Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib
"Azərbaycan Peşəkar Boks Federasiyası"nın dəstəyi, "Karapapak Fight club & Promotion", "MCM Fight Promotion" və "TGA Promotion & Management"in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində Dünya kəməri uğrunda döyüş keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən "Azərbaycan Peşəkar Boks Federasiyası"nın 1-ci vitse prezidenti Fərhad Acalov ölkəmizdə peşəkar boksun inkişafından danışıb və bundan sonra da bu kimi yarış və tədbirlərin silsilə olaraq davam edəcəyini bildirib.
"Karapapak Fight Club & Promotion"ın prezidenti Aqil Acalov çıxışında Azərbaycanda peşəkar boksun inkişafı yolunda atılan addımlar və təşkil olunan belə əhəmiyyətli yarışlar üçün Federasiyaya təşəkkürünü bildirərək bundan sonra da bu idman növünün inkişafında əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu deyib.
Daha sonra öz çıxışlarında "TGA Promotion & Management"in prezidenti Taryel Cəfərov və "MCM Fight Club & Promotion"ın prezidenti Cavidan Məmmədov idmançıları bu günə qədərki uğurlarına görə təbrik edib və fəaliyyətlərində daha böyük uğurlar, qələbələr arzulayıblar.
Tədbirin bədii hissəsində "Cigitlər" rəqs qrupunun, Buta Band Group və Yaşar Yusubun musiqi töhfələrinin ardınca gecənin döyüşləri baş tutub.
Ümumilikdə müxtəlif çəki dərəcələrində 7 döyüş keçirilib:
1. Ağır çəki dərəcəsində Mirzəli Samir və Elnur Məmmədov arasındakı döyüşdə Elnur 2-ci raundda texniki nokautla qalib gəlib;
2. 61 kq-a qədər çəki dərəcəsində Tayfur Əliyev və Sərxan Əhmədov arasındakı döyüşdə Tayfur yekdil qərar ilə qalib gəlib;
3. Ağır çəki dərəcəsində küveytli Hamzah Albahbahani və azərbaycanlı Müqavil Musayev arasındakı döyüşdə küveytli idmançı dizindən aldığı zədə səbəbi ilə 3-cü raunda çıxmaqdan imtina edib;
4. 91 kq-a qədər çəki dərəcəsində pakistanlı Abi Cozi Xan və azərbaycanlı Taryel Cəfərov arasındakı döyüşdə Taryel 1-ci raundda Texniki nokautla qalib gəlib;
5. 70 kq-a qədər çəki dərəcəsində Seyidağa Nağıyev və Ruslan Rəhimov arasındakı döyüşdə Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəlib;
6. Orta çəki dərəcəsində Xanbala Qurbanov və Sərxan Əliyev arasındakı döyüşdə Sərxan hakimlərin yekdil qərarı ilə qalib gəlib;
7. Gəcənin əsas döyüşündə, 79.3 kq çəki dərəcəsində, 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türkiyəli boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov üz-üzə gəliblər. Bərabər keçən döyüşdə, təəssüflər olsun ki, çiynindən aldığı zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub, Hasan Kubilay Alcu isə UBO dünya kəmərini qazanıb.
Gecədə fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.
Sonda Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin idman sahəsində də əhəmiyyətini vurğulayan Fərhad Acalov Serdar Avcıya təşəkkürünü bildirərək "Dəmir yumruq" simvolik heykəli və digər hədiyyələri təqdim edib.



























BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 703 Tarix: 20 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa
16:35 0 Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın
16:19 37 Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal
12:50 149 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 143 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca
13:15 254 İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden
16:24 24 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
13:59 183 Trampla demokratlar arasında qarşıdurma dərinləşir
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut
13:40 149 Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind
16:16 54