FHN 8-ci km bazarında ciddi pozuntular aşkarlayıb - VİDEO

FHN 8-ci km bazarında ciddi pozuntular aşkarlayıb - VİDEOFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxcıvanski küçəsi, 64 ünvanında yerləşən "8-ci km Bazarı" kimi tanınan "Vüqar-2" ticarət mərkəzində 8 aprel 2022-ci il tarixində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlara yol verdiyinə görə ticarət mərkəzinin cavabdeh məsul şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək nöqsanların aradan qaldırılması üçün əlavə vaxt verilərək tələbnamə təqdim edilib. Bununla belə, 27 oktyabr 2022-ci il tarixində Xidmət tərəfindən yüksək risk qrupuna aid olan sözügedən obyektdə keçirilmiş təkrar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların hələ də aradan qaldırılmadığı müəyyən edilib.

Belə ki:

- ticarət mərkəzi yanğın su hovuzu ilə təmin edilməyib, habelə ərazidə daxili yanğın su kranları quraşdırılmayıb;

- obyektin elektrik təchizatı və elektrik qurğuları "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, habelə ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə edilir;

- bir çox satış sahələrinin divarları və tavanı tezalışan çadır tipli materiallarla örtülüb;

- ticarət mərkəzi ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- piştaxtalar olan cərgələrdə, habelə ərazidə saxlanılan avtomobillər arasında ara məsafəsi gözlənilməyib və təxliyə yollarında sərbəst hərəkət məhdudlaşdırılıb;

- ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Bununla yanaşı, ticarət mərkəzinin ərazisində aidiyyəti dövlət qurumları, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan motelin (mehmanxana) fəaliyyət göstərdiyi və orada aşağıdakı ciddi qayda pozuntuları aşkar edilib:

- motel binası tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmayıb;

- bina avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb və işlək vəziyyətdə deyil;

- standartlara uyğun olmayan istilik sistemindən istifadə edilir;

- bina ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə cavab vermir;

- motel otaqları yanar materiallarla üzlənilib.

Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə qarşı cavabdeh şəxsi – Həsrətov Həsrət Tənzil oğlu barəsində "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"nin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə qanunvericiliyə uyğun daha ciddi tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb.

xəzərxəbər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 629   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İran bu AB ölkəsinə xəbərdarlıq etdi

Bolqarıstanın ABŞ-la İrana hücum etmək üçün əməkdaşlıq etməsi təcavüz aktıdır. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi brifinqdə deyib. "Bolqarıstanı ABŞ-la əməkdaşlıq etməməyə çağırırıq. İrana qarşı hər hansı təcavüzün mənbəyinin hədəfə alınması İranı

24.08.2026 131
.

Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar

24.08.2026 218
.

Rusiyanın işğalı davam etdiyi bir vaxtda Avropa liderləri Ukraynanın Müstəqillik Günündə Zelenski ilə birlikdə Kiyevdədirlər

Avropa liderləri bazar ertəsi günü Kiyevdə Prezident Volodymyr Zelensky ilə birlikdə Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün rəsmi tədbirlərdə iştirak ediblər. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu tədbirlər Rusiyanın ölkəyə 4 illik işğalını davam etdirdiyi bir vaxtda baş tutub

24.08.2026 187
.

İranda benzin bahalaşacaq

"Benzin kvotasının azaldılması artıq qətidir, bundan sonra kvotadan artıq benzin almaq istəyən şəxslər daha çox pul ödəməli olacaqlar". xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı-Mirzəyi bildirib. PA rəhbəri hələlik yeni qiymətin müəyyən edilmədiyini bildirib

24.08.2026 137
.

Pomidorları soyuducuya qoymayın - Uzun müddət saxlamağın sirri

Pomidorları daha uzun müddət təzə saxlamaq üçün soyuducuya qoymaq geniş yayılmış vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, xüsusilə yetişmiş pomidor üçün aşağı temperatur heç də ən yaxşı seçim deyil. xarici mediaya istinadən xəbər verir ki, soyuducudakı soyuq temperatur pomidorun hüceyrə quruluşun

24.08.2026 168
.

Bakının bəzi ərazilərində 1 gün su olmayacaq

Sabah saat 23.00-dan 26-sı gecə saatlarınadək Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm ola

24.08.2026 195
.

ABŞ-ın sanksiyaları sərtləşdirəcəyi gözlənildiyi üçün İran valyutası dollara qarşı rekord səviyyədə ucuzlaşıb

ABŞ-ın Maliyyə Naziri Skott Bessentin "düşmənə qarşı indiyə qədər təşkil edilən ən böyük maliyyə hücumu" ndan sonra İrana qarşı sanksiyaları gücləndirmək planlarını açıqlayacağı gözlənilir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İranın valyutası olan rial açıq bazarda rekord səviyyədə ucuzlaşara

24.08.2026 167
.

"İqtisadi və investisiya tərəfdaşlığı artıq spesifik sənaye kooperasiyası layihələri ilə zənginləşir" - millət vəkili Bəhruz Məhərrəmov

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri, təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geopolitik xəritəsinin yenidən formalaşması nöqteyi-nəzərindən strateji dönüş nöqtəsidir. Səfər çərçivəsind

24.08.2026 234
.

SON DƏQİQƏ: Tramp İrana qarşı "iqtisadi D-Day" elan etdi - ABŞ-dan misli görünməmiş sanksiyalar

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranı iqtisadi cəhətdən tam təcrid etməyə yönəlmiş yeni və daha sərt tədbirlərə başlayıb. ABŞ-ın maliyyə naziri Skott Bessent bu kampaniyanı "iqtisadi D-Day" adlandıraraq İrana qarşı "indiyədək rəqib ölkəyə qarşı tətbiq edilmiş ən böyük maliyy

24.08.2026 164
.