Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB
"Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişindaşıma, dərman preparatlarının və s. qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud enməsini müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun. Amma biz bu günə kimi hansısa məhsulun ucuzlaşdırılması haqqında qərar görməmişik, hər zaman bahalaşmanın şahidi olmuşuq".
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimli deyib.
İqtisadçı Yeni il ərəfəsində qiymətlərin qalxmasıyla əlaqəli səslənən fikirlərə münasibət bildirib:
"Məsələn, sərnişindaşıma ilə bağlı müraciət olunub. Çünki daşıyıcı şirkətlər artıq öz borcunu-xərcini ödəyə bilmirlər. Qiymət formalaşması isə bir qaydadır. İnsanlar hər zaman düşünürlər ki, süni bahalaşma baş verir, xeyr, süni bahalaşma baş vermir.
Digər məsələlərin fonunda, yəni qiymət əmələgəlmə prosesini tənzimləyən mexanizmlər var. Bəs qiymət əmələgəlmə necə baş verir? Hər hansı bir məhsulun ərsəyə gətirilməsi üçün istifadə etdiyin xammal, vergilər, nəqliyyat xərcləri, işçilik, administrativ xərclər, vergi xərcləri toplanılır və müəyyən bir hissə üzərinə mənfəət qoyulur. Beləliklə də, qiymət əmələgəlmə prosesi bu qaydada baş verir".
Onun sözlərinə görə, hazırkı vəziyyətdə daxili və xarici faktorlar ucbatından məhsullar bahalaşır:
"Məsələn, hansısa xammalın xaricdən Azərbaycana gətirilməsi bahalaşıb deyə bu, təbii ki, qiymətə öz təsirini göstərəcək. Ötən il ərzində Azərbaycanda yanacağın qiyməti 2 dəfə artdı. Təbii ki, bu, daşınmada qiymətlərə təsiri göstərəcək, çünki maya dəyəri artıb. Habelə inşaat materiallarının qiyməti artdığına görə tikinti sektorunda mənzillərin qiyməti artacaq. Bu da təbiidir. Yaxud, avtomobil ehtiyat hissələrinin, yanacağın və digər amillərin qiyməti artıbsa, bunlar da artıq sərnişindaşımanın əsas elementlərindən biridir".
"Keçən il minimal əməkhaqqı 250 manat idi, bu il oldu 300 manat. Əgər hazırkı maaşlar həmin o minimal əməkhaqqı olan 300 manatın fonunda tənzimlənirsə, deməli, əməkhaqqı fondu da artdı. Bunların hər biri isə maya dəyərinin şişməsinə gətirib çıxarır və qiymətin bahalaşması ilə nəticələnir", - ekspert qiymət artımından söz açarkən deyib.
"Yeni il ərzində də belə bir tendensiya var: konkret olaraq məhsullara tələbat artdığına görə qiymət artımları daim olur. Bu, Azərbaycanda yazılmamış qanundur və hər hansı bir başqa bir mexanizm tətbiq olunmur ki, orada qiymətlərin azaldılması, yaxud tənzimlənməsi həyata keçirilsin. Yeni il ərəfəsində də bu kimi məsələləri hər zaman müşahidə etmişik. Qısası, qida məhsullarında qiymətin artması gözlənilir", - deyə A.İbrahimli fikrini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1232 Tarix: 20 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir
Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib. Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədə
13:00 180 Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal
12:50 149 Kirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın
14:30 138 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
13:59 183 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bi
16:34 0 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 163 Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind
16:16 54 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
15:20 111 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - Foto
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əzi
15:59 83