DİN-dən polislərə "sizi reklam edim, siz də görün" deyən qadına CAVAB - VİDEO
Bakıda yol polisi ilə sürücü arasında insident yaranıb.
Oxu.Az xəbər verir ki, yaranan mübahisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, xanım sürücü idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəmərini taxmadığı üçün DYP əməkdaşları tərəfindən qanuni formada saxlanılıb. Lakin o, yol polisi əməkdaşlarının təhlükəsizlik kəmərini taxmayan sürücülər arasında ayrı-seçkilik qoyduqlarını iddia edərək, bu qanun pozuntusuna obyektiv nəzarət edə bilmədikləri ilə ittiham edib.
Mübahisə anını mobil telefonu ilə lentə alan sürücü DYP əməkdaşlarının xidməti avtomobildən düşmələrini tələb edib:
"Mən hörmətsizlik etmirəm, hamı kəmərsiz sürür, maşınını niyə saxlamırsınız? Kəmər taxmamışam, yazın cəriməmi. Yol polisisiniz, düşün aşağı, kəmər taxmayan hər kəsi saxlayın da, niyə saxlamırsınız? Bu videonu paylaşıb sizi "reklam" eləyim, siz də görün".
Məsələ ilə bağlı Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib. Onun sözlərinə görə, yol hərəkəti qaydasını pozub, daha sonra məsuliyyətdən yayınmağa çalışarkən xidmət aparan polis əməkdaşını videoya çəkməklə onu qanuni işindən yayındırmaq məqsədilə qanuni tələblərə və insani keyfiyyətlərə uyğun olmayan lüzumsuz müzakirələrə, qanun keşikçisini nüfuzdan salmağa hesablanmış addımlar atmaq yolverilməzdir:
"Görüntülərə baxan hər bir normal düşüncəli insan başa düşür ki, ortada qayda pozuntusu var və polis öz qanuni işini görür. Sürücü isə məsuliyyətdən yayınmağa cəhd edir. Çox təəssüf ki, kimlərsə qanunların, qaydaların olmasını, lakin həmin qaydaların özündən kənarda olmasını arzu edir. Bu düşüncə tərzi bizim sivil cəmiyyət olaraq inkişafımızı ləngidə və nəticədə nizam-intizamın, təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün görülən işlərə xələl gətirə bilər.
Bu videoda səslənən fikirlər qəbuledilməzdir. Yol hərəkəti iştirakçılarına tövsiyə edirik ki, qaydaları cərimə olunmamaq üçün deyil, həyat və sağlamlıqlarının təhlükəsizliyi üçün pozmasınlar. Hər kəs bir-birinə nümunə olsa, nə qayda pozulacaq, nə də bu və buna bənzər xoşagəlməz insidentlər yaşanacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1553 Tarix: 24 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR
Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə
16:00 85 "Vətən uğrunda şəhid olmaq mənim üçün şərəfdir" - Veteranın müharibəyə getmək qərarı
"27 sentyabr hadisələri başlayanda evdə idim. Həmin gün anamı kənara çəkərək müharibəyə getmək istədiyimi bildirdim. Anam qərarıma hörmətlə yanaşdı və istəyimə qarşı çıxmadı. Bundan sonra səfərbərlik xidmətinə müraciət etdim. Lakin atamın olmaması və ailənin yeganə oğlu olmağım nəzərə alınaraq
14:41 142 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:
16:01 85 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 163 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
13:59 183 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin
13:08 144 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 75 Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın
16:19 37 ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
15:50 98