Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdürAzərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 74 il ötür.

Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.

1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə "Səadət" məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirib.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar "İqbal" qəzetində dərc olunub.

Maddi ehtiyac səbəbindən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olub. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və başqa başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.

Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşudbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun "Ər və arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

O, 1948-ci ilin 23 noyabrında, 63 yaşında vəfat edib.

Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.

Qeyd edək ki, Üzeyir Hacıbəyovun doğum günü uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 684   Tarix: 23 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır

Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. İki ölkə arasında əlaqələ

15:42 151
.

40° isti, yağış, şimşək - Sabahın havası

Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-36 isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək

12:48 249
.

Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər (VİDEO)

İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 ildən 4 ilə endirilməsi təklif edilir. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, işləyən vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyay

10:12 164
.

Müəllim maaşları dəyişir? - Şagird nəticələrinə görə ödəniş təklifi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda müəllimlərin əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşma müzakirə mövzusuna çevrilib. Hazırda müəllimlərin maaşına təsir edən əsas amillər sırasında dərs yükü və sertifikasiya nəticələri yer alsa da, gələcəkdə şagirdlərin akademik göstəricilərinin də müəllimin əməkhaqqının müəyyənləşdirilməsind

10:13 160
.

Azərbaycan məhsullarının ixracı üçün yeni dəstək: Dövlət nəqliyyat xərclərinin 70%-ni ödəyəcək - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan qeyri-neft-qaz ixracının artırılması istiqamətində yeni dəstək mexanizmini işə salır. Sentyabrın 1-dən etibarən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin müəyyən hissəsi dövlət tərəfindən kompensasiya olunacaq. Prezident İlham Əliyevin iyunu

12:26 165
.

Paşinyanın Rusiyadakı səfiri geri çağırmaq qərarı gündəm oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Rusiyadakı səfiri Qurgen Arsenyanı geri çağırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Paşinyan Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginliyi

11:58 154
.

Alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu

Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir. xarici mediaya istinadla xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib. Məlumata əsasən, kişi çat-bot

23.08.2026 389
.

"Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı"

Aktrisa Cəmilə Tağıyeva sosial mediada yazdığı şərhlə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi qayınanası ilə bağlı izləyicilərindən birinin paylaşımına münasibət bildirib. O, şərhində qeyd olunan qayınana obrazının öz qayınanasına bənzədiyini yazıb. "Bu qayınananın türk versiyası məndə var

10:48 202
.

Lülə kababın üzərinə əridilən holland pendiri təhlükəlidir? - Tərkibində palma yağı olan məhsullar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son vaxtlar restoranlarda lülə kabab, pizza, kartof və digər isti yeməklərin üzərinə əridilmiş pendir əlavə edilməsi geniş yayılıb. Xüsusilə bazarda "Holland pendiri" adı ilə satılan bəzi məhsulların tərkibində süd yağından əlavə bitki yağları, o cümlədən palma yağı, eləcə də müxtəlif qid

13:17 209
.