Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması: İrəvanın qara günləri qabaqdadır - ŞƏRH

Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması: İrəvanın qara günləri qabaqdadır - ŞƏRHAzərbaycanla Rusiya arasında Qarabağ mövzusunda tənzimləmələrə dair fikir ayrılıqları və hərbi-siyasi gərginlik mövcud olsa da, bu, iki ölkənin perspektivdə gizlənən strateji maraqlarına zərbə vurmayıb.

Bakı Rusiyanın postsovet məkanı üzərində artan təzyiqlərini nəzərə alaraq Ankara ilə əlaqələrini gücləndirmək üçün ciddi addımlar atır və bununla da qılınclara qarşı müştərək qalxan düzəldir.

Rusiyanın da Azərbaycana qarşı hədə tonunu yumşaltması üçün səbəbləri var, birincisi, Moskva Türkiyə ilə qurduğu əməkdaşlıq lövhəsini dağıtmaq istəmir, ikincisi, Kreml Qərbin ona qarşı cəbhəsini genişləndirdiyindən gücünün tükənə biləcəyindən çəkinir və olan-qalan təsir rıçaqlarının əlindən çıxacağını düşünür.

Kreml hiyləgər davranaraq qlobal orbitdə sıxışdırılmasının qarşısını almaqdan ötrü Cənubi Qafqaz regionunda Türkiyə və Azərbaycanla əməkdaşlıq xəttini gücləndirir.

Ancaq Bakı-Ankara ikilisi Moskvanın gələcək planlarının dünyaya gətirəcəyi risklərdən xəbərsiz deyil. Üçtərəfli əməkdaşlıq platformasında Bakı-Ankara tandeminin Moskva ilə ziddiyyətli baxışları mübahisələrin dərinləşməsini deyil, qızıl ortanın tapılmasını zəruri edir.

Bununla belə, Bakı Kremlin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində mandatının uzadılması üçün bəhanələr axtardığının fərqindədir.

Moskva sülhməramlıların funksiyasını uzunmüddətli etməklə Qarabağdakı erməni kartına sərmayə qoyur və mübahisəli məsələlərə qarışması üçün barmaq yeri saxlamağa çalışır.

Azərbaycan isə sülhməramlıların xidməti üçün nəzərdə tutulan beş ilin tamamında onların regiondan çıxarılmasında israrlıdır və Moskvanın erməni kartı ilə uzunmüddətli strategiya ortaya qoymaması üçün əlavə tədbirlər görür.

Azərbaycanla Rusiyanın bu məsələdə sözləri çəp gəlir, amma Bakının Ermənistanla sərhədlərinə dair yanaşmadan tutmuş, energetika sahəsindəki bir sıra layihələrə qədər Moskva ilə dərinləşən strateji əməkdaşlığı var.

Azərbaycanla Türkiyə Moskvanın Gürcüstana müdaxilə etmək planından ehtiyat edir və əməkdaşlığın sxemini elə cızırlar ki, Tbilisi Kremlin nəzərində düşmən gözündə olmasın.

İkitərəfli və regional münasibətlərdə mübahisəli məsələlər həllini tapmayıb, bununla belə, ən azından onun tərəflərin maraqlarına cavab verən formulla nəticələnməsi üçün dialoqlar gedir.

Azərbaycan və Rusiya dil tapılmayan tematikalara görə gələcək üçün planlarından qalmalı deyillər. İlkin mərhələ üzrə Azərbaycanla Rusiya Zəngəzur dəhlizi məsələsində çəkici eyni nöqtəyə döyürlər, ikinci mərhələdə isə bunu Ermənistanı maksimal cəzalandıran mexanizmə çevirirlər.

Təsadüfi deyil ki, Bakı üçün sərhədlərin delimitasiyasına dair məqbul xəritələrdən biri də Rusiya Baş Qərargahının arxivlərindədir, demək ki, "toz basmış" həmin sənədlər Bakı-Moskva xəttində İrəvana münasibətdə vahid yanaşmanın açarıdır.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Bakı ilə Kremlin Zəngəzur dəhlizinə dair danışıqlarının bəzi motivlərini ortaya qoyub.

Əliyevin "Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq" deməsi bir çox mətləbi açır.

Birinci: Azərbaycan, Türkiyə və Rusiya Zəngəzur dəhlizi layihəsində maraqlarını elə səviyyədə uzlaşdırırlar ki, Ermənistandakı nüfuz dairəsində Bakı ilə Ankara da pay alsın.

İkinci: Ermənistanın müstəqilliyinin simvolik olması bir fikir deyil, bu, faktdır və bu faktın hüquqiləşməsi üçün Moskvanın planları mövcuddur.

Azərbaycan Ermənistanda baş qaldıran revanşizm və İrəvanın sülh danışıqlarında sərgilədiyi qeyri-müəyyən mövqe səbəbilə hərb gündəliyini praktiki olaraq təzələmək məcburiyyətindədir ki, Moskva bunu zərərli bir addım kimi görmür.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 26 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"

"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bi

16:34 0
.

Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident

16:15 123
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

13:39 200
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 147
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 254
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

13:11 150
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

12:54 165
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 143
.

İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu

ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar

16:30 0
.

Son Xəbərlər