"Onlar dəqiq davransaydılar, indi mən yox idim..." – Ərdoğandan ŞOK SÖZLƏR
FETÖ lideri Fəthullah Güləni ABŞ və onun Prezidenti Co Bayden gizlədir.
BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanda keçirilən sammiti çərçivəsində üzv dövlətlərin liderləri ilə FETÖ ilə mübarizə məsələsini müzakirə etdiyini açıqlayıb:
"Bu liderlərlə hər dəfə bir araya gələndə terrorla, PKK/PYD/YPG, FETÖ və İŞİD-lə mübarizə mövzusunu xatırladırıq. FETÖ ilə bağlı "bizdə var" demirlər. Həmişə deyirlər ki, təmizləmişik, təmizləyirik. Qırğızıstan, Özbəkistan və Qazaxıstanla eyni şeyi danışdıq. Soruşdum ki, bu məsələ ilə bağlı mübarizəniz hansı mərhələdədir? FETÖ ilə mübarizədə müəyyən irəliləyiş əldə edə bildinizmi? Deyirsiniz ki, yoxdur, amma təəssüf ki, bizdə olan kəşfiyyat məlumatlarına görə, hətta sizin dövlət qurumlarınızda belə onlardan var.
Ondda sizə deyəcək bircə sözüm var: sizin kəşfiyyat xidmətlərinizlə bizim kəşfiyyat xidmətlərimiz bir yerdə işləsinlər, əgər doğrudan da təmizlənibsə, eybi yoxdur, siz də rahat olun, biz də. Ancaq bilin ki, bunlar sizin üçün böyük təhlükələr və təhdidlərdir.
Ətraflı
Məsələn, dünən liderlərdən biri mənə dedi ki, siz buna bu qədər diqqət yetirdiyiniz halda mən hələ də FETÖ-nün nə olduğunu bilmirəm. Budur, təəssüf ki, mənbələriniz sizə yanlış məlumat verirlər. Bu alçaqların və vicdansızların nə olduğunu başa düşə bilmirsiniz, çünki sizə yanlış məlumat verirlər".
Türkiyə lideri FETÖ-nün 2016-cı il iyulun 15-də ölkəsində dövlət çevrilişinə cəhdinə də diqqət çəkib:
"Baxın, bizdə 15 iyul hadisələri baş verdi və təəssüf ki, 252 şəhidimiz oldu. Bundan başqa, 2000-dən çox vətəndaşımız həm hərbçi, həm də mülki vətəndaş yaralandı, qazi oldu. Bütün bunları yaşadıq. Demokratiyanın mərkəzi olan parlamentimizi bombaladılar. Nə ilə? Bu ölkənin, bu dövlətin, bu ordunun təyyarələri ilə... Helikopterlərlə vurdular. Əgər o zaman dədiq olsaydılar, bəlkə də mən bu gün olmazdım. İki cangüdənim şəhid oldu.
İndi onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana qaçırlar, Avropaya qaçırlar. Almaniya, Fransa, Hollandiya, Danimarka, İngiltərə və Amerikada yaşayırlar. Və bu adamı (FETÖ lideri Fəthullah Güləni) Amerika gizlədir. Kim gizlədir? Bayden gizlədir. Pensilvaniyada onlara nəhəng malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız ki, terrorun mərkəzi haradadır, mən sizə bunları deyərəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1048 Tarix: 12 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
15:00 172 ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
15:50 133 Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin
14:40 154 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
18:21 0 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Prezidentin Mətbuat Xidməti qarşılanm
15:21 167 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 154 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
17:36 92 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 139 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Video
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezident
15:03 176