Pomidor turşusundan zəhərlənib, ölənlərin sayı artıb - Alarkən bunlara diqqət edin...
Xəbər verdiyimiz kimi, dünən Bakıda müəllim pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.
Bəs hansı hallarda qidadan zəhərlənmək olar?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Mərkəzi Tibbi Klinikanın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, qida zəhərlənməsi bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida qəbulunun səbəb olduğu xəstəlikdir. Yoluxma, adətən, qida və ya içki məhsulları ilə düzgün olmayan qaydada davranma, onların səhv hazırlanması və saxlanılmasından irəli gəlir.
Azər Maqsudov deyir ki, qida zəhərlənmələri zamanı "botulizm" (Botulizm və ya botulismus nadir rastlanan, amma çox təhlükəli klostridial infeksiyadır) adı verilən infeksiya növü yaranır ki, bu da ölümə səbəb ola bilər:
"Botulizm toksini neyrotoksindir və buna görə sinir sistemini zədələyir. Qida mənşəli botulizm ifliclərə səbəb ola bilir və bu da tənəffüs çatışmazlığına səbəb ola bilər. Erkən simptomlara yorğunluq, halsızlıq, görmənin toranlaşması, ağızın quruması və danışma və udqunma zamanı çətinlik kimi əlamətlər aiddir. Qusma, ishal, qəbzlik əlamətləri də yarana bilər. Bu xəstəlik tənəffüs əzələləri və bədənin aşağı hissələrinin əzələləri zəiflədikdən sonra, boyun və qollarda da əzələ zəifliyinə səbəb ola bilir. Bu tip zəhərlənmələrin isə özünəməxsus əlamətləri var. Baş ağrıları, qusma, qarın nahiyəsində küt ağrılar, ürək bulanma və qızdırma müşahidə oluna bilər".
Həkimin sözlərinə görə, zəhərlənmə zamanı vətəndaşlar ev şəraitində heç bir şey qəbul etməməlidir:
Qida toksikoinfeksiyalarının diaqnozu xəstəliyin ilk saatlarında müəyyən edilməlidir ki, xəstələnməyə səbəb olan ərzaq məhsulu tapılıb zərərsizləşdirilsin. Xəstəliyin adətən eyni ərzaq məhsulunu yemiş xəstələr arasında baş verməsi, gizli dövrün qısa olması, xəstələrdə eyni əlamətlərin tapılması, ilk yardımdan – mədənin yuyulması və təmizləyici imalədən sonra xəstələrin vəziyyətinin tez yaxşılaşması, qida toksikoinfeksiyaları üçün xarakterik hesab olunur. Bu tip zəhərlənmələr olarsa, ev şəraitində hər hansısa müdaxilə etmək doğru hesab olunmur".
Ümumiyyətlə, payız-qış fəsillərində turşudan, xüsusilə də pomidor turşusundan zəhərlənmə hallarına tez-tez rast gəlinir. Ağır zəhərlənmələr verən turşular əslində düzgün qoyulmadıqda ölüm mənbəyi olur. Mütəxəssislərin fikrincə, adətən turşunun olduğu qabın qapağı çox pas atmamalı, çox şişməməlidir. Mikroblar içəridədirsə, qapaq şişməyə başlayır. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir.
Qeyd edək ki, çoxları turşunu necə hazırlamağı bilmirlər. Buna çox səthi yanaşırlar. Təkcə məhsulun özü deyil, onun bağlanacağı qab da təmiz yuyulmalıdır. Qapaqlara vaxtaşırı nəzər yetirilməli, qapaqları paslanmış, qalxmış turşular atılmalıdır. Əks halda zəhərlənmə riski hər zaman olacaq. Mütəxəsislərin fikrincə, plastik qablarda satılan və istehsal tarixi yeni olan turşulara üstünlük vermək lazımdır. Həmçinin pomidorları alarkən çox diqqətli olmaq lazımdır, əgər pomidorların içərisində bir ədəd çürük pomidor olarsa, bu, turşu hazırlanan zaman digərlərinə də təsir edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2232 Tarix: 24 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR
Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə
16:00 85 "Vətən uğrunda şəhid olmaq mənim üçün şərəfdir" - Veteranın müharibəyə getmək qərarı
"27 sentyabr hadisələri başlayanda evdə idim. Həmin gün anamı kənara çəkərək müharibəyə getmək istədiyimi bildirdim. Anam qərarıma hörmətlə yanaşdı və istəyimə qarşı çıxmadı. Bundan sonra səfərbərlik xidmətinə müraciət etdim. Lakin atamın olmaması və ailənin yeganə oğlu olmağım nəzərə alınaraq
14:41 142 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:
16:01 85 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 163 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
13:59 183 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin
13:08 144 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 75 Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın
16:19 37 ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
15:50 98