"Münasibətlərin gərginləşməsində məsuliyyət İran rəhbərliyinin üzərinə düşür"
Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsində məsuliyyət İran siyasi rəhbərliyinin üzrəində düşür.
Bunu Trend-ə politoloq Elşad Həsənov deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə də, müharibədən sonrakı dövrdə də, Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında qaldığı dövrdə də İran daim Ermənistanın yanında oldu, ona dəstək verdi.
"İran Ermənistana həm hərbi, siyasi, həm də maddi dəstək oldu. Xüsusilə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra İranın bizə qarşı siyasəti tamam dəyişdi və bizə qarşı geniş təxribat, pozuçuluq işləri aparmağa başladılar. İranın "Ermənistanın sərhədlərinin dəyişdirilməsi İranın qırmızı xəttidir, Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir kimi ritorikaları" heç cür anlaşılan olmadı. Tələm tələsik Qafanda konsulluq açılması və digər məsələlər Azərbaycana qarşı hərəkətlər idi.
İranın bizim sərhədlərimizdə Araz boyu iki dəfə hərbi təlimlər keçirməsi heç cür başa düşülən olmadı. Bu gücü kimə nümayiş etdirirdi?! Təbii ki, Azərbaycana və biz bunu başa düşürük. Azərbaycan dövləti də müharibədən əvvəlki Azərbaycan deyil. Azərbaycan hazırda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən güclü bir dövlətdir və biz gücümüzü Vətən müharibəsi zamanı göstərdik, yeni hərbi taktika tətbiq etdik və bütün dünya da bunu qəbul etdi", - deyə E.Həsənov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan İrana adekvat cavab verməyə çalışdı.
"Azərbaycan diplimatik yolla başa salmağa çalışdı ki, İran həddini aşmağa çalışmasın. Biz İrandan qorxmuruq, çəkinmirik, ancaq Azərbaycan dövlətinin siyasəti qonşularla xoş qonşuluq siyasətini davam etdirməkdir", - deyə E.Həsənov bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirdiyi fikirlər İranda yaşayan 30 milyondan çox azərbaycanlılara da bir mesajdır, onlara dəstəkdir.
"Çünki orada yaşayan azərbaycanlılar uzun illərdir İranın fars-molla rejminin təzyiqlərinə dözürlər, ancaq artıq dözmək istəmirilər. İranda azərbaycan dilində bir dənə də məktəb yoxdur, halbuki azlıqda olan ermənilərin həm orta məktəbləri, həm ali məktəbləri var. Ancaq fars rejimi 30 milyondan artıq azərbaycanlını assimlasiya edib ana dillərini farslaşdırmaq istəyir. Ancaq azərbaycanlılar öz taleyinə biganə deyil, öz ana dillərini qoruyub saxlayırlar. Cənab Prezident İlham Əliyev vurğuladı ki, biz İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik. Prezident öz çıxında İranın azərbaycanlılara qarşı siyasətinin dəyişməsinin vacibliyini bildirdi. Bu fikirlər zamanında və yerində deyilən fikirlərdir", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 597 Tarix: 27 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir. xarici mediaya istinadla xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib. Məlumata əsasən, kişi çat-bot
23.08.2026 317 Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO+YENİLƏNİB
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadl
23.08.2026 202 ABŞ-də gömrük rüsumlarının ləğvindən sonra Almaniya şirkətləri təxminən 800 milyon avro alıb
ABŞ Ali Məhkəməsi Amerika lideri Donald Tramp tərəfindən tətbiq edilmiş bir sıra gömrük rüsumlarının ləğv edilməsi barədə qərar qəbul etdikdən sonra Almaniya müəssisələri təxminən 790 milyon avro alıb. "Report" bu barədə Almaniyanın "Tagesschau" nəşrinə istinadən məlumat verir. Dər
23.08.2026 147 Prezident bu gün Buxaraya gedəcək - Video
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. "Qafqazinfo" xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək. Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir
10:23 65 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı
Moskva məhkəməsi rusiyalı şoumen və komik Semyon Slepakov barəsində qiyabi olaraq 400 saat məcburi iş cəzası kəsib. bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir. Rusiyada "xarici agent" elan edilmiş komik "xarici agent" öhdəliklərini yerinə yetirməkdən yayınmaqd
23.08.2026 145 İlham Əliyev: "Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub"
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub". BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizi
23.08.2026 173 Yaponiyada Takaiçinin baş nazirliyi dövründə ilk dəfə ölüm hökmü icra edilib
Yaponiyada Baş nazir Sanae Takaiçinin hakimiyyətə gəlməsindən bəri avqustun 21-də ilk dəfə ölüm hökmü icra edilib. "Report" "Kyodo"ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ədliyyə naziri Hirosi Hiraquti bildirib. Edam edilən 58 yaşlı Sunao Takami 2009-cu ildə Osakada oyu
23.08.2026 137 Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTO
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixin
23.08.2026 262 Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Şavkat Mirziyoyev ali dərəcəli "Dostluq" ordenini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev "Heydər Əliyev" ordenin
23.08.2026 149