Cəmiyyətimizdə əsl ziyalı yetişə bilirmi? - ŞƏRH

Cəmiyyətimizdə əsl ziyalı yetişə bilirmi? - ŞƏRHBir neçə həftə öncə Azərbaycan Yazıçılar Birliyinin qurultayında baş verənlər ziyalı mövqeyi ilə bağlı məsələləri yenidən aktuallaşdırdı. Sosial şəbəkələrdə ziyalılarla bağlı çoxsaylı müzakirələr oldu. Bir qisim şəxs cəmiyyətdə ziyalı mövqeyinin zəiflədiyini, digəri isə belə bir anlayışın ümumiyyətlə yoxa çıxdığını söyləyib.

Bəs görəsən, bu nə ilə əlaqəlidir? Həqiqətənmi ziyalılarımız yoxa çıxmaq üzrədir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı-publisist Xeyrəddin Qoca cəmiyyətimizdə ziyalılara rast gəlmədiyini söyləyib:

"Əvvəla, mən ziyalı deyəndə Üzeyir Hacıbəyovu, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, Əbdürrəhim bəy Haqverdiyevi düşünürəm. Lakin indi onlar həyatda yoxdur. Sual olunur ki, o böyük insanları əvəz edənlər varmı? Görmürəm.

Ümumiyyətlə "ziyalı" işıqlı, yol göstərən, xalqın qabağında gedən insana deyərlər. Bizim cəmiyyətdə elə insanlar yoxdur. Ali məktəb bitirib, cibdə diplom gəzdirmək hələ ziyalılıq deyil. Çətin, qarmaqarışıq zamanlarda bir ziyalımız varmı ki, xalqın qabağına çıxıb ona yol göstərsin? Elə bir ziyalımız varmı ki, hamı ona inansın, pənah gətirsin, sığınsın və ondan məsləhət alsın? "Ziyalı" dediklərimizin çoxu özünə, ailəsinə "gün ağlamaqla" məşğuldur, orden, medal üçün dəridən-qabıqdan çıxırlar".

X.Qoca qeyd edib ki, bizim cəmiyyətdə əsl ziyalı yetişə bilmir:

"Hər kəs bir tikə çörəyinin əlindən çıxmasından qorxur. Lakin bu, o demək deyil ki, ziyalı ağlına gələni danışmalıdır. Ziyalı sözünü deməlidir, amma qaraçılıq etməməlidir. İndi bəzi özünü ziyalı hesab edənlər populist çıxışlarla xalqın hörmətini qazanmağa can atırlar. Cəmiyyətdəki bəzi savadsızlar, cahillər belələrinə fürsət verirlər. Cəmiyyətimiz sanki savadsızlığa sürüklənir.

Televiziyalarımıza baxmaqla bu nəticəyə gəlmək mümkündür. Efirə çıxarılanların 90 faizi bayağı, yalan, boğazdan yuxarı danışırlar, sırf kimlərinsə xoşuna gəlmək üçün bunu edirlər. Mənasız, məzmunsuz danışıqlar efirləri başına götürüb. İstisnalar da var. Sosial verilişlərdə cəmiyyət içərisində heç bir hörməti olmayan, öz ailəsinə başçılıq edə bilməyənlər xalqa "dərs keçirlər".

Bu azmış kimi, məktəblərdə şagirdlər indidən müəllimlərə rüşvət verməyi öyrənirlər. Belə cəmiyyətdə ziyalı yetişə bilərmi? Çox vaxt cəmiyyətdə ziyalıya hörmət də etmirlər. Hətta lağa da qoyurlar. Cəmiyyət və ziyalı haqqında minlərlə belə fikir söyləmək olar. Lakin heç bir xeyri yoxdur. Bu mövzu illərdir ki, aktualdır. Amma nəticəsi yoxdur".

Yazıçı Seyran Səxavət isə ziyalı mövqeyinin zəifləmədiyini əlavə edib:

"Mənim üçün ziyalı sözü məqamında deyən, danışan adamdır. Bu yaxınlarda yazıçıların Qurultayı oldu. Orada nələr baş verdi? Adam qalmadı ki, ona söz deməsinlər. Axırımız hara gedir? Biz öz içimizdə döyüşürük. Sanki, "vətəndaş müharibəsi"dir. 20 ildir ki, bu situasiyadayıq.

Ziyalıların mövqeyi qətiyyən zəifləməyib. Problem insanlardadır. Problem özlərində olduğu üçün ziyalı mövqeyini nə görəcək, nə də hiss edəcəklər. Burada ziyalılara heç nə olmur. Məğlub olan yenə cəmiyyət olacaq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 722   Tarix: 13 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Son Xəbərlər