Azərbaycanda ölüm cəzası yenidən tətbiq oluna bilər? - AÇIQLAMA

Azərbaycanda ölüm cəzası yenidən tətbiq oluna bilər? - AÇIQLAMAÖlüm hökmü cinayət törədən insana verilən ən ağır cəza növüdür. Tarixdə geniş yayılmış bu cəza tətbiqi dövrümüzdə hələ də qalmaqdadır. Bir sıra ölkələrdə həbs olunan şəxsi cəzalandırmaq üçün bu yoldan istifadə edilir. Vaxtilə Azərbaycanda da cinayətkarları cəzalandırmaq üçün ölüm hökmü tətbiq olunub. Ölkədə ölüm hökmü 1998-ci ildə ləğv edilib. Hazırda da ölkədə ağır cinayətlər törədilsə də, ölüm cəzası aktiv deyil.

Bəs Azərbaycanda ölüm hökmü yenidən gündəmə gələ bilərmi və buna ehtiyac varmı?

Mövzuyla bağlı BiG.AZ-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, konstitusiyamızda ölüm hökmü müəyyən hallarda nəzərdə tutulur:

"Hazırda dünyada ölüm hökmünü tətbiq edən 58 ölkə var. 108 ölkə ölüm hökmünü ləğv edib, 35- i moratorium qoyub, 7 ölkənin qanunvericiliyində olsa da, tətbiq etməyib. Əslində ölüm hökmü ağır cəza olduğuna görə yaxud qeyri-adekvat cəza olduğuna görə ləğv edilmir. Onun ləğv olunmasının bir səbəbi var. Bu, yeganə cəza növüdür ki, tətbiq olunandan sonra dəyişmək olmur. Yəni müəyyən olunsa ki, şəxsin günahı yox idi, yaxud günahı edam olunacaq dərəcədə deyildi, daha yüngül cəza almalı idi, bu zaman səhvi düzəltmək artıq mümkün olmur.

Amerikada belə hallar çox olur. Məsələn, şəxs 10 il cəza alır və daha sonra onun günahsız olduğu üzə çıxır. Dəfələrlə olub ki, hətta ömürlük cəza alan insan 20-30 il cəza çəkdikdən sonra məlum olub ki, onun günahı yoxdur və bəraət alıb. Amma ölüm hökmündə bu, mümkün deyil. Buna görə də belə cəza növü ləğv edilib.

Məsələn, elə qəddar cinayətlər var ki, ölüm cəzası onun üçün tam adekvatdır. Sadəcə burada istintaq, məhkəmə səhvi, siyasi sifarişlər ola bilər. Zaman keçdikcə bəlli olanda ki, həmin imsanların günahı yox idi, yaxud günahları o dərəcədə deyildi, artıq gec olur.

Bizim konstitusiyamızda ölüm hökmü müəyyən hallarda nəzərdə tutulur. Yəni ölkəmizə qarşı müharibə edəndə biz düşməni öldürə bilərik və s. Amma qanunvericiliyimizdə 1993-cü ildən 1998-ci ilə qədər Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölüm hökmünə moratorium qoyuldu. 1998-ci ildən isə artıq ölüm hökmünü ləğv etmişik. Eyni zamanda ölüm hökmünün ləğvinə dair Birləşmiş Millətlər Təşkilatının Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Fakultativ protokoluna qoşulmuşuq. Həmçinin, biz Avropa Şurasına üzv olduqdan sonra orada ölüm hökmünün ləğvi ilə bağlı müvafiq protokola da qoşulmuşuq. Yəni ikiqat beynəlxalq öhdəliyimiz var ki, ölüm hökmünü tətbiq etməyək. Ona görə hesab edirəm ki, dediyim səbəblərdən buna lüzum yoxdur".

Hüquqşünas Ramil Süleymanovun fikrincə, ölüm hökmünün aktivləşdirilməsinə ehtiyac yoxdur. Ekspert bildirib ki, bu cəzanın tətbiqi ölkədə kriminogen vəziyyətdən asılıdır:

"Azərbaycan Konstitusiyasında ölüm hökmü ləğv olunmayıb, qanunla məhdudlaşdırılıb. Lakin əvvəllər Azərbaycan qanunvericiliyində ölüm hökmü olub. Qanunvericiliklə bizim Cinayət Məcəlləmiz qüvvəyə minəndə ölüm hökmü daxil olmadı.

Dünya dövlətləri cəza siyasətini artıq daha çox humanistləşdirməyə doğru addımlar atırlar. Nəticə etibarilə, dünyanın bir çox ölkələrində ölüm hökmü ləğv olunub. Dünyanın ən demokratik ölkəsi olan Amerikada belə, bəzi ştatlarda ölüm hökmü qalmaqdadır. Bununla bağlı hüquqşünasların fikri tamamilə fərqlidir. Bir qrup hüquqşünas hesab edir ki, cəza siyasəti nə qədər ağır olsa, insanlar həmin cinayətlərdən daha çox çəkinmiş olacaqlar. Nəticədə, ölkədə kriminogen vəziyyət idarə olunar vəziyyətdə olacaq. Bir qrup insanlar isə fikirləşirlər ki, insanın həyatına müdaxilə etmək dövləti kriminallaşdırmağa gətirib çıxara bilir və nəticədə şəxsi cəzalandırmaq üçün onun azadlığının əlindən alınması daha məqsədəuyğundur.

Bildiyimiz kimi, bizdə qanunlar Milli Məclis tərəfindən qəbul olunur, onun icra olunması isə hökümət tərəfindən həyata keçirilir. Təbii ki, bununla bağlı dövlətin hüquq aparatında qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcək şəxslər bu təklifi verə bilərlər. Bu, 40 min səsvermə hüququ olan şəxslər tərəfindən təqdim olunan layihələr nəticəsində ola bilər. Bundan sonra ümumi müzakirələr aparıb, həmin cəzanın Cinayət Məcəlləsinə daxil olub-olunmaması ilə bağlı qərar verilə bilər. Hesab edirəm ki, ölüm hökmünün ölkəmizdə tətbiqinə ehtiyac yoxdur.

Bir insanın yaşaya-yaşaya azadlığının, azadlıq hüququnun əlindən alınması özü elə ölüm hökmünə bərabərdir. Düşünün ki, insanlar ömrünün sonuna qədər 4 divar arasında qapalı həbsxanada cəza çəkirlər. Bu, elə ölümə bərabər bir şeydir. Öləndə nə var ki? Ölüb canını qurtarır. Bu, hökümətlərin cəza siyasətindən asılıdır. Nəzərə almaq lazımdır ki, bu gün hüququn inkişaf etdiyi və hüququn ali yerdə durduyu ölkələrin çoxunda ölüm hökmü yoxdur. Bizim də ölüm hökmünü tətbiq etməməyimiz bu gün beynəlxalq hüququn prinsiplərinə uyğundur.

Amma Konstitusiyamızda qeyd olunub ki, Azərbaycan Respublikası ölüm hökmünün tətbiqini istisna etmir. Tutaq ki, sabah ölkədə kriminogen vəziyyət yaranarsa, dövlət üçün həmin qanunu dəyişmək, yaxud Cinayət Məcəlləsinə ölüm hökmünü əlavə etmək mümkündür. Nəticədə, bu da tətbiq olunacaq. Ölüm hökmünün bir sıra növləri var: edam, tibbi yolla ölüm hökmü, güllələnmə. Yəni bunlar artıq tarixin səhifəsində qalıb və onlara artıq lüzum yoxdur. Ümumiyyətlə, dövlətlər daha çox hüquqla idarə olunursa, cəzalandırma da humanizm prinsiplərinə uyğun olaraq olmalıdır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1443   Tarix: 29 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

15:40 0
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün

14:33 140
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 145
.

Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

"Bu gün biz azad Qarabağda qurub-yaradırıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bur

12:33 137
.

Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca

12:38 134
.

Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi

Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib

15:30 69
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent

14:29 136
.

Dünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR

Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə

16:00 0
.

Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir

Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib. Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədə

13:00 172
.