Azərbaycanda 5-dən çox uşağı olan neçə ana müavinət alır? - RƏSMİ

Azərbaycanda 5-dən çox uşağı olan neçə ana müavinət alır? - RƏSMİBu gün 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2510, uşaqlarının sayı isə 10517 nəfərdir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Rəsmi məlumata görə, 3 və daha çox uşaq dünyaya gətirərək onları 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış güzəştli şərtlərlə yaşa görə sosial müavinət alan qadınların sayı 67 084 nəfərdir:

"5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınlara güzəştli şərtlərlə yaşa görə sosial müavinət təyin edilmiş qadınların sayı isə 3815 nəfər təşkil edir".

Qeyd edək ki, beşdən çox uşağı olan, müavinət almaq hüququ Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə verilir.

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda hər uşağa görə aylıq 70 manat ödənilir.

Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə üçəm qız dünyaya gətirən Günel Məmmədova da çoxuşaqlı ana müavinətini alacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1955   Tarix: 23 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Poyi-Kalon" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbə

16:58 80
.

Bu xəstəxanaya direktor təyin olundu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. "Qafqazinfo" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb. Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının

12:25 187
.

"İqtisadi və investisiya tərəfdaşlığı artıq spesifik sənaye kooperasiyası layihələri ilə zənginləşir" - millət vəkili Bəhruz Məhərrəmov

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri, təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geopolitik xəritəsinin yenidən formalaşması nöqteyi-nəzərindən strateji dönüş nöqtəsidir. Səfər çərçivəsind

14:03 152
.

Bakı-Daşkənd xətti: İki ölkənin iqtisadi potensialı necə birləşir?

"Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr son illərdə kifayət qədər sürətlə inkişaf edir. Məncə, bu münasibətlərin ən böyük üstünlüklərindən biri iki ölkənin iqtisadi imkanlarının bir-birini tamamlamasıdır. Özbəkistan böyük istehsal potensialına və Mərkəzi Asiyanın geniş bazarına malikdir

13:29 150
.

Lülə kababın üzərinə əridilən holland pendiri təhlükəlidir? - Tərkibində palma yağı olan məhsullar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son vaxtlar restoranlarda lülə kabab, pizza, kartof və digər isti yeməklərin üzərinə əridilmiş pendir əlavə edilməsi geniş yayılıb. Xüsusilə bazarda "Holland pendiri" adı ilə satılan bəzi məhsulların tərkibində süd yağından əlavə bitki yağları, o cümlədən palma yağı, eləcə də müxtəlif qid

13:17 208
.

Müəllim maaşları dəyişir? - Şagird nəticələrinə görə ödəniş təklifi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda müəllimlərin əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşma müzakirə mövzusuna çevrilib. Hazırda müəllimlərin maaşına təsir edən əsas amillər sırasında dərs yükü və sertifikasiya nəticələri yer alsa da, gələcəkdə şagirdlərin akademik göstəricilərinin də müəllimin əməkhaqqının müəyyənləşdirilməsind

10:13 160
.

Azərbaycanda jurnalist ayrıldığı nişanlısının toyunda bəy kimi təqdim edildi

Jurnalist İlkin Abbasın başına iş gəlib. -in məlumatına görə, o nişanlısından ayrıldığı halda ötən gün qızın ailəsi ona Sumqayıtda toy edib. Bəy qismində isə Jurnalist İlkin Abbasın adı çəkilib. İlkin bununla bağlı instaqram hesabında video paylaışıb. O bildirib ki, bu ilin əvvəlində Xədicə Əliyeva adl

10:57 272
.

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua

12:52 167
.

Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciətə hazırlaşır

Ermənistan yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət prosesinə başlamaq niyyətindədir. xəbər verir ki, bu barədə -ın Telegram kanalında yayılan məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Ermənistan yaxın gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət prosesin

12:19 148
.