"Show Me Azerbaijan" layihəsinə start verildi
23 noyabr 2022 İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə bu ilin 20-27 noyabr tarixlərində "Show Me Azerbaijan" (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici blogerin ölkəmizə səfəri başlayıb.
BiG.AZ xəbər verir ki, ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən blogerləri qəbul edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov onlara bu yerin tarixi əhəmiyyəti haqqında məlumat verib. Qonaqlar İçərişəhər Qoruğu ilə tanış olaraq, tarixi abidələr haqqında məlumatlar əldə ediblər.
Daha sonra xarici blogerlər Qarabağla keçirilən təqdimatlarda iştirak ediblər. Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev şəhər dağıntısı mənasını verən urbisid anlayışı, slaydlarla Şuşa, Füzuli, Ağdamda erməni işğalı nəticəsindən öncə və sonra dağıntıya məruz qalmış abidələr, eləcə də təmsil etdiyi qurumun son iki il ərzində tarixi abidələrinin (Üzeyir Hacıbəyovun heykəli, Şuşa Xalça Muzeyi, Şahbulaq qəsrinin) bərpası, ağıllı parkların yaradılması, çayların bərpası istiqamətində görülən işlərdən bəhs edib.
Dünya şöhrətli fotoqraf Reza Deqhati Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı dağıntıları əks etdirən şəkilləri nümayiş etdirərək, öz təəssüratlarını onlarla bölüşüb.
Azərbaycan Turizm Agentliyinin nümayəndəsi Nuray Əhmədova Azərbaycanın turizm potensialı və marşrutları, təbiət və istirahət məkanları, xaricdən ölkəyə səfər etmək qaydaları, eləcə də Azərbaycanın hazırda iştirak etdiyi "Ənənəvi yemək mədəniyyəti" (Slow food) beynəlxalq layihəsi haqda məlumatlar verib.
Qeyd etmək lazımdır ki, xarici blogerlər gün ərzində Bakı haqqında videolar hazırlayaraq paylaşımlar ediblər.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.
Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, "Show Me Azerbaijan" layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 611 Tarix: 23 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 0 İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar
16:30 0 Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib
16:33 0 İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud
12:40 150 Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent
14:29 156 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
13:59 183 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Prezidentin Mətbuat Xidməti qarşılanm
15:21 134 Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind
16:16 54