Ermənistanın kapitulyasiya aktına imza atmasından iki il ötür - FOTO/VİDEO

Ermənistanın kapitulyasiya aktına imza atmasından iki il ötür - FOTO/VİDEOErmənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından iki il ötür.

10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahür etdi.

Küçələrə axışan ermənilər qəzəblə parlament binasına hücum etdi, erməni xalqı həmin gecə və sonrasında bir neçə gün baş nazirini axtarmaqla məşğul oldu. Lakin buna müvəffəq ola bilmədi.

10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi.

Dövlət başçısı İlham Əliyev 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmişdi:

"Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!".

Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və "qələbə" iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.

İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə erməni rəsmilərin özləri idilər. Müharibə dövründə qələbədən dəm vuran, "uğurlu həmlələr" edən Ermənistan ordusunun məhv edildiyini bir anın içində xalqa çatdırmaq onlar üçün növbəti rüsvayçılıqla nəticələndi. Həmin gecə hazırda Ermənistanın XİN rəhbəri olan Ararat Mirzoyan isə qəzəbli kütlənin əlindən qaça bilməyərək İrəvanın mərkəzində döyüldü.

Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.

Siyasi arenada İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.

Ermənilər gördülər ki, "məğlubedilməz erməni ordusu", "ölməz erməni ruhu" kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına belə son qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını bəyan etdilər.

Azərbaycan lideri müharibə dövründə dəfələrlə Ermənistanın torpaqlarımızdan çıxması ilə bağlı tarix verməsi şərtilə döyüşlərə son qoyulacağını açıqladı. Lakin ermənilərin əsirinə çevrildikləri mənfur ideyalar, separatçıların ehtirasları, saxta "qələbə" təbliğatının ifşa olunması ilə ortaya çıxa biləcək təhlükələrdən qorxu Ermənistan rəhbərliyinin bu təklifə razılaşmaması ilə nəticələndi. Bu isə Ermənistan üçün fəlakət, ordusu üçün sona çevrildi. Azərbaycan tərəfi dövlət başçısının da haqlı olaraq dediyi kimi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydu. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonu yetişib. Artıq Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, düşməni öz torpaqlarından əbədi olaraq təmizləyib. Artıq Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminə yer qalmayıb, Azərbaycan ordusu bu ərazilərə sülh və əmin-amanlıq bəxş edib.

Erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizm aktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geri dönüb. Kapitulyasiya aktını imzalayan Ermənistanın əsl üzü də məhz ortaya qoyulub. Qarabağı, Şərqi Zəngəzuru viran qoyan erməni ordusu qarşısındakı ordunun rəşadəti qarşısında duruş gətirə bilməyib birbaşa gəldiyi yerə qədər qaçıb.

Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında əldə olunan uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirib. Dövlət başçısının ortaya qoyduğu siyasi iradə məhz düşməni tabe olmağa, təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyə məcbur edib.

İlham Əliyevin şəxsində Azərbaycan xalqının birliyi, qüdrətli "dəmir yumruğ"umuz Şərqi Zəngəzur və Qarabağın əbədi azadlığına möhür vurub.

10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.

Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!

Ermənistanın kapitulyasiya aktına imza atmasından iki il ötür - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 544   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

Avropanın əksər şəhərlərində gecə yarısı qaranlıq və sakitlik hökm sürür. Lakin qitənin şimalında bunun istisnası olan bir şəhər var. Söhbət Norveçin Tromse şəhərindən gedir. Şəhər Şimal qütb dairəsindən təxminən 300 kilometr şimalda yerləşir. Qaynarinfo adevarul.ro-ya istinadən xəbər verir ki, yay aylarında

24.08.2026 137
.

Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavka

24.08.2026 166
.

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. BİG.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlə

24.08.2026 165
.

Paytaxtda yenə axşam konsertləri təşkil edildi - Fotolar

Artıq üçüncü həftədir ki, Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Xətai rayonundakı "Nizami Gəncəvi", Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı Meşə, Nizami rayonundak

24.08.2026 207
.

"Nəqliyyat və tranzit əməkdaşlığının da Azərbaycan-Özbəkistan münasibətlərində xüsusi yer tutur" - millət vəkili Müşfiq Cəfərov

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri həm iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən siyasi, iqtisadi və humanitar münasibətlərinin yüksək inkişafının həm də Azərbaycan-Özbəkistan müttəfiqliyinin keyfiyyətcə yeni mərhələy

24.08.2026 182
.

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məhdudiyyət aşağıdakı vaxtlarda tətbi

24.08.2026 156
.

Rusiya-Ukrayna müharibəsində gərginlik artır: Kiyev yeni hücumlara məruz qaldı, Avropa Ukraynaya 6,1 milyard avro ayırdı

Rusiya-Ukrayna müharibəsində son sutkada qarşılıqlı hücumlar və diplomatik gərginlik davam edib. Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sülh istədiyini, lakin Rusiya qarşısında təslim olmayacağını açıqlayıb. Eyni zamanda, Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün əlavə 6,1 milyard avro maliyy

24.08.2026 184
.

Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində tankerə mərmi düşüb, UKMTO bildirib

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Yanbu liman şəhərinin 63 dəniz mili qərbində naməlum mərmi tankerə dəyib və nəticədə gəminin əsas göyərtəsində yanğın baş verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO-nun məlumatına görə

24.08.2026 162
.

Rusiya Ukraynada 3 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynanın üç vilayətində yerləşən yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb. xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya qüvvələri Sum vilayətinin Perşe Travnya, Donetsk vilayətinin Kuçerov Yar və Zaporojye vilayətinin Dolinka yaşayış məntəqələrini ələ keçirib

24.08.2026 144
.