Azərbaycanda istehsal olunmuş yod apteklərdə satışa çıxarılacaq

Azərbaycanda istehsal olunmuş yod apteklərdə satışa çıxarılacaqÖzümüzün yod zavodumuz olsa da, apteklərimizi yodla Rusiya və Ukrayna zavodları təmin edir. Ukraynadakı müharibə səbəbilə yodun ölkəyə gətirilməsində problemlər yaşanır. Nəticədə apteklərdə yod qıtlığı müşahidə edilir, qiymətlər də xeyli bahalaşıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

"Azərbaycanda yod defisitə çevrilib. Apteklərdə satışda Rusiyanın Yaroslavl əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsulu satılır. Onun da qiyməti noyabrın 1-dən 40 qəpikdən 1 manat 20 qəpiyə qaldırılıb. Yəni 300 faiz artım var. Yaxşı, bizim Neftçalada fəaliyyət göstərən "Azər-Yod" MMC-nin ildə istehsal etdiyi 400 ton məhsul hara gedir? Neftçaladakı bu zavod istehsal gücünə görə MDB ölkələri arasında 1-ci, dünyada isə 3 yerdədir. Yəni daxili tələbatı ödədikdən sonra ən azı 60 faiz ehtiyat qalır".

Bir neçə həftə öncə sosial şəbəkələrdə belə bir status yazılmışdı. Sosial şəbəkə istifadəçiləri də yod zavodumuzun - Neftçalada yerləşən "Azər-Yod" MMC-nin mövcud olduğunu, məhsul istehsal etdiyini və bir zamanlar aptekləri yodla təmin etdiyini bildirmişdilər.

Davam edən problem

Qeyd edək ki, apteklərdə olan yod çatışmazlığı bir neçə aydır mövcuddur. Göstərilən səbəb isə Rusiya-Ukrayna müharibəsinə görə daşınmadakı çətinliklərdir. 9 sentyabrda Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsindən bildirilmişdi ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib. O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.

Məsələnin həll olunub-olunmadığını öyrənmək üçün şəhərdəki apteklərdə reyd keçirdik. Müşahidələrimizə əsasən, aptekləri 3 qrupa bölmək olar. Birinci qrupa daxil olan apteklərdən bildirildi ki, hazırda satışda yod yoxdur. Az gəlir və tez də bitir. İkinci cərgəyə aid olanlarda yod var idi. Lakin özlərində də az olduğundan bir alıcıya 2-3 ədəddən artıq verə bilmirlər. Üçüncü qrupdakılar isə yodun kifayət qədər olduğunu və alıcı nə qədər istəyirsə, satdıqlarını bildirdilər. Amma bu üç qrupu birləşdirən məqam hamısının dilə gətirdiyi "depoya da məhsul az gətirilir" cümləsi oldu.

Yalnız Rusiya və Ukraynadan gəlir

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, oradan aptekləri dərmanla təmin etmədiklərini bildirdilər. Qeyd etdilər ki, bu məsələ ilə özəl şirkətlər məşğul olur.

Aptekləri dərmanla təmin edən şirkətlərdən Avromed Company QSC ilə əlaqə saxladıq. Şirkətdən verilən məlumata görə, yodla bağlı depoda da əskiklik var. Səbəb isə Rusiya-Ukrayna müharibəsinə görə yollardakı problemlərdən yodun Bakıya çətin gəlməsidir. "Aptekləri yerli yodla niyə təmin etmirsiniz?" sualının cavabında isə bildirildi ki, onlar yodu xaricdən gətirirlər.

Digər dərman təminatçısı şirkət AzəriMed QSC-dən də bildirildi ki, yodu Yaroslavl Əczaçılıq zavodundan gətirirlər.

Tibb müəssisələri, apteklər, dərmanlar haqqında ümumi məlumat bazası olan pharma.az saytında da yodu axtarışa verdikdə, apteklərdə Rusiya Federasiyasının Yaroslavl Əczaçılıq Zavodu QSC və Ukraynanın "Fitofarm" zavodunun məhsulu olduğunu görmək mümkündür.

2023-cü ildə apteklərdə yerli yod görəcəyik

Bəs əgər ölkəmizdə yalnız Rusiya və Ukraynaya məxsus yod varsa, o zaman Neftçalada yerləşən "Azər-Yod" MMC nə işlə məşğuldur?

Sualımıza cavab tapmaq üçün "Azər-Yod" MMC-ə sorğu göndərdik. Cavab olaraq bildirildi ki, hazırda "Azər-Yod" MMC-də xammal - xırda kristal yod istehsal edilir. Dərman preparatı olan 5 %-li yodun istehsalı 2023-cü ilin birinci rübündə nəzərdə tutulur. Xaricdən avadanlıq sifariş verilib və sənədləşmə işləri gedir. Hazırlıq prosesi başa çatandan sonra "Azər-Yod" MMC-nin Azərbaycanı yodla təmin etməsi mümkün olacaq.

Zavodumuz var, amma xammalımız yoxdur

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli dedi ki, yodun istehsal olunması ilə bağlı problem xammalın çatışmamasıdır: "Azərbaycanda strateji əhəmiyyətli sektorlardan biri əczaçılıq sənayesidir ki, onu dövlət bilavasitə stimullaşdırmalı idi. Təəssüflər olsun ki, Azərbaycanda əczaçılıq sənayesi inkişaf etmədi. Yod çatışmazlığı da həmin zəncirin davamıdır. Düzdür, Neftçalada yod istehsal edən zavodumuz - "Azər-Yod" MMC var. Amma təəssüflər olsun ki, hələ də yod istehsal edib, qablaşdırıb, aptek sənayesinə çatdıra bilməmişik. Əgər bu gün əvvəlki istehsal yoxdursa, demək ki, xammal ehtiyatlarımız yetərincə deyil. Biri var yodu hazır gətirmək, biri də var kristalları alıb, istehsalını təmin etmək. Ölkəyə yod kristallarının - xammalın idxalı ilə bağlı da problem var. Bu da birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 26 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

13:11 150
.

Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - Foto

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əzi

15:59 83
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 134
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 254
.

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin

13:08 144
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind

16:16 54
.

Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib

16:17 51
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:

16:01 85
.

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək

14:50 123
.

Son Xəbərlər