İllərdir xalqdan yardım toplayan MƏŞHURLAR: Onları kim müalicə etməlidir?
Xəbər verdiyimiz kimi ötən gün Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) İnstaqramda canlı yayım açaraq müalicəsi üçün yardım istəyib.
Aktrisanın bank hesabına canlı yayımda 13 min manat köçürülüb.
Ondan əvvəl Xalq artisti Könül Xasıyeva da xalqa müraciət edərək müalicəsi üçün 254 min manat toplamışdı.
Bəs görəsən, sənət adamlarının müalicəsi üçün dövlət tərəfindən niyə yardım edilmir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor Allahverdi Yolçuyev bunun aidiyyatı qurumların işi olduğunu bildirib:
"Allah hər iki sənətçiyə şəfa versin. Onların hər iksi Azərbaycan mədəniyyətində yeri olan, sözlərini demiş, xalqın sevdiyi insanlardır. Mənə elə gəlir ki, bu tip mövzularda Mədəniyyət Nazirliyi məsələni Səhiyyə Nazirliyinə, yaxud Heydər Əliyev Fonduna yönləndirməlidir. Onlar bu qədər tədbirlərə maliyyə ayırırlar, hər halda, xalqın ehtiyac duyduğu vacib məsələlərə də dəstək göstərməlidirlər. Mənim Tünzaləyə də, Könülə də böyük hörmətim var. Bəzən sənət adamlarının bu cür yardımlara ehtiyacı olur, biri elə mən. İllərdir xəstəliyimlə baş-başa qalmışam. Əslində nazirlik nə isə etməlidir, amma etmirlər. Onlar əvvəla sənət adamlarını tanımalıdırlar, başa düşməlidirlər ki, bu adamlar kimdir, xalq üçün, Azərbaycan mədəniyyəti üçün nələr ediblər. Daha sonra sakit şəkildə, minnətsiz formada yardım etməlidirlər. Düşünürəm ki, bu yardım tək məşhurlara deyil, hər bir azərbaycanlıya ehtiyacı olduğunda edilməlidir. Hər hansı vətəndaş nəyəsə ehtiyac duyursa, birinci növbədə aidiyyatı qurumlar ona kömək etməlidir, artıq sonda çarə qalmayanda xalqdan kömək istəməlidirlər. Fərqi yoxdur həmin şəxs Xalq artistidir, yaxud küçədəki süpürgəçi, onların hər biri Azərbaycan vətəndaşıdır və onları qorumaq, sağlamlıqlarının keşiyində dayanmaq dövlətin bilavasitə borcudur".
Sənətçi öz səhhəti ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, ona müsbət bir cavab verilmədiyini deyib:
"Mən də vəziyyətimlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Amma faydasız olub, daşdan səs çıxır, onlardansa yox… Mən də artıq bununla barışmışam. Hər şeydən imtina etmişəm, daha efirlərə də çıxmıram. Özüm öz qulluğumda dayanıram. İnsan bir az pozitiv olmalıdır. İnsana insan olduğu üçün hörmət etmək lazımdır. İstər deputat ol, istər şöbə müdiri, istərsə Xalq artisti ol. Ona görə yox ki, filankəs Xalq artistidir, bu ada görə hörmət olunmalıdır, xeyr, bu düzgün yanaşma deyil.
Sosial verilişlərə azca baxmaq kifayət edir ki, görəsən ki, yardıma ehtiyacı olan nə qədər insan. Bunu dövlət qurumları öz boynuna götürməlidir. Bu adi bir hala çevrilməlidir. Sonda sözü deyən yenə dövlətdir, amma hərdən bu tərəfə də boylansalar hər şey daha yaxşı olar. Bir insanı yaşatmaq o qədər gözəldir ki, gecə də rahat yatırsan. O qədər adam var ki, fikirləşir ki, səhər nə edim, kimdən nə alım, kimin evini yıxım, pulumu nəyə xərcləyim?"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1714 Tarix: 24 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264