Rəşad Dağlının qətl törətməsinin SƏBƏBİ və hadisənin təfərrüatı məlum olub

Rəşad Dağlının qətl törətməsinin SƏBƏBİ və hadisənin təfərrüatı məlum olubMeyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, istintaq orqanının Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib.

Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni şantaj edib.

Rəşad Dağlı həmin "məsələni aydınlaşdırmaq" üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi "Niva" markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvana gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb.

Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib.

İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib.

Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib.

Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib.

Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib.

Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2747   Tarix: 11 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"

"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi

16:12 147
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

17:47 95
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 149
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

14:16 153
.

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək

14:50 146
.

Kirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın

14:30 154
.

Kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü

Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf

15:00 172
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

18:40 0
.

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

Qazaxıstanın Abay vilayətində "Semey" xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar

17:40 102
.