Doğuş zamanı ölüm halları - Həkim səhvi, yoxsa...
Dövrümüzdə doğuş zamanı ana və körpə ölümləri çoxalıb. Təəssüflər olsun ki, bu cür hallar qaçılmaz olub. Bəzən bu halları həkim səhvi ilə əlaqələndirirlər. Lakin hər zaman bunun birbaşa həkimlə əlaqəsi olmur. Müxtəlif xəstəliklər, pataloji səbəblər hamilə qadınların və körpələrin ölümünə gətirib çıxarır. Doğuş zamanı ana və uşaq ölümləri getdikcə artır. Bunun səbəbi nədir?
Həkim-ginekoloq Təranə Həsənova məsələ ilə bağlı BiG.AZ-a danışıb.
O bildirib ki, bu cür halların baş verməməsi üçün ana olmağa hazırlaşan xanımlar mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər:
"Hər şey hamiləliyin ilk günündən başlayır. Bu, hamiləliyin necə aparılmasından asılıdır. Yəni söhbət həkim tərəfindən hamiləliyin necə izlənilməsindən gedir. Bunun üçün də ən birinci şərt ondan ibarətdir ki, hamilə qadın həkimin yanına deyilən vaxtda mütəmadi olaraq getməlidir. Bu, çox vacib şərtdir. Dəfələrlə görmüşəm ki, hamilələr həkimə vaxtında getmirlər. Bunun səbəbini soruşanda da adətən ailə ilə, həyat yoldaşı ilə bağlı olur. Qısası, hamiləni lazım olanda həkimə aparmırlar.
Digər tərəfdən, hamilənin müraciət etdiyi həkim də gərək çox diqqətli şəkildə, yanına gələn xanımda heç bir şeyi nəzərdən buraxmadan hamiləliyin bütün patalogiyalarını izləməlidir ki, sonra belə fəsadlar ortaya çıxmasın".
T. Həsənova qeyd edib ki, doğuş zamanı ölüm hallarına səbəb olan faktorlardan biri də müxtəlif mamalıq patalogiyalarıdır. Onun sözlərinə görə, bu patalogiyaların vaxtında aşkar olunmasında həkimin rolu vacibdir:
"Ana ölümlərinin səbəbi ilə bağlı danışanda ən birincisi mamalıq patalogiyalarına diqqət yetirmək lazımdır. Məsələn, mamalıq patalogiyaları qaraciyər və böyrəklə bağlı müxtəlif patalogiyalar, ciftin vaxtından əvvəl ayrılması, qopması, arterial təzyiqin çox yüksəlməsi, ciftin normal yerləşməməsi, dölün qeyri-düzgün gəlişidir. Vaxtında həkimə müraciət olunanda, periodik olaraq gedib-gələndə və həkim də düzgün qiymətləndirəndə bunların hamısının qarşısı alına bilər. Məsələn, belə hamiləliyi 9 aya qədər saxlamaq yox, müxtəlif, daha erkən mərhələdə hamiləliyi pozmaq lazım gəlir. Düzgün nəzarət olunduqda anada da, döldə də problem yaranmır. Ana ölümlərinin böyük əksəriyyəti saydığım bu problemlərdən irəli gəlir.
Uşaq ölümləri sırf ana ölümü ilə bağlı olur. Hər hansı bətndaxili bir patalogiya, yaxud ananın orqanizmində olan ekstrogenital xəstəlik dölün normal inkişaf etməsinə, həyat qabiliyyətinin olmasına imkan vermir və nəticədə də döl ya ana bətnində ya da doğulandan sonra tələf olur.
Bir də dölün müxtəlif anomaliyaları var. Bildiyimiz kimi, dölün ürəyində 4 kamera olmalıdır. Məsələn, dünən məlumat alıram ki, dölün 4 əvəzinə 2 kamerası var. Belə uşaqlar dərhal, fərqi yoxdur neçənci həftədə, istər 9 ayında, istərsə də daha erkən vaxt, ana bətnindən çıxan kimi yaşama qabiliyyətini itirirlər. Bu zaman da günah qalır birbaşa həkimin üstündə. Dediyim kimi, bunun hamısını vaxtında etmək lazımdır. Həm nəzarət edən həkim çox diqqətli olmalıdır, həm hamilə qadın həkimə mütəmadi şəkildə müraciət etməlidir ki, mövcud problemlər vaxtında aşkar olunsun və da sonra ananın özündə və döldə belə problemlər yaranmasın, itkilər olmasın".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1221 Tarix: 22 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 143 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 75 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 123 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 157 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:
16:01 85 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca
12:38 135 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 0