İstanbul terrorunda bu ölkənin əli var - Sensasion açıqlama
Ötən gün Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticədə 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Partlayışın hicablı bir qadın tərəfindən törədilməsi müəyyən edilib. Təhlükəsizlik kameraları vasitəsilə həmin şəxsi müəyyən etmək mümkün olub.
İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində terror aktı törətməkdə şübhəli bilinən qadın gizləndiyi evdə aşkar olunaraq, saxlanılıb. Onun kimliyi və hadisənin digər detalları barədə məlumat verilməyib.
Hazırda faktla əlaqədar araşdırma aparıldığı deyilir. Hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. İddialara əsasən, İstanbuldakı partlayış Suriyadakı kürd qruplaşmalarının sifarişi əsasında həyata keçirilib.
Təhlükəsizlik və terorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu 6 nəfərin ölümünə səbəb olan terrorun hansı qüvvələr tərəfindən törədilməsi barədə fikirlərini Modern.az-la bölüşüb. Onun sözlərinə görə, xain hücumun səbəbkarı PKK terror təşkilatıdır:
"Körpə qatili PKK terror təşkilatına qarşı həm ölkə daxilində, həm də Suriya və İraqda çox uğurlu əməliyyatlar həyata keçirilir. Artıq terror təşkilatı ölkə daxilində tükəndiyi üçün son çırpınışlarını edir. PKK bunu Türkiyəyə qarşı tək həyata keçirmir, təbii ki, ona dəstək olan ölkələr var. Amma həmin ölkələr istədiklərinə nail ola bilməyəcəklər. Türkiyənin uğurlarını qəbullanmayan ölkələr gec-tez cavablarını alacaqlar".
Qanlı olayın səbəblərinə gəlincə, İmbat Muğlu bunun gələn il Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu düşünür:
"Məncə, terrorun digər səbəbi 2023-cü ildə baş tutacaq prezident seçkiləridir. Seçki öncəsi Türkiyədə qan tökmək istəyən heç bir terror qruplaşmasına əsla icazə verməyəcəyik. Xainlərə Türkiyənin cavabı ağır olacaq, düşmənlərimiz istəklərinə çata bilməyəcəklər".
Türkiyəli ekspert İstanbul terrorunun arxasında ABŞ-ın dayandığını iddia edib. Onun sözlərinə görə, PKK-nın ən böyük dəstəkçisi Amerika Birləşmiş Ştatlarıdır:
"Vaşinqton Türkiyənin lider ölkəyə çevrilməsini qəbul edə bilmir, onlar terror aktı törətməklə bizim uğurlarımıza kölgə salmaq istəyirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1507 Tarix: 14 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm" - Fermerlər şikayətçidir-Video
Fermerlər istehsal etdikləri südün onlardan aşağı qiymətə alınmasından narazıdırlar. "Qafqazinfo"nun xəbərinə görə, şikayətçilərdən biri də Füzuli rayonundan olan təsərrüfat sahibi Emin Həsənlidir. Vətəndaşın sözlərinə görə, 3 litr südə cəmi 45 qəpik ödənilir, bu isə 1 litr üçün cəmi 15 qəpi
24.08.2026 324 Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məhdudiyyət aşağıdakı vaxtlarda tətbi
24.08.2026 156 Bakıda ATS işçisi hasardan yıxılıb öldü
Bakıda faciə yaşanıb. xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. ATS-nin işçisi, qəsəbə sakini 1981-cı il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərindən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır
24.08.2026 189 Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji tərəfdaşlıq
Azərbaycan və Özbəkistan arasında formalaşan münasibətlər ənənəvi ikitərəfli tərəfdaşlıq çərçivəsini aşaraq, Avrasiya məkanında regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın konseptual sütununa çevrilib. Bu transformasiya təkcə tarixi, etnik və mənəvi bağlara deyil, həm də Cənubi Qafqaz ilə Mərkəz
24.08.2026 187 "Nəqliyyat və tranzit əməkdaşlığının da Azərbaycan-Özbəkistan münasibətlərində xüsusi yer tutur" - millət vəkili Müşfiq Cəfərov
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri həm iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən siyasi, iqtisadi və humanitar münasibətlərinin yüksək inkişafının həm də Azərbaycan-Özbəkistan müttəfiqliyinin keyfiyyətcə yeni mərhələy
24.08.2026 182 Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır
Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. İki ölkə arasında əlaqələ
24.08.2026 196 Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb. *. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Abituriyentlə
24.08.2026 192 Buxarada qarşılanma mərasimindən - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər. Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev v
24.08.2026 218 İran bu AB ölkəsinə xəbərdarlıq etdi
Bolqarıstanın ABŞ-la İrana hücum etmək üçün əməkdaşlıq etməsi təcavüz aktıdır. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi brifinqdə deyib. "Bolqarıstanı ABŞ-la əməkdaşlıq etməməyə çağırırıq. İrana qarşı hər hansı təcavüzün mənbəyinin hədəfə alınması İranı
24.08.2026 131