığındakı kafeyə işə girdim. İşə gedəndə Zamanı da özümlə aparırdım.

Hadisə baş verməmişdən 1 həftə əvvəl Altayın əmisi qızı Pəri və onun əri Murad iş yerimə gəldilər. Pəri mənə Altayla barışmağımı, onun narkotikdən müalicə alacağını, lazım olarsa onunla birlikdə qalacağımızı bildirdi. Altayın narkotik vasitədən müalicə ala bilməyəcəyini, buna görə də onunla barışmaq istəmədiyimi dedim. Onlara Namiqi görmək istədiyimi dedim. Bundan sonra onlar getdilər".

Vüsalənin ifadəsinə görə, aprelin 15-də saat 12 radələrində Altay onun iş yerinə gəlib: "Altay mənimlə söhbət zamanı Namiqi anasının gətirəcəyini bildirdi. Təxminən saatyarım Altayla birlikdə Namiqin gəlməsini gözlədik. Lakin Namiqi gətirən olmadı. Altay dedi ki, guya Namiq anası ilə birlikdə "Azneft" yaxınlığında tıxaca düşüb. Buna görə də işə qayıtdım. Altay isə getdi.

Həmin gün saat 18 radələrində Altay təkrar iş yerimə gəldi. Məni bayıra çağırdı, Namiqi gətirdiyini dedi. Altay söylədi ki, Namiq yaxınlıqda taksidə anasıilə birlikdə oturub. Buna görə də Zamanla Altayın dediyi yerə tərəf getdik.

Altaydan Namiqin harada olduğunu soruşdum. Dedi ki, məni aldadır, Namiqi gətirməyib. Ona geri qayıtmaq istədiyimi dedim. Lakin Altay məni buraxmayacağını dedi. Mən isə onunla getməyəcəyimi bildirdim. Bu zaman Altay cibindən bıçaq çıxardaraq mənə göstərdi, məni bıçaqla vuracağını dedi, təkrar bıçağı cibinə qoydu. Ondan məni öldürüb-öldürməcəyini sorudum. Altay isə "hə, səni öldürəcəm"cavabını verdi".

Zərərçəkmiş şəxsin ifadəsinə görə, Altay bıçağı cibindən çıxarıb və onun sol ayağından bir zərbə vurub: "Aldığım zərbədən sağ yan üstə dayanmış avtomobilə söykəndim. Bu zaman Altay bıçaqla sinə nahiyəmə altı dəfə vurdu. Mən yerə yıxıldım. Altay da qaçaraq hadisə yerindən uzaqlaşdı. Yerdə uzanıqlı vəziyyətdə olan zaman polis avtomobili yanımda saxladı.Polislər qan içərisində olduğumu gördülər və təcili yardım çağırdılar".

Zərərçəkmiş bildirib ki, Altay onu xəyanətdə ittiham etsə də, o, heç bir xəyanət etməyib. Qeyd edib ki, həmin gün Altayla görüşən zaman onların bu barədə söhbətləri olmayıb.

Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb. Məhkəmə Altayın Vüsalə ilə barışmasını, Vüsalənin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Altayın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.