Gənc oğlan müğənni sevgilisinin başına oyun açdı: "Dedi, küçədə yalvar..." - Təfərrüat

Gənc oğlan müğənni sevgilisinin başına oyun açdı: "Dedi, küçədə yalvar..." - TəfərrüatGəncə şəhərində 1995-ci il təvəllüdlü Cavid qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Laləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il yanvarın 30-da baş verib.

Cavid gecəyarısı sərxoş vəziyyətdə Göygöl rayonu, Xaqani kəndindən Gəncə şəhəri istiqamətinə gedən yolun kənarında qeyri-rəsmi münasibətdə olduğu Laləni döyüb.

Cavidin barəsində Cinayət Məcəlləsi ilə 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bilib.

Cavid deyib ki, Lalə ilə Gəncə şəhərində yerləşən kafelərdən birində tanış olub və həmin vaxtdan onunla qeyri-rəsmi münasibətdə yaşayıb: "Daha sonra Lalə Şəmkir şəhərində yerləşən "Dolça Vita" restoranında müğənnilik etdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 29-da gecə Lalənin mahnı oxuduğu "Dolça Vita" restoranına gedib: "Restoranda Lalə məni xoş qarşıladı. İş bitdikdən sonra Gəncə şəhərində təzə kirayə tutduğumuz evdə söhbət etmək və birlikdə qalmaq üçün adını bilmədiyim musiqiçi dostları ilə həmin şəxslərə məxsus "Opel" markalı avtomaşına əyləşdik. Şəmkir rayonunun çıxışında olan Dövlət Yol Polisi postundan keçərək Gəncə şəhəri istiqamətinə hərəkət etdik. Postda Dövlət Yol Polisi əmkdaşları maşınımızı saxlatdı. Polis əməkdaşları ilə təxminən 30-40 dəqiqə mübahisə etdim.

Həmin vaxt Lalə avtomobildən düşərək piyada Gəncə şəhəri istiqamətinə getməsindən xəbərim olmayıb. Avtomobilə əyləşdim və yola davam edəndə Laləni sağ tərəfdə gedən gördüm. Avtomobildən düşərək Lalənin araxasınca qaçdım, çiynindən çəkəndə ayağı sürüşdü, üzü üstə yerə yıxıldı. Əsəbi olduğum üçün Laləni şillə ilə vurdum".

Cavid qeyd edib ki, həmin vaxt onlardan başqa ətrafda heç kəs olmayıb: "Lalədən nə üçün qaçdığını soruşdum, dedi ki, səndən uzaqlşadım, sən arxamca gələsən və polislərlə mübahisə etməyəsən. Biz avtomobilə əyləşdik. Laləyə dedim ki, səni evinə düşürüm, sonra öz evimə gedim. Lalə isə bildirdi ki, heç hara getmə, əgər getsən, avtomobildən düşəcəm. Bu zaman əsəbləşdim, Onun başından tutarraq əlimin arxası ilə üzünə vurdum.

Lalə qapını açaraq avtomobil hərəkətdə ola-ola düşmək istədi. Mən isə ona mane olmaq istədim. Gəncə şəhərində Şəmkir avtovağzalı deyilən yerdən təxminən 500 metr kənarda, yolun sağında avtomobili sürücü dayandırdı. Lalə avtomobildən düşdü, qışqıraraq evə getməyəcəyini dedi.

Əsəbləşərək Laləni yerə yıxdım, baş nahiyəsində, daha sonra isə bədəninin müxtəlif yerlərinə vurdum. Cib dəsmalımı Lalənin üzünə tutdum və onu yerdən qaldıraraq avtomobilə əyləşdirdim. Gəncə şəhəri 20 saylı məktəbin yanında Laləni musiqiçi dostu Pərvizin mənzilinə apardım. Evdə olan zaman Lalə huşunu itirdiyi üçün onun üzünə bir neçə dəfə şillə vurdum, onu ayıltdm və hamama aparsdım. Onu suyun altına saldım ki,özünə gəlsin".

Cavid bildirib ki, Lalə özünə gələndən sonra onunla həmin gün qalıb, növbəti gün öz evinə gedib. Təqsirləndirilən şəxs deyib ki, Laləyə xəsarət yetirməsindən peşman olub.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalənin sözlərinə görə, müxtəlif kafelərdə müğənnilik edərək özünü dolandırıb: "Cavidlə 2021-ci ilin mart ayında Gəncə şəhərində yerləşən kafelərin birində tanış oldum. Onunla qeyri-rəsmi ər-arvad kimi yaşadım. Son üç ayda Cavidin arvadı bizim münasibətimizi bildikdən sonra münasibətlərimiz korlanmağa başladı. Ondan ayrılmaq istəsəm də, o, məni daim qısqandı və sevdiyini deyərək ayrılmaq istəmədi. Təxminən 4 aydır Şəmkir rayonunda kirayədə yaşayıram. Cavid kirayədə qaldığım evə gəlib, mənimlə qalıb və birlikdə yeyib-içmişik".

Lalənin ifadəsinə görə, yanvarın 29-da saat 23 radələrində Şəmkir rayonunda yerləşən "Dolça Vita" restoranına mahnı oxumaq üçün gedib: "Cavid mənə mesaj yazdı, "instaqram"da olan şəkillərimi silməyimi tələb etdi və yanıma gələcəyini dedi. Ona restoranın ünvanını dedim. Təxminən 1 saatdan sonra Cavid işlədiyim kafeyə gəldi, bir bakal pivə içdi. Məclisi yola verəndən sonra mənimlə birlikdə işələyən sintizator ifaçısı Hüseynə məxsus "Opel" markalı avtomobilldə müsiqiçi dostlarımla birlikdə Gəncə şəhərinə getdik.

Arxa oturacaqda Cavid, musiqiçi Pərviz, Hüseyn və mən əyləşmişdim. Hüseyn sərxoş olduğu üçün maşını saz ifaçısı Xaliq idarə etdi. Qabaq oturacaqda, sürcünün sağında isə Pərvizin qeyri-rəsmi yaşadığı Vüsalə adlı qadın əyləşmişdi.

Gəncə şəhərinə doğru gedən zaman Cavidin arvadı zəng vurdu, ona nəsə dedi. Daha sonra Dövlət Yol Polisinin Şəmkir rayonunun çıxışında olan hissəsindəki polis postundan bir qədər kənarda polis avtomobili saxladı. Cavid Dövlət Yol Polisinin əməkdaşı ilə mübahisə etdi. Ona maşına əyləşməsini xahiş etsəm də, mənə məhəl qoymadı. Postdan çıxaraq piyada yolun sağı ilə Gəncə şəhəri istiqamətinə getdim. Təxminən 10-15 dəqiqə sonra Xaliq idarə etdiyi avtomobillə yanımda dayandı.

Cavid avtomobildən düşən kimi nə üçün onu polislərin yanında qoyaraq getdiyimi soruşdu, təpiklə başıma zərbə vurdu və həmin vaxt yerə yıxıldım. Yerə yıxılandan sonra yumruqla sifət nahiyəmə bir neçə dəfə vurdu".

Zərərçəkmiş qeyd edib ki, bu zaman avtomobildən düşən Hüseyn, Pərviz və Xaliq Cavidi kənara aparıblar və avtomobilə əyləşdiriblər: "Lakin həmin vaxt gecə olduğu üçün ətrafda bizdən başqa heç kim olmayıb. Arxa oturacaqda əyləşdim. Cavid isə sol tərəfimdə oturdu. Avtomobildə Cavid sağ əli ilə burnuma və sifətimin müxtəlif yerlərinə vurdu, sifətimdən və burnumdan qan axdı.

Gəncə şəhərinə çatanda "Yeni Şəmkir" avtozağzalı deyilən ərazidə yolun kənarında Cavid avtomobili saxlatdırdı. Məni saçımdan tutaraq avtomobildən yerə saldı. Təpiklə sifətimə və bədənimin müxtəlif yerlərinə vuraraq məni təkrar döydü. Sol qolumdan və sol baldırımdan xəsarət aldım. Cavid mənə yalvarmağımı əmr etdi. Məni söyüb, təhqir etdi. Mən yerdə uzanıqlı vəziyyətdə qaldım. Sonra yanmızda olan şəxslərin xahişi ilə Cavid icazə verdi ki, avtomobilə əyləşim.

Yanımdakıların köməyi ilə avtomobilin arxa oturacağına əyləşdim. Halsız vəziyyətdə olduğum üçün başımı Hüseynin çiyninə söykədim. Sonra Pərvizgilin bina evinə getdik. Həmin evdə Cavid məni hamama saldı və məni yuyundurdu. Sonra özümün və onun qanlı paltarlarını yudurtdu".

Lalə bildirib ki, həmin gün səhərə qədər Cavid onunla birlikdə qalıb: "Daha sonra Cavid öz evinə getdi. Növbəti gün qaldığım evə gəldi. Üzümə çəkmək üçün məlhəm almışdı. Bundan sona həmin evdən çıxaraq b Şəmkir rayonuna, kirayədə yaşadığmı evə getdim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, Cavid barədə şikayət etdim".

Lalə sonda Cavidlə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb.

Məhkəmə Cavidin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edib. Onun zərərçəkmiş şəxslə barışmasını nəzərə alan məhkəmə barəsində olan cinayət təqibinə xitam verib.

Cavid cinayət məsuliyyətindən azad edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1220   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa

16:35 0
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın

16:19 37
.

Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal

12:50 149
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 143
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 254
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden

16:24 24
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

13:59 183
.

Trampla demokratlar arasında qarşıdurma dərinləşir

ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut

13:40 149
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind

16:16 54
.

Son Xəbərlər