Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-ya məktub göndərib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.
Bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb.
Məktubda, Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, UNESCO-nun dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub.
Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə, Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.
Qeyd edilənlərlə əlaqədar, Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.
Ünvanlanmış müraciətdə, Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1109 Tarix: 15 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBrilliant Dadaşova: TV-lər istənilən müğənnini ödəniş müqabilində efirə çıxarır, verilişlər zəbt olunur - MÜSAHİBƏ
Günəşin sanki bizimlə gizlənqaç oynadığı gündə Xaqani bağına çatıb ayaq saxladım. Şəhər sözün əsl mənasında çiçəklənmişdi. Axı həmin gün 14 fevral idi - aşiqlərin hər vasitə ilə bir-birinə sevgilərini sübut etməyə çalışdığı gün. Elə mən də o gün bir növ müsahibimə sevgi etirafı etməyə gedirdim…. Xal
20.02.2026 500 Mətanət Əsədova meyxanaçının qızı barədə: Belə əxlaqsızları...
"Sənə ayıb olsun, ay bala. Tərbiyəniz, qanacağınız olsun! Bu nə hərəkətdir?! Onların heç birini efirə buraxmayın, xahiş edirəm". "Yeni Sabah" xəbər verir ki, bunu Mətanət Əsədova "Tarixin bir günü" verilişində deyib. O, meyxanaçı Samirə Yusifqızının övladı Fərəhin sözlərin
20.02.2026 551 Bahalaşmanın qarşısını almaq üçün hökumət hansı addımları atmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda son dövrlərdə ərzaq məhsullarının qiymətləri davamlı olaraq artır və bu artım həm gündəlik həyat xərclərini, həm də ailə büdcəsini ciddi şəkildə təsir edir. Maraqlıdır ki, pensiyaların artırıldığı dövrlərdə belə qiymət artımı daha sürətlənir, nəticədə vətəndaşların alıcılıq qabiliyyəti həqiqətə
20.02.2026 342 Gələcəyi öncədən görən 7 ölkə: Daşqınlardan 5G-yə qədər
Dünyanın bəzi ölkələri böhran başlamazdan illər əvvəl tədbirlər görüblər. Qaynarinfo xəbər verir ki, daşqınlardan rəqəmsal hökumətə, yüksək sürətli dəmir yolundan 5G-yə qədər bu təşəbbüslər bu gün milyonlarla insanın həyatını dəyişdirir. Gələcəyi əvvəlcədən müəyyən edən ölkələr bunlardır:. Niderlan
20.02.2026 321 Rusiya Azərbaycandan nə istəyir? - Deputatdan açıqlama
"Azərbaycana qarşı aparılan çirkli kampaniya təsadüfi emosional reaksiyaların və ya fərdi təşəbbüslərin nəticəsi deyil. Hadisələrin dinamikası, eyni tezislərin müxtəlif platformalarda paralel şəkildə tirajlanması göstərir ki, söhbət planlı və mərkəzdən idarə olunan informasiya təxribatından gedir
20.02.2026 322 Sabah 21° isti olacaq
Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləy
20.02.2026 277 Qadınlarımızı Türkiyədə ailə qurmaq adı ilə 6-8 min dollara satıb - Video
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib. "Qafqazinfo" nazirliyə istinadən xəbər verir ki, o, xarici ölkələrin birində şəxsiyyətləri konfidensial saxlanıla
20.02.2026 529 Bu üç problem yalnız çox ağıllı insanlarda olur
Bəzən xarakter və davranışdakı çətinliklər yüksək zəkanın, dərin düşüncənin və dünyanı qeyri-standart qavramağın əlaməti ola bilər. Yüksək intellekt yalnız uğur, nailiyyət və düzgün qərarlarla ölçülmür. Ağıllı olmaq çox vaxt başqalarının asanlıqla fərq etmədiyi daxili çətinlikləri də özü ilə gətirir
20.02.2026 393 Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?
Yer kürəsindəki ən əhəmiyyətli "qravitasiya boşluqlarından" biri birbaşa Antarktida altında yerləşir. Bu barədə Florida Universitetinin rəhbərliyi ilə aparılmış yeni tədqiqat məlumat verib. Qaynarinfo xəbər "Scientific Reports" jurnalına istinadən xəbər verir ki, bu boşluq Antarkti
20.02.2026 303