Azərbaycanda həkimlər arasında DAVA: Cinayət işi açıldı - TƏFƏRRÜAT
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkimlər arasında dava düşüb.
BiG.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, insident xəstəxananın ailə-sağlamlıq mərkəzində stomatoloqlar arasında baş verib.
Səxavət həkim istintaq izahatında bildirib ki, sentyabrın 17-də həmkarı tərəfindən həm döyülüb, həm də təhqir olunub. Zərərçəkmiş deyib ki, həmin gün səhər saat 09:30-da tanımadığı bir xəstə rentgen plyonkasından narazılıq edib. Xəstədən harada rentgen olunduğunu soruşanda stomatoloji bölmədə fəaliyyət göstərən Xalis həkim tərəfindən edildiyini bildirib.
Səxavət məsələni aydınlaşdırmaq üçün Xalisin otağına tərəf gedib. Həkimin sözlərinə görə, dəhlizə çıxdıqda Xalis sanki onu gözləyirmiş kimi, "ə, bu nə dişdir, düzəldirsən?" deyə söz atıb. Daha sonra Xalis Vüsal həkimi otağa çağırıb. Bundan sonra onlar arasında mübahisə yaranıb. Ardınca Vüsal həkim Səxavətin sifətinə zərbə endirib və sonuncu huşunu itirib. Səxavət həkim özünə gəldikdən sonra otaqdan çıxmaq istəyərkən Vüsal onun xalatından yapışaraq, "çoxdandır, sənin çənəni çıxarmaq istəyirdim" deyib və yenidən sifətinə zərbə endirib.
Bundan sonra Səxavət həkim Vüsalla bağlı polisə şikayət edib və məhkəmədən ona sərt cəza tətbiq edilməsini istəyib.
Vüsal həkim ifadəsində özünü İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilib. O, ali təhsilli həkim olduğunu, 2008-ci ildə universiteti, 2010-cu ildə isə internatura kursunu başa vuraraq Qəbələyə yollandığını bildirib. Həkim qeyd edib ki, ona həkim yoldaşlarından birinin qızı olan pasiyent müraciət edib. Həmin pasiyenti Xalis həkimin otağına göndərib. Dəhlizdə səs eşidərək oraya yaxınlaşan zaman Səxavət həkimin Xalisin yaxasından tutaraq söyüş söydüyünü görüb. Onları ayırmaq istəyərkən isə Səxavət onu itələyib. Bundan sonra aralarında dava düşüb.
Qəbələ Rayon Məhkəməsi noyabrın 14-də işə baxaraq, inzibati xəta haqqında protokol üzrə icraata xitam verib. İşdə cinayətin əlamətləri olduğu üçün materiallar Qəbələ Rayon Prokurorluğuna göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1142 Tarix: 16 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 163 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 152 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 201 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 193 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 163 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 154 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
14.11.2026 218 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220