Sevgilisinə özünü "Yarasa"nın zabiti kimi təqdim etdi, yalanı üzə çıxdı

Sevgilisinə özünü "Yarasa"nın zabiti kimi təqdim etdi, yalanı üzə çıxdıSosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad şərtidir) məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Nərgizə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində olduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.

Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüblər. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" adlı xüsusi təyinatlı dəstəsinin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.

Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.

Anar bu ərəfədə Nərgizi DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümumilikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb.

2021-ci ilin sonlarında isə Nərgizlə Anarın münasibətləri pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Bundan sonra Anar Nərgizə mesaj yazıb: "Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi "cırdılar", hər şeyimi aldılar əlimdən".

Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O, həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 868   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto

Leyla Əliyeva sosial şəbəkə hesabında Özbəkistanın Buxara şəhərindən yeni şəkil paylaşıb. "Qafqazinfo" xəbər verir ki, fotoda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızları da yer alıb. Həmin görüntünü təqdim edirik:

24.08.2026 254
.

Qızılın qiyməti yeni həddə

"Comex" birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub. xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub. Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən

24.08.2026 149
.

Rusiyanın işğalı davam etdiyi bir vaxtda Avropa liderləri Ukraynanın Müstəqillik Günündə Zelenski ilə birlikdə Kiyevdədirlər

Avropa liderləri bazar ertəsi günü Kiyevdə Prezident Volodymyr Zelensky ilə birlikdə Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün rəsmi tədbirlərdə iştirak ediblər. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu tədbirlər Rusiyanın ölkəyə 4 illik işğalını davam etdirdiyi bir vaxtda baş tutub

24.08.2026 187
.

Bu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir

Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər. "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər

24.08.2026 181
.

Yeni boşanan aktrisa məşhur serialda

Türkiyəli aktrisa Saadet İşıl Aksoy yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktrisa "A.B.İ" serialında rol alacaq. O, "Rüya" obrazına həyat verəcək. Qeyd edək ki, aktrisa bir müddət əvvəl 12 illik həyat yoldaşı, iş adamı Pamir Kıranerlə boşanıb. Onların 6 yaşında Marisa Gülca

24.08.2026 236
.

Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz

Wi-Fi şifrəsini unutmusunuzsa, routerin üzərindəki kodu axtarmağa və ya şəbəkə parametrlərini sıfırlamağa ehtiyac yoxdur. Telefon və ya kompüter həmin şəbəkəyə daha əvvəl qoşulubsa, yadda saxlanılan şifrəni bir neçə addımla cihazın özündən görmək mümkündür. xarici mediaya istinadla xəbər verir ki, bunu

24.08.2026 170
.

Bu avtobuslara sərnişinlər artıq iki qapıdan minəcək

"Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola biləcəklər. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki

24.08.2026 197
.

Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb. *. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Abituriyentlə

24.08.2026 192
.

"Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm" - Fermerlər şikayətçidir-Video

Fermerlər istehsal etdikləri südün onlardan aşağı qiymətə alınmasından narazıdırlar. "Qafqazinfo"nun xəbərinə görə, şikayətçilərdən biri də Füzuli rayonundan olan təsərrüfat sahibi Emin Həsənlidir. Vətəndaşın sözlərinə görə, 3 litr südə cəmi 45 qəpik ödənilir, bu isə 1 litr üçün cəmi 15 qəpi

24.08.2026 324
.