30 illik yolun təqdimatı
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 ili tamam oldu. Hakim partiya yarandığı gündən Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkədə siyasi-iqtisadi sabitliyin, sürətli iqtisadi inkişafın təmin edilməsinin, vətəndaşların rifah halının yaxşılaşdırılmasının ideoloji əsaslarının yaradılması istiqamətində böyük layihələrə, aksiyalara imza atıb.
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə nitq söyləyən Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkəmizin ağır siyasi-iqtisadi vəziyyətdə olduğunu vurğulayaraq bildirdi ki, "91-lər" öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi.Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi.
Ölkə başçısı qeyd etdi ki, "Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi".
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi.
1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsaslarının qoyulduğunu bildirən Prezident İlham Əliyev vurğulamışdır: "Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi". Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi.
Prezident İlham Əliyev qeyd etdi ki, "Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir".
Ötən 30 ildə Azərbaycanın əldə etdiyi hər uğurda Ulu Öndərin yaradıcısı olduğu YAP-ın payı və zəhməti var. Prezidentin bəyan etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini keçirərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik.
Aysel Mənsimova – politoloq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 585 Tarix: 22 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 143 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 75 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 123 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 157 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:
16:01 85 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca
12:38 135 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 0