Hikmət Hacıyev: "Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub"

Hikmət Hacıyev: "Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub""İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq".

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Agentliyin "İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikasının xalqını "gözümüzün işığı" adlandırıb və son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib. Bu barədə nə deyərdiniz?" sualına cavabında Hikmət Hacıyev deyib:

"Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik.

Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib.

Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa

16:35 0
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın

16:19 37
.

Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal

12:50 149
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 143
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 254
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden

16:24 24
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

13:59 183
.

Trampla demokratlar arasında qarşıdurma dərinləşir

ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut

13:40 149
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind

16:16 54
.

Son Xəbərlər